• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Vaqif Sadıqovla Ağasəlim Mircavadov AFFA-da oturmaq əvəzinə birləşib milli komandanı işlədə bilərlər”

Ölkə futbolu / Manşet

29-01-2024, 20:0

Elçin Həsənov ad-soyadı gənc yox, yaşlı futbolsevərlərin yadında olar.

Ötən əsrin 80-90-cı illərində ölkənin bir çox komandasının formasını geyib, indi isə Moskvada yaşayır. Əslində özü redaksiyaya zəng etmişdi, Mehdi Salmanovun vəfatıyla bağlı danışmaq istəyirdi. Söz sözü çəkdi və belə bir söhbət alındı.

- Bildiyimizə görə, yanvarın 21-də dünyasını dəyişən Mehdi Salmanov sizin futbol həyatınızda da önəmli rol oynayıb, 1987-91-ci illərdə SSRİ çempionatının 2-ci dəstəsində mübarizə aparan “Göyəzən”də onun rəis olduğu dönəmdə, Rəşid Özbəyovun, Əli Rəhmanovun rəhbərliyi altında oynamısız. İstəyirik ki, əvvəlcə həmin vaxta dönək. Mehdi Salmanov haqda xatirələrinizi bizimlə paylaşasardız. Onun Qazax futbolunun var olmasında rolu nədən ibarətdi?
- Allah Mehdi Salmanova rəhmət eləsin, məkanı cənnət olsun. Mehdi müəllim həyatımda böyük rol oynayanlardan biridi. Hələ 1985-ci ildə Lənkəranda, milli komandalar arasında SSSR çempionatı keçirilirdi. Mehdi müəllim orda rəis, Korobov baş məşqçi idi. Məni də dəvət etmişdi komandaya. Biz həmin vaxt SSRİ çempionu olduq. Sonra əsgərlik oldu. Xidmətdən qayıdandan sonra Abbas Fərzəliyev sağ olsun, məni yenidən futbola qaytardı. Bu zaman bizim oyunlara Əli Rəhmanov və Mehdi müəllim gəlib baxırmış. Bir neçə oyundan sonra məni "Göyəzən"ə dəvət etdilər. Demək olar ki, o vaxtdan 1991-ci ilə qədər "Göyəzən"də oynamışam. Mehdi müəllim ancaq futbol üçün yaranmışdı. Futbol üçün əlindən gələn hər şeyi etdi. Bir məqamı qeyd edim ki, o vaxt hər ilin sonunda uşaqlara dəbdə olan “06” “Jiquli” maşını verirdilər. Hər kəsə həmin maşınları paylasa da, özü “Zaporojets” sürürdü. Həyatını, bütün ömrünü Qazax futboluna verdi. Futbolla yaşayan bir insan idi. Onun dönəmində SSRİ çempionatında çox güclü komandalar olmasına baxmayaraq, biz evdə heç kimə uduzmurduq. Pul təklif edib xal almaq istəyirdilər, amma heç birini qəbul etmirdik. Hər komandaya 3-4 qol vururduq. Mehdi müəllim futbola sadiq bir insan idi.

- Nə vaxtdan Moskvada yaşayırsız? Orda hansı işlə məşğul olursuz? Rusiyadan Azərbaycan futbolu necə görünür?
- Artıq 12 ildi Moskvada yaşayıram, burda bizneslə məşğulam. Kafe, restoran və mağaza şəbəkəm var. Futboldan tam aralı işlərlə məşğulam. Lakin öz çempionatımızı və Rusiya çempionatını izləyirəm.

- Rusiyada Azərbaycan futbolu haqda nə düşünürlər, nə danışırlar? Bilirsiz ki, Murad Musayev “Sabah”ın “sükanı arxasındadı”, Andrey Lunyov “Qarabağ”ın qapısını qoruyur.
- Murad Musayev yaxın tanışdı. "Krasnodar"ın yetirməsidi və orda çox gözəl nəticələr verib. Andrey Lunyov gözəl qapıçıdı. "Zenit"də oynadığı anlar yadıma gəlir.

- Bu gün bizim futbolun əsas problemlərini nədə görürsüz?
- Uşaq futbolunda. Məsələn, mən özüm "Neftçi"nin yetirməsi olmuşam. Bizdə Elxan Həsənovla məndən başqa, demək olar ki, hər kəs rus, erməni idi. 1966-cı ilin "Neftçi"sinin bütün qaymaqları uşaq futbolunda məşqçi işləyirdi. İndi uşaq futboluna baxsaz, kimlər işlədiyini görərsiz. Mənə elə gəlir ki, uşaq futbolunun ən böyük bəlası yaratmaqdı. Bizim uşaqkən gündə iki dəfə məşq edirdik. Bizə güclü məşqçilər lazımdı. Baxıram AFFA-nın siyahısına o qədər Pro kateqoriyalı məşqçi var ki, gözləyirlər kiminsə yeri boşalsın və o yeri doldursunlar. Mənə elə gəlir ki, nə qədər güclü məşqçilər varsa, uşaq futboluna yönəlməlidi. Uşaq məşqçilərinə baxırsan, elələri var ki, heç futbol da oynamayıb. O qədər klub yaratmaq əvəzinə iki-üç güclü komanda yaratmaq olar. Məncə, klublar internat yaratmalı, uşaqları orda saxlayıb, gündə iki məşq keçməlidilər. Hər gün 1-2 saat məşqlə futbolçu yetişməz. Vaxtında uşaq futboluna dəyər verilməlidi. Hər birimiz görürük ki, gürcü, erməni, özbək futbolçular xaricdə oynayır. Bizdən kim var bəs? Uzağı Türkiyənin 1-ci liqasında oynayırlar.

- Futbola nə dərəcədə yaxınsız, futbol oynayırsızmı?
- Yox, indi heç bir yerdə oynamıram.

- Bildiyimizə görə, Moskvada yaşayan azərbaycanlıların həvəskar səviyyədə komandaları var. Onlarla əlaqələriniz varmı?
- Açığı, xəbərim yoxdu, heç bununla maraqlanmamışam da.

- Bəs Azərbaycan futbol ictimaiyyətindən kimlərlə münasibət saxlayırsız, vətənə gəlib-gedirsizmi?
- Futbol ictimaiyyətindən yalnız Faiq Əzizov və Vəli Hüseynov ilə əlaqə saxlayıram. onlarla bir yerdə oynamışam.

- Futbol üzrə ölkə çempionatının oyunlarını nə dərəcədə yaxından izləyirsiz?
- Çalışdığım qədər izləyirəm. Saytlardan hər biri haqda oxuyuram.

- Sizcə, niyə “Qarabağ”ın və Qurban Qurbanovun hegemonluğuna son qoyan komanda, baş məşqçi tapılmır?
- "Qarabağ"ın hazırda bu qədər güclü olmasında kölgədə qalan insanlar var. Onlardan biri Əmrah Çəlikəldi. Belə kollektiv yaradılmasında böyük əməyi var. Onun kimi insan hər klubda olmalıdı. Elə insaları tapmaq çox çətindi. Qurban Qurbanov gözəl insan, gözəl məşqçidi. Onların transferləri düzgündü. Çalışırlar digər klublar kimi transferdən pul qazanmasınlar. Ancaq dəqiq futbolçuları, çoxlu yoxlamadan sonra dəvət edirlər. Bu cəhətdən "Qarabağ"ın sistemi çox gözəldi. Digər klublar gələn legioner futbolçulardan pul qazanmağa çalışır. Belə hallar həmişə ölkəmizdə olub.

- Azərbaycan millisi ətrafında yaşanan prosesləri izləyirsizmi? Yəqin bilirsiz ki, yığmanın yeni baş məşqçini müəyyənləşdirmək üçün İşçi Qrup yaradılıb. Bu ən yaxşı yoldumu?
- Bu prosesləri izləyirəm. Dünyada görülməyən bir praktikadı ki, İşçi Qrup yaradılıb, baş məşqçi seçilir. Baş məşqçi belə seçilmir. Mütəxəssislər, AFFA özü bilir ki, kimi seçmək lazımdı. Məncə, hamı yerli məşqçini dəstəkləməlidi. İşçi Qrup boş şeydi. Kimisə gətirəcəklər, yenə kimlərsə nəsə qazanacaq. Biz öyrəşmişik ki, çörəyi başqasına verək. Ömür boyunca belə davam edib. Ötən dəfə veteran futbolçularımızdan birinin müsahibəsini oxudum. Orda qeyd etmişdi ki, milli komandaya Qvardiola da gəlsə, düzələn deyil. Həqiqətən də elədi. Kimisə gətirməyin xeyri yoxdu. Müəyyən oyunçular var, onlar da 3-5 il oynayacaq. Bəs sonra necə olacaq? Gücü uşaq futboluna verməlidilər. AFFA-da oturmaqla deyil ki. Şahin Diniyev də orda oturub öz maaşını ala bilərdi, amma oturmadı. Hazırda "Səbail"i çalışdırır və yaxşı da nəticələr verir. Mənə elə gəlir ki, Vaqif Sadıqovla Ağasəlim Mircavadov AFFA-da oturmaq əvəzinə birləşib milli komandanı işlədə bilərlər. O vaxt İsveç millisində də iki baş məşqçi var idi. Ölkə futbolunu dərindən bilirlər. Gəlmələrdən xeyir yoxdu.

GÜNAY SÜLEYMANOVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

21-01-2024, 12:0

Mehdi Salmanov vəfat etdi

Ölkə futbolu / Manşet

17-12-2023, 17:0

“Onun xəstəliyi elədi ki, əməliyyatlıq deyil”

Ölkə futbolu / Manşet

6-04-2023, 21:0

“Göyəzən”in 45 illik yubileyindən xəbərsizəm” - AÇIQLAMA

Ölkə futbolu / Manşet

23-10-2023, 23:0

“Göyəzən” hədəfi açıqladı: finala qədər irəliləmək!

Ölkə futbolu / Manşet

24-01-2024, 15:0

Qazax futbolunun əfsanəsini itirdik...

Ölkə futbolu / Manşet

19-04-2023, 21:0

Nadir Nəbiyev “Göyəzən”in prezidentinin xəstəxanadan çıxmasını gözləyir

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Dünən, 23:51
    Dünya çempionatını buraxacaq
  • Dünən, 23:38
    Klubuna 40 yaşında da gərək oldu
  • Dünən, 23:02
    Yeni kapitan oldu
  • Dünən, 22:20
    Vlahoviç hara gedir?
  • Dünən, 21:59
    Levandovskini “Barsa”da kim əvəz edəcək?
  • Dünən, 21:30
    “Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
  • Dünən, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Dünən, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Dünən, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Dünən, 18:51
    Milli komandada yeni təyinat
  • Dünən, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Dünən, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Dünən, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Dünən, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Dünən, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Dünən, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Dünən, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Dünən, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Dünən, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Dünən, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Dünən, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Dünən, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Dünən, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Dünən, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Dünən, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Dünən, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Dünən, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Dünən, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Dünən, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Dünən, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • 20-05-2026, 23:0
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • 20-05-2026, 23:0
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • 20-05-2026, 22:0
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 231
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 192
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə