• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” iki qolla bir pillə irəlilədi - REPORTAJ

Premyer-liqa / Reportaj

5-03-2024, 19:0

Ötən tur məğlubiyyətlə barışan komandaların hər biri bu dəfə meydana qələbə üçün çıxmışdı.

Üstəlik “Sabah”ın məşqçi korpusu, xüsusən də İqor Ponomaryov özünəməxsus təzyiq altındaydı. Axı oyundan bir gün əvvəl “Sabah” rəhbərliyinin Krunoslav Renduliçlə anlaşdığı, xorvatiyalı mütəxəssisin hətta tribunada olacağı xəbəri yayılmışdı.

Bu yöndə fikirlərin ağuşundaykən ilk təhlükəli vəziyyətin şahidi olduq. Marqarita Da Silvanın uzun ötürməsindən sonra əldə etiyi topu sürəti hesabına “cilovlayıb” Volkova ötürdü. Gürcüstanlı hücumçunun qapıya zərbə cəhdinə Turan mane oldu. “Qırmızı-ağlar”ın üzvü qapıçıdan sıyrılıb “çərçivə”yə gedən topu meydandan çıxardı. Qonaqlar rəqibin güc nümayişinə cavab vermək üçün çox gözləmədi. Növbəti hücum cəhdinin baş rol ifaçısı Muxtar Respublika təmsiçisi oldu. Orxan Kuzmanoviçin ötürməsini başla tora qovuşdursa, oyunun axarı dəyişəcəkdi. Lakin top tirin üzərindən keçdi. Ardından küncdən zərbəni yerinə yetirən Sekidika Volkovun fərqlənməsinə səbəb ola bilərdi. Amma Avramın müdaxiləsi buna imkan vermədi. Bir neçə dəqiqə sonra Cesse bəxtini uzaqdan zərbə ilə sınasa da, qeyri-dəqiqlik üzündən istəyinə çatmadı. Az sonra Apeh Volkovun ötürməsindən faydalana bilmədi. Halbuki o, komandasını hesabda önə çıxara bilərdi.

İkinci hissə də “Sabah”ın təzyiqiylə başladı. Rodrigesin topu itirməsi üzündən az qala Apeh hesabı açacaqdı ki, qonaqları yenə qeyri-dəqiq zərbə xilas etdi. “Bayquşlar”ın növbəti hücum cəhdi 54-cü dəqiqədə sol cinahdakı boşluqlar üzündən baş verdi. Letiç Sekidikanın ötürməsini qəbul edib Marqaritaya göndərdi. Niderlandlı yarımmüdafiəçi isə rəqibin cərimə meydançasını nişan aldı. Avram birincidə Volkovun zərbəsinə qarşılıq versə də, geri dönən topu “çərçivə”dən keçirən Apehə mane ola bilmədi. Çox keçmədən Orxan hesabı bərabərləşdirmək şansından yararlanmadı. Çempionatın yeganə yerli bombardiri Yusifi aldatsa da, top tirin üzərindən keçdi. Qonaqların əlinə bir neçə dəqiqə sonra yenə belə fürsət düşdü. Bu dəfə Turanın yerinə yetirdiyi cərimə zərbəsi meydan sahiblərini ciddi təhlükəylə üz-üzə qoydu. Kadiri topu qapıçının müdaxilə edə bilmədiyi küncə göndərsə də, Amin təhlükəni sovuşdurdu. Bu ərəfədə qonaqların daha fəal olduğunu demək mümkündü. Naxçıvanlılar rəqibi sıxışdırır, qol axtarışını davam etdirirdi. Qarşılıqlı hücumlar fonunda davam edən oyunun taleyinə uzatma dəqiqələrində aydınlıq gəldi. Ribeyro Parrisin qarşısını ancaq kobud müdaxiləylə ala bildi. Umudlu dərhal “nöqtə”ni göstərdi, Parris fərqi artırdı. Beləliklə, “Sabah” da avrokuboklar uğrunda mübarizə aparan komandalar sırasına yaxınlaşdı. “Araz-Naxçıvan”ı isə artıq bu hədəfdən uzaq saymaq olar.

Gözdən qaçmadı
* Matçdan əvvəl azarkeşlər üçün təşkil edilən əyləncəli oyunda dava düşdü. Könüllülərin xəbərdarlığıyla davanın qarşısı alındı.
* “Sektor 85” tribunada çoxluq təşkil edirdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

21-02-2024, 22:0

Ponomaryovun “Sabah”ı yavaş-yavaş irəliləyir – REPORTAJ

Premyer-liqa / Reportaj

6-02-2024, 19:0

“Sabah” bir qolla iki pillə irəlilədi – REPORTAJ

Premyer-liqa / Reportaj

19-09-2023, 14:0

Çempion “Sabah”a heç bir şans vermədi - REPORTAJ

Premyer-liqa / Reportaj

24-10-2023, 17:0

Murad Musayev Samir Abasovu cəzalandırdı və qəzəbləndirdi - REPORTAJ

Ölkə kuboku / Reportaj

19-12-2023, 20:0

“Sumqayıt” “Karvan”ın işini son 10 dəqiqədə bitirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-11-2023, 12:0

“Qarabağ” Norveç səfəri ərəfəsində zirvəyə qayıtdı - REPORTAJ

Aktual
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Son xəbərlər
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə