• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Karvan” MOİK-lə xal fərqini minimuma endirdi

1-ci liqa / Reportaj

12-02-2024, 21:0

1-ci liqada mövsümün ikinci yarısı MOİK – “Karvan” oyunu ilə canlandı.

6-cı pillədə qərarlaşan yevlaxlıların çempionluğa real namizədlərdən sayılan “hərbçilər”lə görüşündə tribunalarda təkəm-seyrək azarkeş var idi. Diqqətimi çəkən məqamlardan biri də qonaqların ehtiyat oyunçular skamyasında cəmi üç futbolçunun əyləşməsi idi ki, Kənan Kərimov sona qədər onların xidmətinə ehtiyac duymadı.

Oyun qarşılıqlı hücumlarla başladı. Gözlənilənin əksinə, qonaqlar ilk dəqiqələrdən üstünlüyü ələ almağı bacardı. Oyunda ilk təhlükəni də yevlaxlılar yaratdı. 6-cı dəqiqədə Emil Qasımovun təxminən 17 metrdən endirdiyi zərbə az fərqlə qapıdan aralı keçdi. Çox keçmədən yenidən Emil səhnəyə çıxdı. Onun ikinci cəhdini MOİK-in qolkiperi əngəllədi. 39-cu dəqiqədə qonaqlar daha bir dəfə qola yaxın oldu. Kinqsin cərimə meydançası həndəvərindən zərbəsini Zeynal Əhmədzadə dəf etdi. 51-ci dəqiqədə Qnapi gözəl ötürmə ilə Qasımovu qapıçı ilə üz-üzə qoydu. Lakin Emil bu epizodda topa toxuna bilmədi. Hissənin sonluğunda hücumlarını daha da artıran qonaqlar Şahmuradovun zərbələri ilə təhlükəli oldu. Onun ilk cəhdində top qapıdan yan keçdi, ikinci zərbəsini isə qolkiper küncə çıxardı. Buna baxmayaraq, “Karvan” qol istəyinə 85-ci dəqiqədə çatdı. Elvin Dəmirovun zərbəsini Əhmədzadə qaytarsa da, dönən topu İzzət Müştaqov qapıdan keçirdi – 1:0. Bu qələbə ilə xalnı 21-ə çatdıran “Karvan” MOİK-lə xal fərqini minimuma endirdi.

Oyundan sonra “hərbçilər”in çalışdırıcısı Qəzənfər Abbasov “Futbol+”ə bunları dedi:

“Bu gün komandamda hər şey normaldı. Sadecə, hücumalara çıxmaqda çətinlik çəkirdik. Ümumi baxsaq, hər iki komanda əsasən meydanın mərkəzində mübarizə aparırdı. Təhlükəli vəziyyətlətin çox yaşanmadığını da vurğulamaq lazımdı. Künc zərbəsindən sonra qapımızda qol gördük. Sadəcə, bəxtimiz gətirmədi. “Karvan”ı təbrik edir, gələcək oyunlarda uğurlar arzulayıram”.


Abbasov təlim-məşq toplanışını dəyərləndirdi və növbəti turda “Mingəçevir”lə səfərdə keçirəcəkləri oyun haqda da danışdı:
“Qış fasiləsini istədiyimiz kimi keçirdik. Hər şey arzuladığımız kimi oldu. Sumqayıtda 5 yoxlama oyununda qüvvəmizi sınadıq. “Mingəçivir”lə qarşılaşma ağir keçəcək. Səfərdən qələbə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.


“Karvan”ın baş məşqçisi Kənan Kərimovla da söhbətləşdik:
“Səfərdə oynamağımıza baxmayaraq, komandanın çıxışından çox razıyam. Çünki qarşılaşma tam nəzarətimiz altında keçdi. MOİK-in necə güclü komanda olduğunu bilirik. Həmin rəqibə ilk dövrənin ev oyununda uduzmuşduq – 0:3. Bura kasad heyətlə gəlmişdik. Əsas komandanın 3 oyunçusunun xidmətindən yararlana bilmədik. Oyunboyu dəyişikliyə getmədik. Əsas odu ki, futbolçularımı bura 3 xal üçün gəldiyimizə inandırdım. Onlar da meydanda döyüşüb qələbə qazandı. Lazım olan nəticəni əldə etdik. Bütün komanda üzvlərinə təşəkkür edirəm. Bu gün xarakter göstərdilər. Düzdü, qarşımıza çempionluq hədəfi qoyulmayıb. Lakin məqsədimiz yüksək pillələrdə qərarlaşmaqdı”.


Mütəxəssisin növbəti turun “Qaradağ Lökbatan”la qarşılaşması haqda düşüncələri:
“Artıq 13 turu geridə qoymuşuq. Növbəti turda çempionluğa namizədlərdən “Qaradağ Lökbatan”la qarşılaşacağıq. MOİK-lə oyuna necə hazırlaşmışdıqsa, həmin matça da elə köklənəcəyik. Çalışacağıq ki, zədəli və xəstə futbolçularımızı bərpa edək, onların xidmətindən yararlanaq. Yoxsa bugünkü problemlər yaşana bilər. İnanıram ki, qələbə qazanacağıq. Komandama güvənirəm”.


İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Reportaj

19-12-2023, 20:0

“Sumqayıt” “Karvan”ın işini son 10 dəqiqədə bitirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

30-01-2024, 22:0

“Zirə” son dəqiqədə yıxıldı - REPORTAJ

Reportaj

18-12-2023, 11:0

“Sabah” “Dalğa Arena”da “2” aldı! – REPORTAJ

Ölkə kuboku / Reportaj

23-12-2023, 12:0

“Hərbçilər” sensasiyanın astanasından döndü - REPORTAJ

1-ci liqa / Reportaj

12-02-2024, 21:0

“İmişli” “İrəvan”ı aşağı pillələrə yuvarladı

1-ci liqa / Manşet

29-12-2023, 21:0

“Qaradağ Lökbatan”la premyer-liqaya qalxmaq istəyirəm”

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
  • 22-07-2026, 19:0
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 130
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə