• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ xal fərqini 11-ə çatdırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

14-02-2024, 20:0

Fransa çempionatının 21-ci turu cəlbedici oldu.

“Football-plus.az” xəbər verir ki, əslində bu turun iki mərkəzi oyunu var idi. İddialılardan PSJ ilə “Lill”, “Nitsa” ilə “Monako” qarşılaşdı. “Şimallı itlər”lə ilk dövrədəki oyunda xal itirən (1:1) PSJ-nin baş məşqçisi Luis Enrike gözlənilməz rotasiyaya əl ataraq Donnarumma ilə Mbappeni ehtiyatda saxlamışdı. Amma parislilər onlarsız da güclü rəqibi məğlub edə bildi. Yusuf Yazıcı artıq 6-cı dəqiqədə qonaqları irəli çıxarsa da, sonrakı 10 dəqiqə onlar üçün faciəvi oldu. 10-cu dəqiqədə Ramuş hesabı bərabərləşdirdi, 17-ci dəqiqədə mərkəz müdafiəçisi Aleksandro topu uzaqlaşdırmaq istəyərkən “qapıların yerini səhv saldı”. 2-ci hissə də PSJ-nin üstünlüyü şəraitində keçdi və Kolo Muani 80-ci dəqiqədə intriqanı öldürən qolu vurdu.

Turun digər mərkəzi oyununda “Nitsa” evdə “Monako”ya uduzdu. “Qartallar” iki dəfə hesabda geri düşdü və hər dəfə də bərabərlik qolunu vura bildi. Lakin Qolovinin 77-ci dəqiqədə vurduğu qol həlledici oldu. “Knyazlar” bu qələbə sayəsində ilk “3-lüy”ə qayıtdı və indi “Nitsa”dan yalnız 1 xal geri qalır.
Ardıcıl 3-cü oyunda qələbəyə həsrət qalan “Brest” də mövqeyini əldən verməkdədi. Erik Ruanın komandası səfərdə aşkar autsayder “Klermon”un müqavimətini qıra bilmədi. Vitse-çempion “Lans” isə “Strasbur” üzərində inamlı qələbə qazanmaqla xal hesabında “Lill”ə çatdı. “Qan-qızılılar”la yanaşı, “Renn” də sürət yığmaqdadı. Bretaniyalılar səfərdə “Havr”ın öhdəsindən gəldi.

“Marsel” yenə azarkeşlərini məyus etdi. Cennaro Qattuzonun çalışdırdığı komanda ardıcıl 5-ci dəfə qələbəyə həsrət qaldı. Özü də autsayderlərdən biri “Mets”lə oyunda. Ədalət naminə onu da vurğulayaq ki, “Marsel” Jiqonun meydandan qovulması üzündən 31-ci dəqiqədən azlıqda mübarizə apardı.

Mövsümün qışa qədər olan bölümünü faciəvi keçirən “Lion” tədricən özünə gəlməkdədi. Ölkə kubokunu da nəzərə alsaq, “şirlər” ardıcıl 3-cü qələbəsini “Monpelye” üzərində qazandı. Baxmayaraq ki, hesabı məhz “Monpelye” açmışdı. Turun digər oyunlarında “Loryan” evdə “Reyms”i, “Nant” səfərdə “Tuluza”nı məğlub etdi.

21-ci tur
PSJ – Lill 3:1
Ramuş, 10. Aleksandro, 17-öz qapısına. Kolo Muani, 80 – Yazıcı, 6. (47716)
PSJ: Navas, L.Ernandes (Hakimi, 69), Beraldo, Pereyra, Mukiele, Dembele (Barkola, 62), Uqarte, Ruis (Vitinya, 62), Asensio, Ramuş (Zair-Emeri, 74), Kolo Muani.
Lill: Şevalye, İsmaili, Aleksandro, Yoro, Santuş, Bentaleb, Andre (Devid, 67), Qudmundsson (Kabella, 67), Qomes, Jeqrova (Unas, 67), Yazıcı (Haraldsson, 81).
Nitsa – Monako 2:3
Lyabord, 37-p. Gessand, 74 – Zakariya, 16; 50. Qolovin, 77. (24788)
Nitsa: Bulka, Bar, Dante, Todibo, Lotomba (Rosario, 67), Budaui (Perro, 76), Ndaişimay, Sanson (Rozye, 83), Luşe (Türam, 67), Gessand, Lyabord (Şo, 75).
Monako: Ken, Salisu, Maripan, Kerer, Kamara (Diop, 90+4), Zakariya, Fofana, Yakobs, Qolovin (Baloqun, 80), Minamino (Akliuş, 79), Ben Yedder.
Marsel – Mets 1:1
Mumbanya, 56 – Udol, 61. (62686)
Marsel: Lopes, Merlen (Qarsiya, 68), Balerdi, Jiqo, Kloss, Onana, Unai, Arit (Meyte, 33), Mumbanya (Enrike, 85), Obameyanq, Ndiaye (Sarr, 68).
Lans – Strasbur 3:1
Vai, 16. Koşta, 30. Sotoka, 58 – Delen, 43. (38161)
Havr – Renn 0:1
Burijo, 60. (23702)
Klermon – Brest 1:1
Kiey, 69 – Lis-Melu, 50. (8893)
Tuluza – Nant 1:2
Dallinqa, 90+6 – Məhəmməd, 2. Kadevere, 51. (28933)
Loryan – Reyms 2:0
Bamba, 70. Bakayoko, 87. (15096)
Monpelye – Lion 1:2
Nordin, 23 – Lakazett, 74. Kakere, 82. (15519)
1. PSJ 21 15 5 1 51-18 50
2. Nitsa 21 11 6 4 22-14 39
3. Monako 21 11 5 5 40-30 38
4. Brest 21 10 7 4 30-18 37
5. Lill 21 9 8 4 29-17 35
6. Lans 21 10 5 6 27-20 35
7. Renn 21 8 7 6 31-25 31
8. Marsel 21 7 9 5 29-23 30
9. Reyms 21 9 3 9 27-29 30
10. Strasbur 21 6 7 8 22-29 25
11. Havr 21 5 9 7 23-25 24
12. Nant 21 6 4 11 22-32 22
13. Lion 21 6 4 11 22-34 22
14. Tuluza 21 4 8 9 20-29 20
15. Monpelye 21 4 8 9 21-27 19
16. Loryan 21 4 7 10 28-42 19
17. Mets 21 4 5 12 18-32 17
18. Klermon 21 3 7 11 15-33 16
Bombardirlər: K.Mbappe (PSJ) – 20, Ben Yedder (Monako), Lakazett (Lion) – 11, Devid (Lill) – 8.
Növbəti turun oyunları fevralın 16-18-i aralığında keçiriləcək: Lion – Nitsa, Lill – Havr, Nant – PSJ, Strasbur – Loryan, Renn – Klermon, Monako – Tuluza, Monpelye – Mets, Reyms – Lans, Brest – Marsel.

Turun rəqəmi
3 – Kilian Mbappe PSJ karyerasında 3-cü dəfə çempionat oyununda ehtiyatda qaldı. Luis Enrike çərşənbə günü “Brest”lə kubok oyununda topuğundan zədə alan ulduz forvardın sağlamlığı ilə bağlı risk etmək istəmədi. Kilian əvvəllər iki dəfə - 2018-ci ilin aprelində (“Monako” – 7:1) və 2017-nin noyabrında (“Nant” – 4:1) ehtiyatda qalmışdı.

Turun ulduzu
Denis Zakariya (Monako) – buna qədər mövsümdə cəmi bir qolu olan isveçrəli yarımmüdafiəçi “Nitsa” ilə oyunda “partladı”. O, ilk qolu uzaq məsafədən gözəl zərbə ilə vurdu, ikincidə isə yaxın dirək önündə topa başını toxundurdu.

Turun sitatı
Aleksandr Qolovin, “Monako”nun yarımmüdafiəçisi: “5 qol, daimi mübarizə, çoxlu sarı vərəqə, “qırmızı”, bir sözlə, əsl derbi. Üstəlik 1-ci dövrədə biz evdə “Nitsa”ya uduzmuşduq, əvəz çıxmaq lazım idi. Turnir cədvəli baxımından da önəmli oyun idi. Bizi yalnız 3 xal qane edirdi, belə oyunda qələbə çox dəyərli və vacibdi. Yaxşı ki, hesab 2:2 olandan dərhal sonra 3-cü qolu vura bildik. Bilirəm ki, “Nitsa” üzərində qələbə azarkeşlərimiz üçün xüsusi hadisədi. Onları sevindirə bilməyimiz əla oldu”.

Fakt
PSJ bütün turnirləri əhatə edən məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırdı. Parislilər bu müddətdə 12 qələbə qazanıb, 4 oyunda heç-heçə edib.

Reaksiya
Luis Enrike, PSJ-nin baş məşqçisi: “Yaxşı, yetkin oyun göstərdik. Bu oyun mənə “Brest”lə kubok qarşılaşmasını xatırlatdı. “Real Sosyedad”a qarşı da məhz belə oyun gözləyirəm. Futbolçularımın böyük həvəslə oynadığını gördüm. Məşqçilər həmişə kollektiv yaratmağa çalışır. Kilian Mbappe səviyyəsində oyunçular fərdi ustalığa malikdi, oyunun axarını dəyişməyə qadirdi, ancaq önəmlisi odu ki, biz komandanın səviyyəsini də dərk edirik. Kilianın sağlıq durumu yerindədi, ancaq risk etmək istəmədim. Bu, final görüşü olsaydı, onu da meydana buraxardım, ancaq çərşənbə günü Çempionlar Liqasında 100 faiz oynayacaq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Dünya futbolu

30-08-2023, 22:0

PSJ ilk qələbəsini qazandı, “Monako” ilk dəfə xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

11-10-2023, 19:0

“Monako” liderliyi qorudu, Qattuzo ilk qələbəsini qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 19:0

“Monako” zirvəyə döndü, PSJ 5-ci pilləyə endi - TURUN ŞƏRHİ

Dünya futbolu

16-08-2023, 22:0

Ulduzlarsız PSJ debütdə büdrədi – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 426
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə