Böyük Britaniyanın 1600-dən çox futbol azarkeşinə qadağa tətbiq olunub.
"Football-plus.az" xəbər verir ki, onlar AÇ-2024 zamanı ölkədən çıxa bilməyəcəklər.
“The Sun” qəzetinin məlumatına görə, belə qərar verilməsinə səbəb həmin azarkeşlərin qeyri-qanuni fəaliyyətlərlə məşğul olmasıdı. Fanatlar pasportlarını təhvil verməyə məcbur olacaqlar. Həmin şəxslər turnirin keçiriləcəyi Almaniya ərazisinə daxil olsalar, onları 6 ay həbs cəzası və ya böyük məbləğdə cərimə gözləyəcək. Məlumatda bu azarkeşlərin Böyük Britaniyanı yalnız xüsusi icazə ilə tərk edə biləcəkləri də qeyd olunur.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. İngiltərə yığması 1/8 finala çıxmaq üçün Sloveniya, Danimarka və Serbiya ilə eyni qrupda mübarizə aparacaq.