Ramilin komandasından məğlubiyyət

16.03.2024 12:00 175
Dünya futbolu
Millimizin hücumçusu Ramil Şeydayevin də formasını geyindiyi "Kocaelispor" Türkiyə 1-ci liqasında 27-ci tur oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, bu komanda səfərdə "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Matçda ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Şeydayev də bu görüşdə iştirak edib. O, 28 yaşlı hücumçu 74-cü dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

Qeyd edək ki, hazırda "Kocaelispor" turnir cədvəlində 45 xalla 3-cüdü.