"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi, Xavi Ernandes mövsümün sonunda bu vəzifəni tərk edəcək. Beynəlxalq KİV-də bu mövzuda çox müxtəlif iddialar səslənir. Bu səbəbdən “Barselona”nın idman direktoru Deku Souza Yürgen Klopp və Mikel Arteta ilə danışıqlar apardıqları barədə yayılan xəbərlərə münasibət bildirib:
“Mən Luis Enrikeni bəyənirəm, o, top-məşqçidi. Pep Qvardiola da, Yürgen Klopp da. Lakin biz onlarla, ümumiyyətlə, danışmamışıq. Bu məşqçilərin adını çəkməyin mənası yoxdu. İndiyədək heç kimlə əlaqə saxlamamışıq”.





