• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal”ın sindromuna son qoyan qapıçı

Dünya futbolu

18-03-2024, 18:0

Artıq Çempionlar Liqasında (ÇL) 1/8 final arxada qalıb.

"Football-plus.az" xəbər verir ki, bu mərhələnin qəhrəmanları sırasında David Raya da var. O, “Arsenal” – “Portu” cavab oyununun ən yaxşı oyunçusu seçilib. Davidin UEFA-nın versiyasına əsasən hamını arxada qoyması heç də təsadüfi deyil. Londonluların qapıçısı əsas və əlavə vaxtı 1:0 hesabıyla nəticələnən matçdan sonra zərurətə çevrilən penalti seriyasında rəqibin iki zərbəsinin qarşısını alıb. İndi 28 yaşlı Rayanın İspaniyadan İngiltərəyə və ən əsası “Arsenal”a qədərki yoluna nəzər salacağıq.

Maraqlı paralellər
2023-cü ilin martıdı, Avropa Liqasının (AL) 1/8 finalının cavab oyununda “Arsenal” evdə “Sportinq”i qapısına sıxıb. Amma londonlular nə qədər çalışsalar da, əsas vaxtda qaliblə bağlı suala cavab tapa bilmədilər: mübarizə penalti seriyasına qədər uzandı. Əvvəlcə hər şey ev sahibləri üçün yaxşı gedirdi, amma portuqalların qapıçısı Adan Martinellinin o qədər də güclü olmayan zərbəsini dəf etdi. Nunu Santuş isə “Sportinq”in seriyada 5:3 hesablı qələbəsini rəsmiləşdirdi. Ramsdeyl 5 zərbənin heç birini dəf edə bilmədi və bununla da “topçular” üçün avrokubok mövsümü sona çatdı.
Halbuki “Arsenal” ötən mövsümün 3-cü turundan başlayaraq premyer-liqada inamla liderlik edirdi. Sanki AL-dəki uğursuzluq Mikel Artetanın komandasına daxili yarışda mənfi təsir etdi. Londonlular tədricən lider mövqeyindəki qüdrətini itirməyə başladılar. İngiltərə çempionatının son 11 oyununda yalnız 5 qələbə qazanan “Arsenal” əvvəlcə liderliyi, sonra isə çempionluq şansını əldən verdi.

2024-cü ilin martıdı, ÇL-in 1/8 finalının cavab oyununda “Arsenal” evdə yenə Portuqaliya klubu ilə qarşılaşır. Bu dəfə rəqib daha təcrübəlidi, qitənin aparıcı liqalarından olan zəngin klublara tez-tez badalaq vuran “Portu”du. İşə bax ki, londonlular nə qədər çalışsalar da, yenə əsas vaxtda qaliblə bağlı suala cavab tapa bilmədilər: mübarizə bir il əvvəl olduğu kimi penalti seriyasına qədər uzandı. Qeyd edək ki, “Arsenal” ötən bir il ərzində yalnız mental cəhətdən bərkiməmiş, həm də heyətdəki bir qədər zəif olan boşluqları doldura bilmişdi. “Portu” üzərində qələbədə məhz komandaya “Brentford”dan transfer olunan Raya daha böyük rol oynadı. İspaniyalı qapıçı Vendell ilə Qalenonun zərbələrini dəf etməklə penalti seriyasının və matçın qəhrəmanı oldu. İngiltərə klubu onun qapıçılıq bacarıqları sayəsində ÇL-də 14 ildən sonra ilk dəfə 1/4 finalda oynamaq hüququ qazandı!

Futzalda başlayan iddialı karyera
Yəqin ki, Davidin “Arsenal”a hansı səbəbdən gətirildiyi bəzilərinə məlumdu. Artetanın Ederson kimi hücumu başlamaq və cərimə meydançasından kənara çıxmaq cəsarətinə malik qapıçıya ehtiyacı vardı. Remsdeyl mövsümü ümumilikdə çox yaxşı keçirsə də, baş məşqçini bu planlarda məyus etmişdi. Sonda londonluları qabaqlamaqla yenə çempion olan “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolaya bu baxımdan qibtə etməyə dəyərdi: Pep üçün Edersonun qeyd etdiyimiz bacarıqları hətta braziliyalının qapı xətti üzərindəki oyunundan daha vacibdi.

David bu parametrlərə uyğun gəlirdi. Hə, o, həm də Arteta kimi ispaniyalı idi (ümumiyyətlə, ispaniyalı qapıçılar topla əla rəftar etməsi ilə də tanınırlar, amma bu fikir De Xeaya aid deyil...). “Arsenal”ın gənc çalışdırıcısı, yəqin ki, Rayanın hazırkı səviyyəyə yalnız milli koduna yox, böyük zəhməti hesabına çatdığını da nəzərə almamış deyildi. Qəhrəmanımız futbolun sirlərini “Kornelya” akademiyasında öyrənməyə başlayıb. Maraqlıdı ki, paralel olaraq futzalda özünü sahə oyunçusu kimi də sınayıb. Özünün dediyinə görə, qapıya böyük qardaşının məsləhəti ilə keçib. Amma David həmişə futbolu əlləri yox, ayaqları ilə oynamağı xoşlayıb. Hə, o, böyük bədən ölçüləri ilə də seçilməyib: boyu 183 santimetrə qədər uzanıb ki, bu da qapıçı üçün çox da böyük göstərici sayılmır. Amma ambisiyalı oğlanın əlcəklərə meyli getdikcə artırdı: Kasilyasın “Real”da sərgilədiyi möhtəşəm oyunundan xüsusi ləzzət aldığını etiraf edirdi. Hərçənd Barselonadan 20 mil aralıda yaşayırdı...

Rayanı 2012-ci ildə “Blekbern”ə dəvət etdilər: “Kornelya”nın məşqçisi ingilislərə stedadlı qapıçıdan danışmışdı. Nəticədə David 4 günlük baxışa çağırıldı. Və həmin andan İngiltərədə qərar tutdu. Etiraf edir ki, “Blekbern”ə gərək olmasaydı, futbolu menecmentliyə dəyişəcəkdi.

2014-cü ildə peşəkar səviyyədə debüt etdi. Amma buna icarə əsasında oynadığı “Sautport”da nail oldu. Tədricən kiçik addımlarla “Blekbern”in əsas heyətinə də yaxınlaşdı. Bu kluba 5 il müddətində məxsus oldu. Nəhayət, “Brentford”a satıldı. Yeni komandaya faydalı olan futbolçu ilk mövsümdəcə “London Football Awards” təşkilatının “İlin qapıçısı”, çempionşipdəki uğurlu çıxışı ilə həm də “Qızıl əlcək” mükafatına layiq görüldü. Bir ildən sonra artıq premyer-liqada idi: “Brentford” tarixində ilk dəfə bu liqada oynamaq hüququ qazandı!

Tomas Frankın çalışdırdığı komanda ən yüksək liqadakı ilk mövsümdə bir sıra böyük nəticələrə nail oldu. İlk matçdaca “Arsenal”la derbidə qalib gəldi, bir aydan sonra “Liverpul” ilə başgicəlləndirici oyunda superməhsuldar heç-heçəyə (3:3) nail oldu. Mersisaydlıları çalışdıran Yürgen Klopp topu qapısından üç dəfə çıxarmasına baxmayaraq, Rayanın oyunu haqda bunları qeyd etməyi lazım bilmişdi:

“Bu qapıçı “10” nömrəli formanı da daşıya bilərdi. O, oyundaşlarına bir neçə inanılmaz ötürmə etdi. Bu, bizə qarşı oynayan komandanın qapıçısının görməli olduğu iş idi”.


Ağır zədə və daha güclü dönüş
“Brentford” Avropada 2021/22 mövsümünün əsas kəşflərindən biri oldu. Rayanın adı isə ən yaxşı qapıçıların sırasında çəkilirdi. Amma 2021-ci ilin oktyabrında aldığı zədə işləri korladı: David “Lester”ə qarşı oyunda özünü heç nədən çəkinmədən Ayose Peresin ayaqlarının qarşısına atdı. İspaniyalı əvvəlcə bir neçə həftədən sonra sıraya dönəcəyinə ümid edirdi, lakin sonradan ona dizindəki zədəyə görə təxminən 4 ay səbir etməli olacağı bildirildi. Gənc futbolçu həmin dövrü belə xatırlayır:

“Bu, aldığım ilk uzunmüddətli zədə idi. Əvvəl-axır belə vəziyyətə düşəcəyimi bilirdim, amma istənilən halda mənim üçün çətin idi. İlk üç həftədə heç nə edə bilmədim. Bu da var ki, belə vəziyyəti qəbul etməyi bacarsanız, şərait bir qədər asanlaşar”.


David 2022-ci ilin fevralında meydana daha güclü qapıçı kimi döndü. Və bu, yalnız frazeologizm deyil:

o, real şəkildə daha özünəəmin və zəhimlə oynamağa başladı. Və martda İspaniya yığmasında debüt etdi. Bundan sonra ölkəsinin əsas komandasının daimi üzvü sayılmağa başladı. Zarafat deyil, Qətərdə keçirilən DÇ-2022-yə yollandı və Millətlər Liqasının qalibi oldu. Bu yerdə ən əyləncəli məqamı da yada salaq. O, sıraya dönəndən sonrakı ilk məşqə tirannozavr kostymunda gəldi. Əlbəttə, belə görkəmi ilə komanda yoldaşlarını əməlli-başlı əyləndirdi. Maraqlıdı ki, “Arsenal”ın maskotu da tirannozavrdı! Bəlkə də, qapıçı Artetaya hansısa xüsusiyyətini məhz bu şəkildə nümayiş etdirməyi lazım bilmişdi...

Bəli, ispaniyalı mütəxəssis onun səhv etmək qorxusundan uzaq olmasını da bəyənmişdi. Davidin bu fəlsəfi fikri ilə tanış olmağa dəyər:

“Futbolda 100 doğru hərəkət edə bilərsən, amma səni həmişə bir yanlış hərəkətinə görə cəzalandıracaqlar”.


“Brentford” MS-yə qarşı oynayarkən qapıçı səhvən ötürməni Sterlinqə verdi. Rahimin zərbəsini dəf etsə də, De Bruyne topu tora göndərdi. Məşqçilərin bəlkə də 99 faizi belə səhvinə görə əlcək sahibini satqın yerinə qoyub ehtiyata atardı, amma Frank heç də belə etmədi.

Əsas odu ki, Raya uşaqlıq hədəfi (arzusu deyil, məhz hədəfi) olan premyer-liqada oynamağı reallaşdırmışdı. Amma hədəflər getdikcə dəyişir. Yəqin ki, indi premyer-liqada çempionluğa can atır. Yeri gəlmişkən, son turda “Liverpul” – MS matçının heç-heçə (1:1) nəticələnməsi “Arsenal”ın topların daha yaxşı fərqinə əsasən 1-ci yerə yüksəlməsinə şərait yaradıb. Bir il əvvəl londonluların penalti seriyasında “Sportinq” üzərində qələbə üçün Davidə ehtiyac duyduqlarına işarə vurmuşduq. Ola bilsin ki, premyer-liqada qızıl medallar ayağı ilə də əla oynayan qapıçının yoxluğuna görə əldən verilmişdi...

Səbəbkardan sitat
“Çempionlar Liqasında ilk dəfə çıxış etmək çox xoş hissdi. Komandamız uzun müddətdən sonra 1/4 finalda oynayacaq. İlk dəqiqələrdən çox yaxşı oynadıq, meydanda dominantlıq etdik, qapı qarşısında təhlükələr yaratdıq və mübarizə penalti seriyasına qədər uzandı. Bu mövsüm penaltilər üzərində çox məşq etmişdik. Nə yaxşı ki, qapıçılar üzrə məşqçilərlə komandanın əziyyəti bəhrə verdi”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-03-2024, 10:0

Çempionlar Liqasında hamını qabaqladı

Avropa Liqası

18-03-2023, 15:0

Avropa Liqasında 1-ci oldu

Dünya futbolu

28-10-2023, 14:0

ÇL-də hamını arxada qoydu

Dünya futbolu

10-03-2022, 17:0

“Arsenal”da hamını arxada qoydu

Dünya futbolu

19-05-2022, 15:0

Finalın ən yaxşı oyunçusu seçildi

Çempionlar Liqası

15-03-2024, 18:0

“Arsenal” ÇL-də 14 illik sindroma son qoydu!

Aktual
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
Son xəbərlər
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Dünən, 13:30
    Millimizin heyəti açıqlandı
  • Dünən, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Dünən, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Dünən, 12:37
    "Turan Tovuz"da iki yubiley
Daha çox
Oxunub: 544
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 266
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 263
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə