“Tottenhem”lə “Mançester Siti” arasındakı oyun 1/16 finalın bəzəyi olmalıydı, ancaq azarkeşlərin ümidləri doğrulmadı.
"Football-plus.az" xəbər verir ki, “şəhərlilər” hər iki hissədə rəqibdən üstün təsir bağışladı. Bunu göstərən daha bir fakt odu ki, “mahmızlar” fasiləyə qədər Orteqanın qapısına zərbə vura bilmədi. Qonaqlar isə artıq 5-ci dəqiqədə Vikarionu məyus etsə də, onların sevinci tezliklə məyusluqla əvəz olundu, ona görə ki, Bobbun vurduğu qol millimetrlik ofsayd üzündən sayılmadı. İlk yarıda qonaqlar daha bir neçə perspektivli hücum qurdu, ancaq “Tottenhem”in müdafiəsi bunun öhdəsundən gəldi. Meydan sahibləri 2-ci hissədə yalnız bir zərbə ilə yadda qaldı. Belə görünürdü ki, “Siti” yenə də bu stadionla bağlı lənəti aradan qaldıra bilməyəcək. Ancaq qonaqlar son 10 dəqiqədə təzyiqi daha da artırdı. Bu müddətdə yaratdıqları dörd təhlükəli vəziyyətin birindən yararlandılar. Künc zərbəsinin ardından Ake hesabı açdı. Meydan sahibləri bu epizodda qapıçıya qarşı kobudluq olduğunu iddia etsələr də, hakim qolu qeydə aldı. MS artıq 1/8 finaldadı, “Tottenhem” isə diqqətini çempionata yönəltməlidi.
Püşkdə bəxtinə “Liverpul” düşən “Norviç”in şansı onsuz da yüksək dəyərləndirilmirdi, Yürgen Kloppun cümə günü mövsüm bitəndən sonra “qırmızılar”dan ayrılacağını deməklə vəziyyəti bir qədər də dəyişmişdi. Aydın məsələ idi ki, “Liverpul”un oyunçuları həm baş məşqçinin, həm də xəbərdən üzülən fanatların əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün əlindən gələni edəcək. İlk dəqiqələrdən hücum dalğası yaradan “qırmızılar” 28 dəqiqə ərzində iki qol vurdu. Düzdü, bu qollar arasında qonaqlardan Gibson da fərqləndi. Fasiləyə qədər başqa qol olmadı. 2-ci hissə məhsuldarlıq baxımından birincini arxada qoydu. Hissənin əvvəlində Jota Lonqu 3-cü dəfə topu tordan çıxarmağa məcbur etdi, 10 dəqiqə sonra fərqlənən Van Diyk isə oyunun qalan bölümünü formallığa çevirdi. “Norviç”in 69-cu dəqiqədəki qolu bu planda heç nəyi dəyişmədi. Qravenberx uzatma dəqiqələrində yekun hesabı müəyyənləşdirdi – 5:2.
“Çelsi” – “Aston Villa” oyunu da maraqla gözlənilirdi. Tablodakı sıfırların oyunun məzmununu əks etdirdiyini demək olmaz. Bu oyunda çoxlu qol vurula bilərdi, ancaq qapıçılar çox inamlı oynadı. Eyni sözü hücumçular, xüsusən də “Çelsi”nin oyunçuları haqda demək olmaz. Artıq debütdə Petroviç Tilemansın zərbəsindən sonra komandasını xilas etdi, VAR isə Luisin qolunun qeydə alınmasına imkan vermədi. Ardından təhlükəli vəziyyətləri əsasən “zadəganlar” yaratdı. 2-ci hissədə “Çelsi” əvvəlki qədər inamlı deyildi. “Aston Villa” sonda daha yaxşı təsir bağışladı. Uotkins və Keş yaxşı imkanı əldən verdi – hər iki halda Petroviç xilaskar rolunu oynadı. Ümumilikdə heç-heçə ədalətli nəticədi, hərçənd məhsuldar heç-heçə oyunun axarına daha uyğun olardı. Komandalar növbəti dəfə Birmingemdə üz-üzə gələcək ki, bu məqam artıq “Aston Villa”nın şansını artırır.
MY 4-cü divizion təmsilçisi ilə oyunda müəyyən çətinliklərlə üzləşsə də, hər halda, bu mərhələni adlaya bildi.
1/16 final
Liverpul – Norviç (D-2) 5:2
Cons, 16. Nunyes, 28. Jota, 53. Van Diyk, 63. Qravenberx, 90+5 – Gibson, 22. Sayns, 69.
Liverpul: Alisson, Bredli, Konate (Van Diyk, 55), Kuansa, Qomes (Robertson, 55), Makkonnell (Dias, 79), Qravenberx, Qakpo, Jota, Nunyes (Aleksander-Arnold, 66).
Tottenhem – Mançester Siti 0:1
Ake, 88.
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Udoci, Bentankur (Meddison, 73), Heybyerq (Skarlett, 90+1), Conson (Skipp, 72), Kulusevski, Verner, Rişarlison.
MS: Orteqa, Uoker, Diaş, Ake, Qvardiol, Rodri, Kovaçiç, Foden, B.Silva, Bobb (Dokyu, 65), Alvares (De Bruyne, 65).
Nyuport (D-4) – Mançester Yunayted 2:4
Morris, 36. Evans, 47 – Fernandeş, 7. Maynu, 13. Antoni, 68. Heylunn, 90+4.
MY: Bayındır, Dalot, Varan (Evans, 90+7), Martines (Maquayr, 89), Şou (Kambvala, 82), Kazemiro (Maktominey, 81), Maynu, Antoni (Forson, 88), Fernandeş, Qarnaço, Heylunn.
Çelsi – Aston Villa 0:0
Çelsi: Petroviç, Gilkrist (Çiluell, 65), Disasi, Silva, Badyaşil, Kaysedo, Fernandes (Çukvuemeka, 89), Madueke (Mudrik, 77), Qallaher, Sterlinq (Broya, 77), Palmer.
Fulhem – Nyukasl 0:2
Lonqstaff, 39. Bern, 61.
Şeffild Yunayted – Brayton 2:5
Hamer, 44. Osula, 45+8 – Buonanotte, 14. Joao Pedro, 29-p.; 52-p.; 67. Uelbek, 90+7.
Everton – Luton 1:2
Harrison, 55 – Mikolenko, 39-öz qapısına. Vudrou, 90+6.
Vest Bromviç (D-2) – Vulverhempton 0:2
Neto, 38. Kunya, 78.
Bristol Siti (D-2) – Nottingem Forest 0:0
İpsviç (D-2) – Meydston (D-6) 1:2
Sarmiento, 56 – Reynolds, 43. Korne, 66.
Lids (D-2) – Plimut (D-2) 1:1
Entoni, 31 – Rendell, 73.
Lester (D-2) – Birmingem (D-2) 3:0
Vardi, 47. Akgün, 72. Prat, 88.
Uotford (D-2) – Sauthempton (D-2) 1:1
Martins, 5 – Armstronq, 89.
Şeffild Uensdey (D-2) – Koventri (D-2) 1:1
Qassama, 84 – Torp, 45.
Blekbern (D-2) – Rekshem (D-4) 4:1
Şmodiks, 32; 45+1. Qallaher, 34. Tronsted, 59 – Kennon, 19.
Bu mərhələnin daha bir oyunu cümə axşamı keçirilib: Bornmut – Suonsi (D-2) 5:0. Heç-Heçə bitən cütlərdə təkrar oyun olacaq.
Faktlar
* Qvardiola “Tottenhem Hotspur Stedium”da ilk qələbəsini qazandı. Pepin komandası 2019-un aprelində açılan stadionda ilk dəfə qol vurdu və uduzmadı. “Siti” buna qədər adı çəkilən stadionda keçirdiyi 5 oyunun hamısında “quru” hesabla (0:1, 0:2, 0:2, 0:1, 0:1) uduzmuşdu. Özü də Pepi Londonda dörd müxtəlif məşqçi – Maurisio Poçettino, Joze Mourinyo, Nunu Eşpiritu Santu və Antonio Konte məğlub edib. Ange Postekoğlu isə bunu bacarmadı.
* 6-cı divizion komandası 1/8 finala adladı. “Meydston Yunayted” səfərdə “İpsviç”i məğlub edə bildi. “Meydston”la çempionşipdə 2-ci pillədə qərarlaşan rəqibi arasında İngiltərənin futbol piramidasında 98 komanda var. Son 46 il ərzində ilk dəfə İngiltərənin ilk 5 liqasından olmayan komanda kubokda 1/8 finala yüksəldi. 1978-ci ildə bunu “Blit Spartans” bacarmışdı.
* “Mançester Yunayted” 1970-ci ildən bəri ilk dəfə 4-cü divizon təmsilçisindən – “Nyuport”dan 2 qol buraxdı.
Reaksiyalar
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Çox yaxşı oyun oldu. 2-ci hissədə, 70-ci dəqiqədən sonra güc itirməyə başladıq, ona görə ki, son oyunu üç gün əvvəl keçirmişdik. İndi təkrar oyun haqda düşünmək, oyunçuları növbəti qarşılaşma üçün bərpa etmək lazımdı. Bütün komandanın oyunundan çox razıyam, yaxşı oynadıq, sadəcə, dəqiqlik çatmadı. Özünü premyer-liqada fantastik göstərən və 4 ən yaxşı komanda sırasında olan “Aston Villa” ilə oyun bizim futbolçular üçün yaxşı siqnal idi, get-gedə yaxşılaşırıq. Əlbəttə, qalib gəlmək istəyirdik, ancaq yetərincə dəqiq deyildik”.
Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi: “Top-komandaya qarşı ağır oyun idi. Oyunda qalmaq üçün çox zəhmət çəkdik və belə gec qol buraxdıq... Ancaq rəqib yaxşı idi. MS bəzən sizi əziyyət çəkməyə məcbur edir, bu üzdən yorulmadan çalışmaq lazım gəldi. Bizim üçün çətin sınaq idi. Buna qədər olduğu kimi, irəli hərəkət etməliyik. Bu gün bizim üçün heç nə dəyişmədi”.
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Oyunumuzdan, statistikadan çox razıyam. Bu gün səviyyəli futbol göstərdik. 1-ci dəqiqədən 95-ci dəqiqədə qədər hər kəsdən razıyam. Titulu qorumağa çalışırıq, bu stadionda oynamaq çətin idi. “Siti” hər oyunda çoxlu təhlükəli vəziyyət yaradır, topla və topsuz cəsarətini göstərir, bu üzdən çox razıyam”.
Erik ten Haq, MY-nin baş məşqçisi: “4:0 etmək əvəzinə rəqibə oyuna dönmək imkanı verdik, faktiki oyuna yenidən başlamaq lazım gəldi. Müdafiədəki səhvlərə görə məyus olsam da, komandanın göstərdiyi xarakterdən razıyam”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Norviç” gözəl qollar vurdu, yaxşı oynadı. Lap əvvəldən biz də yaxşı oynadıq. 5 qoldan dördünü akademiyanın məzunları təşkil etdi – bu əladı. Oyunla bağlı yalnız müsbət emosiyalarım var. Fanatların sevgisini görmək xoş idi, bizə belə atmosfer lazımdı. Bizə azarkeşlərin dəstəyi lazımdı, futbolçular baş məşqçi haqda düşünməməlidi”.