• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əməkdar məşqçi Rizvan Səfərov: “Çətinliyi göz önünə alır, ona qalib gəlmək üçün çalışıram” - LAYİHƏ

İdman / Layihə / Manşet

8-10-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Yenidən diqqətimizi Gəncə idmanına yönəltmişik. Amma bu dəfə futboldan yox, basketboldan bəhs edəcəyik. Həmsöhbətimiz gəncəli basketbol mütəxəssisi, əməkdar məşqçi Rizvan Səfərovdu.

- Rizvan müəllim, sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. Basketbolla məşğul olmağa necə başladız? İlk məşqçinizi və komandanızı necə xatırlayırsız? Hansı uğurları qazanmaq sizə qismət olub?
- 1978-ci ilin mayında doğma Gəncə şəhərində dünyaya göz açmışam. Basketbolla da elə Gəncədə, uşaq yaşlarımdan məşğul olmağa başlamışam. 19 saylı idman məktəbində bədən tərbiyyə fənnini tədris edən Mahir müəllim ilk məşqçim olub. Məndə basketbolçu üçün vacib olan bəzi fərdi keyfiyyətləri gördüyü üçün məni məşqlərə dəvət etdi. Axşamlar idman dərnəkləri keçirilirdi. Həmin dərnəklərdə həvəslə məşq edirdik. O vaxtlar dərnəklərarası, məktəblərarası, eləcə də Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının arasında yarışlar keçirilirdi. Bundan başqa, Spartakiadalarda iştirak edirdik, Bakıya, Xaçmaza müxtəlif yarışlara gedirdik. Sözün düzü, fiziki göstəricilərim həmyaşıdlarımdan fərqləndiyi üçün başqa idman növləri üzrə məşqçilər də mənə dəvət göndərirdilər. Amma mən gələcəyimi basketbola bağladım, bu idmanı daha çox sevdim. Məşqlərdə ruh yüksəkliyi ilə iştirak etdim, basketbolda yüksək nəticələr qazandım.

- Basketbolu sizə sevdirən, onu başqa idman növlərindən fərqləndirən nədi?
- Həyatda bir prinsipim var. Həmişə işin çətin olanını seçirəm. Bu çətinliyi göz önünə alır, ona qalib gəlmək üçün çalışıram. Basketbol da mürəkkəbliyi ilə məni özünə cəlb etdi. Elmlər arasında riyaziyyat necə mürəkkəbdisə, idman növləri arasında da basketbol mürəkkəbliyi ilə seçilir. Sanki cavabı bilinməyən idman növüdü. Mən də bu idman növünü mükəmməl öyrənmək üçün öz üzərimdə çox çalışdım. Mənə bu idman növünü az əvvəl qeyd etdiyim kimi, Mahir müəllim sevdirib. İndinin özündə də onunla məsləhətləşirəm, onun tövsiyyələrini qəbul edirəm.

- Məşqçiliyə necə başladız? Hazırda harda çalışırsız? Məşqçi kimi fəaliyyətinizdən, uğurlarınızdan danışmağınızı xahiş edirik.
- 1994-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olundum. Elə həmin ildən də Gəncə şəhərinin komandasında çıxış etdim, komandanın kapitanı seçildim. Bu da bir xoş təsadüfdü ki, mən 2-ci kursda oxuyanda Gəncə şəhərində böyüklər arasında yarış keçirilirdi. Həmin yarışda biz qalib olduq. Şəhərimizdə fəaliyyət göstərən “Təhsil” İdman Məktəbinin yerli bölməsinin rəhbəri də həmin yarışı izləyirdi. Oyunumi bəyənmişdi. 1998-ci ildən məni idman məktəbinə müəllim götürdülər. O vaxtdan da məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Azərbaycanda yeganə məşqçiyəm ki, həm yeniyetmə oğlan və qızlar, həm də böyüklər arasında nəticə verməyi bacarmışam. Yeniyetmə qızlarla Azərnbaycan birinciliyinin qalibi olmuşam. Qadınlarla isə Azərbaycan çempionatında fərqlənmişik, eləcə də Gürcüstanda, İranda keçirilən beynəlxalq turnirlərdə mükafatçı olmağı bacarmışıq.

- Hazırda Gəncədə basketbolun vəziyyət necədi? Gənclərin və yeniyetmələrin basketbola marağı sizi qane edirmi?
- Əminliklə deyə bilərəm ki, indiyə qədər çəkdiyimiz zəhmətin bəhrəsini görmüşük. Müntəzəm müxtəlif yaş qrupları üzrə yığmalara, eləcə də əsas milliyə gəncəli basketbolçuları göndərmişik. Yetirmələrimdən Mirməcid İsmayılov, Əli Həsənov gənclər arasında keçirilən Avropa çempionatında 3-cü yerə layiq görülüb. Amil Həmzəyev kişilərdən ibarət yığmanın heyətində ilk dəfə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olub, Konyada keçirilən yarışda isə 2-ci yeri tutan yığmanın heyətində yer alıb. “Gəncə” Azərbaycan kubokunun qalididi, ötən mövsüm keçirilən ölkə çempionatında isə gümüş medal qazandıq. Hazırda da “Gəncə”də məşqçi kimi fəaliyyət göstərirəm.

- Son sualım ümumlikdə Azərbaycan basketbolunun vəziyyəti ilə bağlıdı. Sizi hansı problemlər narahat edir, onların həlli yolları hansılardı?
- Bildiyiniz kimi, komanda idman növünü inkişaf etdirmək fərdi idman növündən xeyli çətindi. Fərdi idman növündə zalda minimal şərait kifayət edir. Amma komanda idman növündə idman zalının tələbatı yüksək səviyyədə olur. Həmin parametr və ölçülər qorunmalıdı. Əlimizdəki imkanlardan maksimum istifadə etməyə çalışırıq. Həm Gəncə Olimpiya Kompleksinin idman zalından, həm məktəblərin idman zallarından yararlanırıq, müxtəlif idman yarışları keçiririk. Gəncədə qızlar və oğlanlar arasında kütləviliyə nail olmuşuq. İstənilən idman növündə kütləvilik vacib şərtdi. Kütləvilik olanda seçim etmək, yığma komandalara layiqli idmançılar yetişdirmək də asan olur. Təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidenti seçildikdən sonra xeyli müsbət dəyişikliklər var. Artıq problemlərin həlli istiqamətində də böyük işlər görülür. Orta məktəblərdə, idman məktəblərində və klublarda canlanma yaşanır. Müxtəlif yaş qrupları üzrə liqalar təşkil olunur. Kişilər arasında həvəskarların liqası yaradılıb. Ali məktəblərin komandaları var. Bizim də “Gəncə” komandası ölkə çempionatında uğurla təmsil olunur, yüksək səviyyədə çempionat keçirilir. Bunun özü də ölkədə basketbolun inkişafına böyük töhfədi. Sosial şəbəkələrdə yarışlar geniş şəkildə işıqlandırılır, idman televiziyalarında canlı yayınlar verilir. Belə tədbirlər basketbolun təbliği üçün çox vacibdi. Mən də bu sahənin mütəxəssisi kimi çalışıram ki, əlimdən gələni edim, ölkə basketbolunun inkişafına fayda verim.

İLKİN SULTANLI

Əməkdar məşqçi Rizvan Səfərov: “Çətinliyi göz önünə alır, ona qalib gəlmək üçün çalışıram”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

16-07-2023, 23:0

Polad Həsənov: “Azərbaycanda basketbola maraq hazırda yüksək səviyyədədi” - LAYİHƏ

Layihə / Manşet

1-10-2023, 23:0

Turan Əliyev: “Kəpəz”in elitada oynaması gəncəli uşaqlar üçün böyük stimuldu” - LAYİHƏ

İdman / Layihə / Manşet

23-07-2023, 23:0

Xanəhməd Rzazadə: “Gəncədə cüdo başqa idman növlərindən seçilir, daha çox sevilir” - LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

İdman / Layihə / Manşet

1-01-2023, 23:0

Tahir Baxşıyev: “Builki çempionat indiyə qədər keçirilənlər arasında ən güclüsüdü” - LAYİHƏ

İdman / Layihə / Manşet

6-08-2023, 23:0

Azər Hüseynov: “İndiki uşaqlar sanki hər yarışda qələbə qazanmaq istəyirlər” - LAYİHƏ

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 252
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 176
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə