• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“QARABAĞ” 1/8 FİNALDA! - YENİLƏNİB

Manşet / Avropa Liqası

23-02-2024, 00:0

Bu gün “Qarabağ” daha bir taleyüklü və tarixi matça çıxıb. Avropa Liqasının pley-offunda rəqib “Braqa” olub.

"Football-plus.az" xəbər verir ki, “köhlən atlar” qələbə qazanaraq 1/8 finala yüksəlib.

Avropa Liqası
pley-off, cavab görüşü
Qarabağ – Braqa (Portuqaliya) 2:3
Mateus Silva, 102, Nəriman Axundzadə, 120+2 - Rocer Fernandes, 70, Alvaro Calo, 83, Simon Banza, 113-p.

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 56
Hakimlər: GEORGİ KABAKOV, Martin Marqaritov, Diyan Valkov, Nikola Popov (hamısı Bolqarıstan).
VAR hakimi: İvaylo Stoyanov (Bolqarıstan).
VAR hakiminin köməkçisi: Draqomir Draqanov (Bolqarıstan).
Hakim-inspektor: Petteri Kari (Finlandiya).
UEFA nümayəndəsi: Fredi Furst (Polşa).
22 fevral. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.
İlk oyun - 4:2.

Bu gün bütün futbol ictimaiyyətinin gözü “Tofiq Bəhramov”da olacaq. Çünki “Qarabağ” ölkə tarixində növbəti ilkə imza atmağa çox yaxındı. Portuqaliyadan möhtəşəm qələbə ilə dönən “köhlən atlar” meydana həm ciddi azarkeş dəstəyi altında, həm də hesab baxımdan üstün çıxacaq. Səfərdəki matçı cəza üzündən buraxan Marko Veşoviç də komandasına kömək edə bilər. Düzdü, onun start heyətində görünmək şansı azdı. Yeganə zədəli Kevin Medinadı. Belədə Qurban Qurbanovun start heyətində bu futbolçulara şans verəcəyini düşünmək olar: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Mateus Silva, Yassin Benzya, Julio Romao, Marko Yankoviç, Abdulla Zubir, Leandro Andrade, Juninyo Olavio.
“Braqa”nın baş məşqçisi Artur Jorjenin Bakıya gətirdiyi heyətlə də tanış olaq: Mateus, Tyaqo Sa, Lukaş Horniçek, Sərdar Saatçı, Siku Nyakate, Joze Fonte, Paulo Oliveyra, Co Mendes, Fransisko Çissumba, Vitor Qomes, Kristian Borxa, Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyo, Luiş Pitsi, Joao Moutinyo, Cibril Sumare, Armindo Bruma, Abel Ruis, Alvaro Calo, Roni Lopeş, Rocer Fernandeş, Simon Banza.

Bəli, əsas kapitan Rikardo Orta zədəli olduğundan adı siyahıya salınmayıb. Halbuki Jorje onun cavab oyununa qədər hazır olacağını demişdi. Əlbəttə, cari mövsümdə avrokuboklarda 7 məhsuldar ötürmə ilə yadda qalan oyunçunun yoxluğu “Qarabağ”ın şanslarını artırır. Üstəlik müdafiəçi Adrian Marin də zədəlidi. Bəs çalışdırıcı onların əvəzində kimə güvənəcək? Onun planı bəllidi. Belə ki, Portuqaliya millisinin sabiq üzvü olan Bruma zədəsini sağaldaraq kollektivə qoşulub. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm avrokuboklarda 9 oyunda üçü Çempionlar Liqasında olmaqla 5 qol vurubsa, 2 məhsuldar ötürmə verib. Bruma bu göstəriciylə komandasının bombardiridi.

Ümumiyyətlə, “Braqa”nın “Qarabağ” səddini keçmək şansı azdı. Düzdü, Portuqaliya təmsilçisi çempionatının gücü, maliyyə dəyəri və ümumi beyəlxalq təcrübəsi sayəsində “köhlən atlar”ı üstələyir. Lakin məhz ilk matçda qeydə alınan hesab rəqibin işini xeyli çətinləşdirir. Belə ki, “Braqa” indiyə qədər cəmi bir dəfə avrokuboklarda 2 top fərqi ilə uduzduğu görüşdən sonra vəziyyəti xeyrinə dəyişib. Söhbət Avropa Liqasının 2021/22 mövsümündə “Şerif”lə (Moldova) pley-off matçlarından gedir. “Silah ustaları” səfərdə 0:2 hesabıyla uduzubsa, evdə rəqibini eyni hesabla üstələyib və penalti seriyasında daha dəqiq olaraq (3:2) 1/8 finala yüksəlib. Amma “Braqa” ilk oyunu evdə keçirildiyi və 2 top fərqiylə məğlub olduğu hallarda heç vaxt səfərdən sərfəli nəticə ilə qayıda bilməyib. Düzdü, qələbə qazanılıb. Lakin qol çatışmazlığı uğura mane olub. Buna 2011/12 mövsümündə “Beşiktaş”la duelləri misal çəkə bilərik. Komanda evdə 0:2 hesabıyla məğlub olub və səfərdən qələbəylə qayıdıb - 1:0. Göründüyü kimi, “Braqa” Avropa Liqasının 1/8 finalına yüksəlsə, həm tarixində ilkə imza atacaq, həm də həmin uğuru 6-cı dəfə təkrarlamış olacaq. “Qarabağ” isə tarixində ilk dəfə belə uğur qazanacaq.

Bəs hakim kimdi? Georgi Kabakovu tanıyırıq. Xatırladaq ki, onun haqda “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində ötən ilin avqustunda səfərdə “Olimpiya”ya qarşı (2:0) keçirdiyi matçdan öncə ətraflı məlumat vermişdik. Daha sonra Kabakovun ədaləti təmsil etdiyi qarşılaşmada Julio Romao sarı vərə almış, komandamız isə qrup mərhələsinə adlamışdı. 37 yaşlı hakim 2013-cü ildən FİFA referisidi. O, üçüncü dəfə “köhlən atlar”ın oyununu idarə edəcək. Yollarımızın kəsişdiyi ilk oyun 2015/16 mövsümünə təsadüf edir. Həmin görüşdə “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rudar”a Monteneqroda 1:0 hesabıyla qalib gələrək, yoluna davam edib. Göründüyü kimi, hakim də düşərlidi. İndi “Braqa”nın 2 top fərqini aradan qaldırmasına imkan verməmək lazımdı.

Uğurlar, “Qarabağ!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

20-02-2024, 10:0

"Qarabağ" – “Braqa” oyununun hakimləri

Aktual / Ölkə futbolu

7-08-2023, 11:0

“Avqustun 2-də “Bəhramov”da oyun keçirmək mümkün deyildi”

Manşet / Avropa Liqası

1-12-2023, 01:0

"Qarabağ" Konfrans Liqasının pley-offunu təmin etdi - YENİLƏNİB

Avropa Liqası

9-02-2024, 11:0

“Qarabağ” - "Braqa” oyununun biletləri satışda

Avropa Liqası

17-02-2024, 16:0

“Qarabağ” - “Braqa” oyununa satılan biletlərin sayı

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 134
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə