"Xəzər Lənkəran"ın paylaşımı azarkeşləri ayağa qaldırdı - illər sonra şad xəbər açıqlandı

24.02.2024 19:30 5 477
Ölkə futbolu / Manşet
Srağagün "Qarabağ" Avropa Liqasının pley-offunda "Braqa"nı ümumi hesabda uddu (6:5) və 1/8 finala vəsiqə qazandı. Əlamətdar hadisəylə bağlı Ağdam təmsilçisinin ünvanına hələ də təbriklər yağır.

"Football-plus.az" xəbər verir ki, matç bitəndən dərhal sonra bu sıraya qoşulanlar arasında hazırda fəaliyyət göstərməyən "Xəzər Lənkəran" da var. Klubun rəsmi səhifəsi 5 il sonra ilk dəfə paylaşım edib:

"Xəzər Lənkəran"ın yetirməsi Nəriman Axundzadənin qolu ilə tarix yazaraq Avropa Liqasının 1/8 finalına vəsiqə qazanması münasibətilə "Qarabağ" Futbol Klubunu təbrik edirik!"

Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb. Paylaşım yüzlərlə rəy, minlərlə bəyənmə alıb. Xatırladaq ki, iş adamı Mübariz Mənsimov "Xəzər Lənkəran"ın stadionunun təmir edilməsiylə bağlı göstəriş verib.

KƏNAN BAHADIR