"Əsas məqsəd əvvəlki "Kəpəz"i geri qaytarmaqdı"

27.01.2024 18:13 238
Premyer-liqa / Manşet
"Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları maksimum yerinə yetirnməyə çalışdılar. Oyunun sonlarında bir az konsentrasiya itdi. Əsas məqsəd əvvəlki "Kəpəz"i geri qaytarmaqdı. Bunun üçün çalışırıq".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli premyer liqasının 20-ci turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfansında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ" 10 nəfərlə oynayırdı. Amma sanki azlıqda olan tərəf siz idiniz...
- Məqsəd o idi ki, daha çox top saxlayıb vaxtı gözləyək və qol vuraq. Uşaqlar çalışdı, amma alınmadı.

- Adama Nianenin "Səbail"ə keçəcəyi deyilir. Bu, həqiqətdi?
- Elə bir şey yoxdu. Adama bizim futbolçumuzdu. Onunla söhbət etmişik. Hələ ki, bizimlə davam edir.

- Demək olar ki, bu gün keyfiyyət əzmkarlığa qalib gəldi?
- Ümumi olaraq razıyam. Amma bu gün meydana daha çox mübarizə aparan futbolçuları buraxmışdıq.

- Penalti epizodunu necə şərh edərdiniz?
- Zubir meydana çıxandan sonra sağ cinahdan daha çox təqyiq oldu. Həmin epizodda ani diqqətsizlik penalti ilə nəticələndi.