“Açığı, komandanın sıxışdırılması haqda bir şey deyə bilmərəm” – “Qartallar”ın rəhbəri

1.02.2024 14:53 192
Aktual / Ölkə futbolu
Sirr deyil ki, “Zirə” cari mövsümdə, xüsusən də qış fasiləsindən sonra hakim qərarlarından kəskin narazıdı.

Rəşad Sadıqovun fasilədən sonrakı oyunlarla bağlı reaksiyasından xəbərdarsız. Doğrudanmı, komandanı sıxırlar, kimlərsə “Zirə”nin irəli getməsini istəmir? Bu sualın cavabını “Qartallar” azarkeş qrupunun rəhbəri Kənan Məmmədlidən soruşduq:

“Açığı, komandanın sıxışdırılması haqda bir şey deyə bilmərəm. Düzdü, “Səbail”lə oyunda verilməyən penalti, “Sabah”la oyunda hakimin yanlış qərarı bizə çox təsir etdi. Lakin həmişə komandamıza dəstəyik, bütün çətinliklərə qarşı birlikdə savaşacağıq”.

ƏSƏD SEYİDOV