• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

2 “qırmızı”lı, 5 qollu matçda “Qalatasaray” sevindi – REPORTAJ

Reportaj / Avropa Liqası

19-02-2024, 18:0

Avropa Liqasında öz qrupunu 2-ci pillədə tamamlayan Çexiya çempionu İstanbula yaxşı formada – son 8 rəsmi matçın hamısında qələbə qazanaraq gəlmişdi. Ancaq İstanbul nəhəngi də oyundan öncə belə statistika ilə öyünə bilərdi. Yəni iki seriyadan biri qırılmalıydı...

“Football-plus.az” xəbər verir ki, gözlənildiyi kimi, Okan Buruk meydana ideal heyət buraxmışdı. Yalnız zədədən yeni qayıdan Əbdülkərim Bardakcı ehtiyatda qalmışdı. Mükəmməl azarkeş dəstəyinə malik olan və oyuna yaxşı başlayan “Qalatasaray” 20 dəqiqə tamamlanmamış hesabı açdı. İkardinin ötürməsindən sonra topu qəbul edərək cərimə meydançasına daxil olan Kərəm Dəmirbay qüvvətli zərbə ilə yaxın küncü dəqiq nişan aldı. Fasiləyə qədər olan müddətdə Mertens iki dəfə qol vurmağa yaxın oldusa, bir epizodda Muslera komandasını real qoldan xilas etdi. İkinci hissə meydan sahibləri üçün yaxşı başlamadı. Hücuma qoşulan sağ müdafiəçi Presiado baxımlı zərbə ilə topu yerlə uzaq künə göndərdi. Az sonra İkardinin zərbəsi dirəyə tuş gəldisə, Kaan Ayhan oyuna davam edə bilməyərək Əbdülkərimlə əvəzləndi. 61-ci dəqiqədə yerli fanatlar yenidən ayağa qalxdı. Adi epizodda topu rəqibə bağışlayan kapitan Kreyçi üstəlik Mertensin qüvvətli zərbəsindən sonra avtoqol müəllifi oldu. Amma cavab hücumundaca Nelsson Muslera ilə təkbətək çıxan Birmançeviçi yerə yıxınca birbaşa qırmızı vərəqə aldı! Bu azmış kimi, 2 dəqiqə sonra qonaqların əsas qol silahı Kuxta baş zərbəsi ilə bərabərlik topunu vurdu. 80-ci dəqiqədə “Sparta” da azlıqda qaldı. Top uğrunda mübarizə zamanı Barış Alpərin üzünə zərbə endirən Rineş 2-ci sarı vərəqəni alaraq meydanı tərk etdi. Əsas vaxta əlavə olunan 1-ci dəqiqədə isə “Qalatasaray”lıların sevimlisi İkardi səhnəyə çıxdı. Son vaxtlar məhsuldarlığı aşağı düşən argentinalı forvard 2 müdafiəçinin əhatəsində olmasına baxmayaraq, topu qapıçı üçün əlçatmaz olan yerə göndərdi. Türkiyə çempionu bu dramatik qarşılaşmada sevinsə də, bir həftə sonra komandanın işi heç də asan olmayacaq. Çünki “Sparta” bu mövsüm öz meydanında keçirdiyi 15 rəsmi oyunun heç birində uduzmayıb (13 qələbə, 2 heç-heçə)!

pley-off, ilk oyun
Qalatasaray – Sparta 3:2
Kərəm Dəmirbay, 19. Kreyçi, 61-öz qapısına. İkardi, 90+1 – Presiado, 47. Kuxta, 65.
Qalatasaray: Muslera, Kaan Ayhan (Əbdülkərim Bardakcı, 55), Nelsson, Sançes, Berkan Kutlu, Torreyra (Ndombele, 90+1), Kərəm Dəmirbay (Zaha, 84), Barış Alpər Yılmaz, Mertens (Vinisius, 90+1), Kərəm Aktürkoğlu (Tete, 84), İkardi.
Sparta (Çexiya): Vindal, Presiado (Vizner, 74), Vitik, Sorensen, Kreyçi, Rineş, Kayrinen, Laçi (Solbakken, 74), Karabeç (Haraslin, 65), Birmançeviç (Sadilek, 84), Kuxta (Olatunyi, 84).

Faktlar
* “Qalatasaray” avrokuboklarda keçirdiyi 315-ci oyunda 113-cü qələbəsini qazandı (84 heç-heçə, 118 məğlubiyyət, top fərqi – 426:468).
* “Qalatasaray”ın rəsmi matçlarda qələbə seriyası 9, məğlubiyyətsiz seriyası 13 oyuna çatdı (11 qələbə, 2 heç-heçə).
* “Qalatasaray”ın bu mövsüm evdə keçirdiyi 22 rəsmi oyunda yalnız bir məğlubiyyəti var (19 qələbə, 2 heç-heçə). Yeganə məğlubiyyət ÇL-in qrupunda “Bavariya” ilə oyunda qeydə alınıb.
* Bu mövsüm avrobukoklarda 13-cü oyunda 7-ci dəfə qalib gələn (3 heç-heçə, 3 məğlubiyyət) “Qalatasaray” tarixi ərzində yalnız 2 mövsümdə bundan daha çox qələbə qazanıb. İstanbul nəhəngi avrokuboklarda 2009/10-u 8, 1999/00-i isə 9 qələbə ilə tamamlayıb.
* AL-in indiki formatla keçirilməyə başlandığı 2009-cu ildən bəri Okan Buruk bu turnirdə ən yüksək qələbə faizinə (54,5) malik olan türkiyəli məşqçidi (11 oyun, 6 qələbə).
* AL-in indiki formatla keçirilməyə başlandığı 2009-cu ildən bəri “Qalatasaray” bu turnirin pley-offunda 9-cu oyununda ilk qələbəsini qazandı (4 heç-heçə, 4 məğlubiyyət).
* “Sparta” Türkiyədə keçirdiyi ardıcıl 7-ci oyunda qələbəyə həsrət qaldı və bu müddətdə 6-cı dəfə məğlub oldu. Praqa təmsilçisi Türkiyədə son qələbəsini 1989-cu ilin sentyabrında “Fənərbaxça”ya qarşı ÇK-nın cavab oyununda əldə edib (2:1).

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Gözəl bir matç izlədik. Rəqibin hücum etməyi sevdiyini, amma müdafiədə də boşluqlar buraxdığını bilirdik. İlk yarıda hücumların həlledici məqamında düzgün qərarlar verə bilsəydik, daha çox qol vurardıq. 18 dəqiqə azlıqda oynasaq da, önəmli performans ortaya qoyduq. “Sparta” 80-ci dəqiqədə azlıqda qalandan sonra daha çox hücum etməyə çalışdıq. Yekunda önəmli rəqibə qarşı 3:2 hesablı qələbə qazandıq. Kiçik üstünlük əldə etdik. Amma başqa bir şey qazanmadıq. Bizdə Nelsson, rəqibdə isə 3 futbolçu cəzalı duruma düşdü. Cavab oyununa da ən yaxşı şəkildə hazırlaşacağıq. Ehtiyat qüvvəmiz geniş deyil. Xüsusilə də müdafiədə seçim imkanlarımız azdı. Orye sıralarımıza qoşulsa da, Afrika Millətlər Kubokundan zədəli qayıdıb və nə vaxt hazır olacağını bilmirik. Məcburiyyətdən bəzi oyunçuları fərqli mövqelərdə sınayırıq. Məcbur qaldıqca bu cür çıxış yolları axtaracağıq. Muslera yenə önəmli qurtarışlar etdi. Bizim üçün hər cəhətdən vacib simadı. Onunla yolumuza davam etmək istəyirik”.
Brayan Priske, “Sparta”nın baş məşqçisi: “Əla oynadıq. Bir çox fürsət yaxaladıq. İkidən artıq qol vura bilərdik. Oyunçularımın özünəinamının artması baxımından faydalı qarşılaşma oldu. İşin yeganə üzücü tərəfi belə performans sərgiləməyimizin qarşılığında meydanı məğlub tərk etməyimiz oldu. “Qalatasaray”a çətin anlar yaşatdıq. 3 qol buraxsaq da, komandamla qürur duyuram. Matçın bəzi qırılma anları oldu. Həmin anlarda fürsətləri dəyərləndirsəydik, sonluq başqa cür ola bilərdi. Amma yenə də pley-offdakı səfər oyunu üçün yaxşı təsir bağışladıq. Həm də hansı rəqibə qarşı oynadığımızı da unutmayaq. “Qalatasaray” fanatları komandalarını irəli səsləmək üçün hər şey etdilər. Stadionda gözəl atmosfer var idi. Ümid edirəm ki, izləyicilər də oyundan razı qaldı. Çünki hər iki komanda hücumameyilli futbol oynamağa çalışdı. Püşk atılandan sonra “Qalatasaray” bu cütün favoriti idi. Məncə, bu nəticədən sonra heç nə dəyişmədi. Rəqib hələ də favoritdi. Amma biz gücümüzü göstərdik. 1 top böyük fərq deyil və bunu öz meydanımızda aradan qaldıra bilərik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-07-2022, 17:0

“Qalatasaray”' toplanışa məğlubiyyətlə başladı

Reportaj

27-07-2023, 17:0

“Qalatasaray”ın yeni ÇL macərası bərabərliklə başladı - REPORTAJ

Dünya futbolu

31-08-2023, 23:0

Okan Buruk daha bir rekord müəyyənləşdirdi - REPORTAJ

Dünya futbolu

17-07-2022, 15:0

''Qalatasaray'' 3-cü oyunda ilk qələbəsini qazandı

Dünya futbolu

10-08-2023, 21:0

“Qalatasaray” Sloveniya çempionunu darmadağın etdi

Çempionlar Liqası

17-08-2023, 22:0

“Qalatasaray” cavab oyununda da “Olimpiya”ya şans vermədi

Aktual
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
Son xəbərlər
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:50
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Dünən, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Dünən, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Dünən, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Dünən, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Dünən, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
Daha çox
Oxunub: 724
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 258
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 166
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə