• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”ın avrokubok macərası fiasko ilə bitdi

Avropa Liqası

26-02-2024, 23:0

İlk oyunda qalib gələn və yaxşı formada olan “Qalatasaray” Praqaya ümidli şəkildə, həm də favorit qismində yollanmışdı.

"Football-plus.az" xəbər verir ki, ötən həftə qırmızı vərəqə alan Nelsson cəza üzündən oyunu buraxırdısa, “Ankaragücü”yə qarşı debüt oyununda yaxşı təsir bağışlayan yeni transfer Derrik Kön avrokubokların iştirak ərizəsinə salınmadığına görə meydanda yox idi. “Sparta”da isə 3 əsas futbolçu – Rineş, Kreyçi və Birmançeviç cəzalı idi. Oyun qollarla başladı. İlk görüşdə də “Cim-Bom”un qapısına yol tapan Presiado artıq 8-ci dəqiqədə aşırma zərbə ilə Musleranı məyus etdi. Amma qonaqların cavabı gecikmədi. Hücuma qoşulmağı sevən mərkəz müdafiəçisi Əbdülkərim Bardakcı bu mövsüm rəsmi oyunlarda 6-cı qolunu vurdu. İstanbul nəhəngi bu qoldan sonra üstünlüyü ələ alsa da, heç cür hesabda önə keçə bilmədi. İlk yarının sonlarına doğru Muslera Olatunyinin yaxın məsafədən dabanla zərbəsindən sonra komandasını xilas etdisə, Kuxtanın qolu ofsayd üzündən qeydə alınmadı. İkinci hissəyə meydan sahibləri fəal başladı. Barış Alpərin kobud səhvindən sonra topu ələ keçirən Olatunyinin fərqlənməsinə Əbdülkərim mane oldu. Qonaqlardan isə Mertensin zərbəsi qapıdan azacıq aralı keçdi. Matçın qırılma anı 70-ci dəqiqəyə təsadüf etdi. Kaan Ayhanın kobudluğundan sonra hakim Entoni Teylor əvvəlcə ona sarı vərəqə göstərsə də, epizodu monitorda izləyərək qərarını dəyişdi və təcrübəli futbolçunu meydandan qovdu. Azlıqda qalan “Cim-Bom” qısa müddət ərzində bütün üstünlüyü əldən verdi. Əvvəlcə müdafiəçilərin boş buraxdığı Tuçi baş zərbəsiylə ümumi hesabı bərabərləşdirdi. Çox keçmədən Tuçi bu dəfə assistent rolunda çıxış etdi və Haraslin hesabı 3:1 etdi. Son anlarda kortəbii hücuma atılan və müdafiədə böyük boşluqlar verən Türkiyə çempionu nokauta düşərək 4-cü qolu da buraxdı. “Sparta”nın əsas qol silahı Kuxta yekun nəticəni müəyyənləşdirdi. Final fitindən sonra iki klubun futbolçuları və məşqçilər korpusu arasında ciddi münaqişə yaşandı. Nəticədə Okan Buruk qırmızı vərəqə aldı. Beləliklə, “Qalatasaray”ın hələ iyulun sonlarında ÇL-in 2-ci təsnifat mərhələsində başlayan avrokubok macərası fevralın sonlarında AL-in pley-off mərhələsində üzücü şəkildə başa çatdı. Yoluna davam edən “Sparta” isə 1/8 finalda “Liverpul” ilə qarşılaşacaq.

pley-off, cavab oyunu
Sparta – Qalatasaray 4:1 (ilk oyun – 2:3)
Presiado, 8. Tuçi, 74. Haraslin, 80. Kuxta, 90+6 – Əbdülkərim Bardakcı, 16.
Sparta (Çexiya): Vindal, Presiado, Panak, Sorensen, Vitik, Kayrinen, Laçi, Vizner (Zeleni, 72), Olatunyi (Tuçi, 66), Kuxta, Haraslin (Sadilek, 87).
Qalatasaray: Muslera, Kaan Ayhan, Əbdülkərim Bardakcı, Sançes, Berkan Kutlu, Torreyra (Vinisius, 83), Kərəm Dəmirbay (Tete, 75), Barış Alpər Yılmaz, Mertens (Oliveyra, 62), Kərəm Aktürkoğlu (Zaha, 62), İkardi.
Faktlar
* “Qalatasaray” avrokuboklarda keçirdiyi 316-ci oyunda 119-cu məğlubiyyətlə üzləşdi (113 qələbə, 84 heç-heçə, top fərqi – 427:472).
* “Qalatasaray”ın rəsmi matçlarda 10 oyunluq qələbə və 14 oyunluq məğlubiyyətsiz seriyası qırıldı.
* “Qalatasaray” bu mövsüm avrokubok macərasını 7 qələbə, 3 heç-heçə, 4 məğlubiyyətlə tamamladı.
* “Qalatasaray” “Sparta”ya qarşı səfərdə keçirdiyi 3-cü oyunda da məğlub oldu. Maraqlıdı ki, komanda bu oyunların hər birində ən azı 3 top buraxıb. (1995/96 1:3, 1997/98 0:3, 2023/24 1:4).

Oyundan sonra
Brayan Priske, “Sparta”nın baş məşqçisi: “Komanda şəklində əla oynadıq. Hətta deyərdim ki, mövsümdəki ən yaxşı performanslarımızdan birini sərgilədik. Taktiki, texniki və fiziki cəhətdən əla təsir bağışladıq. Komanda gündən-günə inkişaf edir. Fanatlarımızın da gözəl dəstəyi ilə mükəmməl nəticə əldə etdik. “Qalatasaray” da oyunun bəzi bölümlərində səviyyəsini ortaya qoydu. Amma biz soyuqqanlılığımızı və motivasiyamızı qoruduq. Bəzi əsas futbolçularımız olmasa da, komanda ruhunu gözəl şəkildə ortaya qoyduq. Bu da onu göstərir ki, az şans qazanan bəzi futbolçularımızın da səviyyəsi çox yüksəkdi. Onlar fürsət qazanan kimi özlərini göstərdilər”.
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Səviyyəmizdən aşağı futbol sərgilədik. “Sparta” çox yaxşı mübarizə apardı və layiqli qələbə qazandı. İlk yarıda yaxşı oynadıq. Bərabərlik qolunu çox tez vurduq. Sonrakı dəqiqələrdə də fürsətlərimiz oldu. Amma oyunboyu ən böyük sıxıntımız top itkiləri idi. “Qalatasaray” səviyyəsinə yaraşmayan sadə top itkilərinə yol verdik. Hər iki qarşılaşmada azlıqda qalmağımız da öz sözünü dedi. Yaxşı futbol sərgiləməməyin üzərinə qırmızı vərəqə də gəlincə, rəqib qollar vurmağa başladı. Nəticə etibarilə zəif oynadıq və məğlub olduq. Rəqibi təbrik edirəm. İlk yarıda müdafiənin cinahlarında problem yaşamadıq. Kaan Ayhan zədəli şəkildə oynadığı üçün sıxıntı yaşayır. Qolları cinah müdafiəçilərinin üzündən buraxmadıq. Bu gün komanda şəklində uduzduq. Bunun da məsuliyyəti mənim üzərimdədi. Bəzi futbolçular zəif oynayırsa, buna məşqçi cavabdehdi. Mən hər oyunçuma güvənirəm və bundan sonra da əllərindən gələni edəcəklərini bilirəm. Hədəfimiz mövsümü 3 titulla – çempionluq, kubok və superkubokla tamamlamaqdı. Bu oyunla zatən Avropada çox irəliləməyimiz mümkün deyildi. Hakimlikdən razı qalmadım. Bu mövsüm avrokuboklarda nədənsə hakimlər oyunlarımızı pis idarə etdi. Hər halda, premyer-liqa hakimindən daha yaxşı idarəçilik gözləmək olardı. Final fitindən sonra yaşanan olaylar isə bizə yaraşmadı. Buna görə də üzr istəyirəm. Hələ oyunun gedişində bəzi gərginliklər yaşanmışdı. Sonradan Haraslin paltardəyişmə otağımıza gələrək üzr istədi. Mən də ona sarıldım və təbrik etdim. Dördüncü hakim üzərinə düşənləri etsəydi, bütün bunlar baş verməzdi”.

Paylaş:
Digər xəbərlər

Reportaj / Avropa Liqası

19-02-2024, 18:0

2 “qırmızı”lı, 5 qollu matçda “Qalatasaray” sevindi – REPORTAJ

Reportaj

27-07-2023, 17:0

“Qalatasaray”ın yeni ÇL macərası bərabərliklə başladı - REPORTAJ

Dünya futbolu

31-08-2023, 23:0

Okan Buruk daha bir rekord müəyyənləşdirdi - REPORTAJ

Dünya futbolu

14-08-2022, 14:0

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Dünya futbolu

6-09-2022, 17:0

''Qalatasaray'' yenə qələbə qolunu sonda vurdu

Dünya futbolu

26-06-2022, 12:0

''Qalatasaray'' ilk transferini reallaşdırdı

Aktual
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
Son xəbərlər
  • Bu gün, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 12:41
    Londonda iş yerini dəyişdi
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Dünən, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Dünən, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Dünən, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Dünən, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Dünən, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Dünən, 11:35
    O "Qarabağ" artıq yoxdu!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 91
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə