• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul” və “Siti” inamlı qələbə qazandı

Dünya futbolu

5-02-2024, 22:0

Həftəortası premyer-liqada 22-ci turun oyunları keçirildi.

"Fooball-plus.az" xəbər verir ki, ilk 5 oyunla bağlı yazmışdıq. Çərşənbə günü və cümə axşamı keçirilən oyunlara gəlincə...

Turun mərkəzi oyununda gerçək mübarizə alınmadı. İlk dəqiqələrdən dominantlıq edən “Liverpul” daha böyük hesabla qalib gələ bilərdi. Təkcə elə Nunyes 4 dəfə qapı çatını silkələdi. Məhz o, ilk dəfə “Çelsi”nin müdafiəsində boşluq tapdı, sadəcə, Petroviç barmaqlarının ucu ilə zərbəni dirəyə göndərdi. Hissənin ortalarında isə Jota Bredlinin ötürməsindən sonra hesabı açdı. Ardından Petroviç Consun təhlükəli zərbəsini qaytarsa da, “qırmızılar” fasiləyə qədər hesabı 2:0 etdi. Bu dəfə Bredli fərqləndi. Əslində elə ilk yarıda darmadağın rəsmiləşməliydi. Sadəcə, 45+2-ci dəqiqədə penaltini yerinə yetirən Nunyes topu dirəyə vurdu. Poçettino fasilədə üçlü dəyişikliyə əl atsa da, komandasının oyununu yaxşılaşdıra bilmədi. 2-ci hissədə də rəqibdən daha yaxşı oynayan “Liverpul” 65-ci dəqiqədə fərqi darmadağı həddinə çatdırdı. Bu qolun məhsuldar ötürməsini də Bredli verdi. Klopp isə birdəfəyə 4 dəyişiklik etdi və bundan yararlanan qonaqlar qollardan birinin əvəzini çıxdı. Nkunku topu uzaq “6-lığ”a göndərdi. Yerdəyişmələrdən sonra oyuna uyğunlaşan meydan sahibləri 79-cu dəqiqədə böyük hesabı təmin etdi. Nunyes əvvəlcə topu dirəyə vursa da, ardından Diasa məhsuldar asma verdi. Son dəqiqələr artıq formal xarakter daşıdı.

Liderin ən yaxın izləyicisi “Mançester Siti” “Bernli” üzərində inamlı qələbə qazandı. Bu, Qvardiolanın komandasının bütün turnirlər nəzərə alınmaqla ardıcıl 8-ci qələbəsidi. “Bernli”nin “şəhərlilər” üçün yetərincə münasib rəqib olduğunu bu oyun bir daha göstərdi. Kompaninin komandasının bu oyunda heç bir şansı yox idi, artıq ilk yarının ortalarında “Siti” rahat hesabı təmin etdi. Meydan sahibləri 16-cı dəqiqədə yaratdığı ilk real qol vəziyyətində hesabı açdı – Alvares yaxın məsafədən Nunyesin asmasını tamamladı. Argentinalı tezliklə De Bruynenin hiyləgər ötürməsindən sonra dublu rəsmiləşdirdi. 2-ci hissə başlayan kimi “şəhərlilər” 3-cü qolu da vurdu. “Siti” bundan sonra artıq növbəti oyunu düşünə bilərdi. Meydan sahibləri topa nəzarət yolunu tutdu, tribunalar bir də Holann meydana çıxanda canlandı. Norveçli ulduzun da fərqlənmək imkanı oldu. “Bernli” uzatma dəqiqələrində darmadağından qaça bildi. Sonradan meydana çıxan Fofana Əl-Daxilin fərqlənməsinə şərait yaratdı. MS bu qələbədən sonra “Arsenal”ın bir gün əvvəl ələ keçirdiyi 2-ci pilləni özünə qaytardı. “Bernli” isə elitada qalmaaq uğrunda mübarizədə işini çətinləşdirdi.

“Tottenhem” – “Brentford” oyunu parlaq alındı və kəskin süjet dönüşləri ilə yadda qaldı. İlk yarı meydan sahiblərinin topa total nəzarəti şəklində keçsə də, müdafiəni savadlı şəkildə quran qonaqlar maraqlı əks-hücumlar qururdu. Nəticədə məhz “Brentford” hesabı açdı və fasiləyə qədər üstünlüyü qorudu. Ancaq fasilədən sonra “mahmızlar” oyunun axarını büsbütün dəyişdi. “Tottenhem” cəmi 10 dəqiqə ərzində rəqib müdafiəsini pərən-pərən sala və 3 top vura bildi. Hətta qolların sayının artması da mümkün idi. Hər halda, qonaqlar 2-ci hissənin ortalarında fərqi azaltmaqla oyuna döndü. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində davam etsə də, hesab bir daha dəyişmədi.

“Vest Hem” – “Bornmut” oyunu məhsuldar heç-heçə ilə bitdi. Devid Moyesin komandası dekabrın 28-dən bəri qələbə qazana bilmir. 19-cu turda “Arsenal”ı səfərdə 2:0 hesabıyla məğlub edən “çəkicdöyənlər” həmin vaxtdan bəri bütün turnirlər çərçivəsində keçirdiyi 5 oyunun 4-də heç-heçə edib, 1-də uduzub.

Turun son oyununda MY “Vulverhemton”a qalib gəldi. Artıq 5-ci dəqiqədə Reşford hesabı açdı. 22-ci dəqiqədə Heylunn məhsuldar ötürməyə qol da əlavə etdi. İlk yarının sonunda “qırmızı şeytanlar”ın daha iki qolu ofsayda görə sayılmadı. “Canavarlar” 2-ci hissədə qeyri-adi dərəcədə canlandı. Sarabiya 68-ci dəqiqədə fərqi azaltdı. Ardından Maktominey və Kilmen künc zərbələrindən sonra fərqləndi. Uzatma dəqiqələri başlayanda hesab 2:3 idi. 5-ci uzatma dəqiqəsində Neto “status-kvo”nu bərpa etsə də, yeniyetmə Maynu MY-ni sevindirən qolu vurdu. Mankunianlar bu qələbə sayəsində “Nyukasl”la “Borton”u arxad qoymaqla 7-ci pilləyə yüksəldi.

22-ci tur
Liverpul – Çelsi 4:1
Jota, 23. Bredli, 39. Soboslai, 65. Dias, 79 – Nkunku, 71. (???)
Liverpul: Alisson, Qomes (Robertson, 69), Van Diyk, Konate, Bredli (Aleksander-Arnold, 68), Soboslai (Elliott, 69), Makallistter, Cons (Klark, 83), Nunyes, Jota (Qakpo, 68), Dias.
Çelsi: Petroviç, Çiluell (Hüsto, 46), Badyaşil, Silva, Disasi, Kaysedo (Çukvuemeka, 66), Fernandes, Sterlinq, Qallaher (Nkunku, 46), Madueke (Mudrik, 46), Palmer (Kazadei, 85).
Mançester Siti – Bernli 3:1
Alvares, 16; 22. Rodri, 46 – Əl-Daxil, 90+3. (???)
MS: Ederson, Qvardiol, Ake, Stounz, Lüis, Podri (Kovaçiç, 87), Nunyeş, Dokyu, De Bruyne (Holann, 71), Foden (Qriliş, 77), Alvares (Qomes, 87).
Tottenhem – Brentford 3:2
Udoci, 48. Conson, 49. Rişarlison, 56 – Mope, 15. Touni, 67. (61210)
Tottenhem: Vikario, Udoci, Van de Ven, Romero, Porro, Skipp (Heybyerq, 46), Bentankur (Conson, 46), Verner (Donli, 90+2), Meddison (Drequşin, 88), Kulusevski, Rişarlison.
Vulverhempton – Mançester Yunayted 3:4
Sarabiya, 68-p. Kilmen, 85. Neto, 90+5 – Reşford, 5. Heylunn, 22. Maktominey, 75. Maynu, 90+7. (31641)
MY: Onana, Şou, Martines (Maquayr, 86), Varan, Dalot, Maynu, Kazemiro (Maktominey, 73), Reşford (Antoni, 73), Fernandeş, Qarnaço (Evans, 90+2), Heylunn (Forson, 86).
Vest Hem – Bornmut 1:1
Uord-Prouz, 61-p. – Solanke, 3. (???)
Turun ilk 5 oyunu çərşənbə axşamı keçirilib: Nottingem Forest – Arsenal 1:2 (29387), Aston Villa – Nyukasl 1:3 (42191), Luton – Brayton 4:0 (10994), Kristal Pelas – Şeffild Yunayted 3:2 (???), Fulhem – Everton 0:0 (24376).
1. Liverpul 22 15 6 1 51-19 51
2. Mançester S. 21 14 4 3 51-24 46
3. Arsenal 22 14 4 4 44-21 46
4. Tottenhem 22 13 4 5 47-33 43
5. Aston Villa 22 13 4 5 44-30 43
6. Vest Hem 22 10 6 6 36-33 36
7. Mançester Y. 22 11 2 9 28-32 35
8. Nyukasl 22 10 2 10 44-33 32
9. Brayton 22 8 8 6 38-37 32
10. Çelsi 22 9 4 9 36-35 31
11. Vulverhempton 22 8 5 9 33-35 29
12. Bornmut 21 7 5 9 29-40 26
12. Fulhem 22 7 4 11 28-36 25
14. Kristal Pelas 22 6 6 10 25-36 24
15. Brentford 21 6 4 11 31-36 22
16. Nottingem F. 22 5 5 12 27-40 20
17. Luton 21 5 4 12 28-38 19
18. Everton (-10) 22 8 4 10 24-28 18
19. Bernli 22 3 3 16 22-45 12
20. Şeffild Y. 22 2 4 16 19-54 10
Bombardirlər: Holann (MS), Salah (Liverpul) – 14, Solanke (Bornmut) - 13, Son Hın Min (Tottenhem) - 12, Bouen (Vest Hem) – 11.

Turun rəqəmi
104 – De Bruyne məhsuldar ötürmələrin sayına görə premyer-liqa tarixində ilk “3-lüy”ə daxil oldu. 32 yaşlı belçikalı “Bernli” ilə oyunda Alvaresin fərqlənməsinə şərait yaratdı. Premyer-liqada 104-cü belə ötürməsini verən De Bruyne MY-nin sabiq forvardı Ueyn Runini (103) arxada qoydu. “Şəhərlilər”in yarımmüdafiəçisi indi yalnız “Arsenal”la “Çelsi”nin sabiq oyunçusu Sesk Fabreqasdan (111) və MY-nun sabiq yarımmüdafiəçisi Rayan Giqqzdən (162) geri qalır.

Turun ulduzu
Elayca Adebayo (Luton) – nigeriyalı forvard peşəkar futbolda ilk dəfə het-trik etdi. Adebayo premyer-liqada “çərçivə”yə 10 zərbə vurub və bunların səkkizi qolla nəticələnib. Top-klubların hücumçularının belə həsəd apara biləcəyi göstəricidi!

Turun sitatı
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Rəqibin bizdən xeyli yaxşı olduğu aydın görünür. Hər təkbətək mübarizədə uduzduq. Hər dəfə topu ələ keçirəndə bir-iki toxunuşdan sonra itirirdik. İki penalti? Bəxtimiz gətirmədi, ancaq bu məqam “Liverpul”un bizdən yaxşı olması reallığını dəyişmir. Bu, yalnız bir oyun idi. İrəli baxmalıyıq. “Liverpul”un dünyanın ən yaxşı komandalarından biri olduğunu bilirdik”.

Faktlar
* “Liverpul”un hücumçusu Darvin Nunyes premyer-liqa tarixinə bir oyunda 4 dəfə qapı çatını “nişan alan” ilk futbolçu kimi düşdü. Uruqvaylı premyer-liqanın cari mövsümündə artıq 9 dəfə qapı çatına görə məyus olub. “Böyük beşlik” ölkələrində heç bir başqa futbolçu bu mövsüm 4-dən artıq belə bəxtsizlik yaşamayıb.
* Heylunn “Vulverhempton”la oyunda həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. 20 yaşlı danimarkalı klub tarixinə ardıcıl iki oyunda bunu bacaran ən gənc futbolçu kimi düşdü. Rasmus 21 yaşında belə uğura nail olan Kriştiano Ronaldonun rekordunu yenilədi.

Reaksiyalar
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Çelsi” kimi komandaya qarşı möhtəşəm oynamaq lazımdı. “Çelsi” superistedadlı komandadı. “Liverpul” bu oyuna həqiqətən güclü başladı. Daha bir-iki qol vura bilərdik. Bredlinin oyunu? Qeyri-adi! O, indi, sadəcə, uçur. Çox çalışır, yaxşı futbolçudu. Belə gənc oyunçular olmasa, bizdəki zədəlilərə görə yaxşı nəticələrə nail ola bilmərik”.

Erik ten Haq, MY-nin baş məşqçisi: “Son nəticədə hər şey belə olmaya bilərdi. Ona görə ki, bir saat ərzində meydanda dominantlıq etdik, demək olar ki, rəqibin təhlükəli vəziyyət yaratmasına imkan vermədik, yaxşı qollar vurduq. Saatın tamamında hesab artıq 3:0 və ya 4:0 olmalıydı. Bu oyunda qələbə ruhumuzun yerində olduğunu gösərir, ancaq hər komanda müqavimət göstərir, belə vəziyyətə düşməməliyik. Rəqibin hesabı 3:2, 3:3 etməsinə imkan vermək olmaz. Əlbəttə, qalib gəlməyimiz mənə xoşdu. Maynu premyer-liqada ilk, özü də vacib qolunu vurdu. Düşünürəm ki, bütün komanda yaxşı oynadı. Maynu qaol vura, həlledici hərəkətlər edə, məhsuldar ötürmə verə, yaxşı asmalar edə bilər. Hər şey özündən və ona yardım edəcək komanda yoldaşlarından asılıdı”.

Devid Moyes, “Vest Hem”in baş məşqçisi: “Bir xal qazandığımıza görə şadam. “Vest Hem” heç də yaxşı oynamadı. İstənilən halda, bu heç-heçədən nəticə çıxaracağıq. Potensial transferlər? İndicə meydanı tərk etmişəm, “pəncərə”nin son saatlarında nələrin yaşandığından xəbərsizəm. Oyundan sonra transferlər haqda danışmaq çətindi. İngiltərə elə ölkədi ki, burda hər şeyi gec etməyi xoşlayırlar”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

24-12-2023, 11:0

“Liverpul” “Vest Hem”i darmadağın etdi, “Fulhem”ə rəqib oldu

Dünya futbolu

15-01-2024, 21:0

“Liverpul” əzmkar qələbə qazandı

Dünya futbolu

31-01-2024, 21:0

“Liverpul” darmadağınla, Mançester klubları çətinliklə mərhələ adladı

Dünya futbolu

29-01-2024, 22:0

“Liverpul” 14-cü dəfə finala çıxdı

Dünya futbolu

4-10-2023, 19:0

MS, MY və “Liverpul” uduzdu, “Tottenhem”lə “Arsenal” liderə yaxınlaşdı

Aktual
86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
“Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
Son xəbərlər
  • Dünən, 23:51
    'Risk etmək istəmədik, çünki zədəlilər ola bilərdi" - Valdas Dambrauskas
  • Dünən, 23:20
    "Bu gün bir az bəxtimiz gətirdi" - Azər Bağırov
  • Dünən, 22:45
    “Həmin iddialar əsassızdı və faktlara uyğun deyil” – “Araz Saatlı”nın pulsuz qalmasına izahat
  • Dünən, 22:06
    Türkiyəli ulduz üçüncü dəfə dizindən əməliyyat olunacaq
  • Dünən, 21:35
    "Rəşad Sadıqovdan üzr istəyirəm" - Jorj Kaşkilya
  • Dünən, 21:25
    "Zirə" Qubada büdrədi, "Sabah" "Kəpəz"ə uduzdu - YENİLƏNİB
  • Dünən, 20:51
    "May ayında palçıqda futbol oynayırıq" - Rəşad Sadıqov
  • Dünən, 20:20
    Millimiz Rumıniyaya böyük hesabla uduzdu
  • Dünən, 19:56
    Arda Turanlı ''Şaxtyor''un avrokubok macərası yarımfinalda başa çatdı
  • Dünən, 19:25
    Tanınmış məşqçi xanım taksi sürücüyə pul əvəzinə seks təklif etdi!
  • Dünən, 18:54
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 18:48
    39 yaşında klubunu dəyişdi
  • Dünən, 18:09
    DÇ-2026 üçün maraqlı vakansiya
  • Dünən, 17:55
    Riad Rəfiyev sınaq müddəti
  • Dünən, 17:38
    Mourinyo “Real”a hansı şərtlər irəli sürüb?
  • Dünən, 17:03
    86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
  • Dünən, 16:43
    Kubok gözəlləməsi: açıq məşq də olacaq, mətbuat konfransı da!
  • Dünən, 16:31
    "İmişli" - "Zirə" - START HEYƏTLƏRİ
  • Dünən, 16:08
    Luis Enrike futbolçularını ad gününə dəvət etdi, amma....
  • Dünən, 15:49
    “Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
  • Dünən, 15:23
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 14:46
    “Hall Siti”ni artıq türk klubuna çevirmişik” - Acunun növbəti hədəfi nədi?
  • Dünən, 14:11
    “İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
  • Dünən, 13:49
    Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
  • Dünən, 13:14
    Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
  • Dünən, 12:38
    “Trabzonspor” Azərbaycana gəlir?
  • Dünən, 11:54
    “Fənər”in sabiq məşqçisindən illər sonra gələn etiraflar
  • Dünən, 11:23
    Millimiz beynəlxalq turniri 45 medalla başa vurdu
  • Dünən, 10:52
    “Neftçi” 1/4 final oyununa çıxacaq - Dünya Seriyası
  • Dünən, 10:31
    Həsrət hamıdan irəlidədi
  • Dünən, 10:00
    Altı cüdoçumuz “Böyük Dəbilqə"də mübarizəyə qoşulur
  • Dünən, 01:09
    Arda Turan yarımfinalda dayandı...
  • 7-05-2026, 23:0
    "Neftçi" və "Araz-Naxçıvan" qalib gəldi
  • 7-05-2026, 22:0
    Yenə Antonelli!
  • 7-05-2026, 21:0
    “Fənərbaxça” “Jalgiris”i ikinci oyunda da məğlub etdi
Daha çox
Oxunub: 189
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 162
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 161
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə