• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter” “Yuventus”a daha da yaxınlaşdı

Dünya futbolu

26-01-2024, 22:0

Yanvarın 22-də Səudiyyə Ərəbistanı Avropanın aparıcı futbol ölkələrinin növbəti xüsusi matçını təşkil etdi.

Bir neçə gün əvvəl Ər-Riyadda İspaniya Superkubokunun yarımfinal və final oyunları keçirilmişdi. Bu dəfə Asiya ölkəsində İtaliya Superkubokunun qalibi müəyyənləşdi. 36-cı dəfə təşkil edilən matçda “Napoli” ilə “İnter” qarşılaşdı.

final
Napoli - İnter 0:1 (0:0)
Napoli: Qollini, Matsokki (Ruy, 74), Juan Jezus, Rrahmani, Di Lorentso, Lobotka, Kayuste (Raspadori, 74), Zerbin (Estiqor, 54), Kvaratsxeliya (Lindstrem, 70), Politano (Qaetano, 70), Simeone.
İnter: Zommer, Pavar, De Vrey (Auqusto, 62), Açerbi, Darmian, Dimarko (Arnautoviç, 83), Barella (Frattezi, 63), Mxitaryan, Çalhanoğlu, Türam (Sançes, 81), Lautaro Martines (Bissek, 90+3).
Qol: Lautaro Martines, 90+1.
Vərəqələr: Rrahmani, 42. Çalhanoğlu, 44. Zerbin, 46. De Vrey, 47. Barella, 55. Simeone, 55. Qaetano, 90. Lautaro Martines, 90+2 – sarı. Simeone, 60 – qırmızı (ikinci sarı).
Hakim: Antonio Papuano.
22 yanvar. Ər-Riyad. 24900 tamaşaçı.
Qeyd edək ki, bu ildən Superkubokun formatında dəyişiklik edilib. İtaliya çempionu ilə ölkə kubokunun son qalibi arasında keçirilən bir oyundan ibarət mübarizənin əvəzinə 4 komandanın iştirakı ilə mini-turnirin təşkilinə qərar verilib. Son illərdə olduğu kimi, yenə Səudiyyə Ərəbistanının evsahibliyi etdiyi turnirin reqlamentinə əsasən, yarımfinal oyunlarında A seriyasının son çempionu “Napoli” ilə ölkə kubokunun finalçısı “Fiorentina”, vitse-çempion “Latsio” isə kubokun sahibi “İnter” ilə qarşılaşdı. Bu mərhələnin hər iki oyunu paytaxt Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçirildi. Həm “Napoli”, həm də “İnter” rəqibini 3 cavabsız qolla məğlub etməklə finala çıxmışdı. “İnter” Superkubokun finalına 12-ci dəfə vəsiqə qazanmaqla əzəli rəqibi “Milan”a çatmışdı. Bu planda rekordun “Yuventus”a (17 dəfə) məxsus olduğunu da bildirək.

Onu da xatırladaq ki, “Napoli” bu mövsüm A seriyasında “İnter”ə böyük hesabla uduzmuşdu: ötən il dekabrın 3-də Neapolda baş tutan oyunda Çalhanoğlu, Barella və Türamın vurduğu qollar milanllara 3:0 hesablı qələbə qazandırmışdı. Onda Valter Matsarri yenicə təyinat aldığı neapolluların baş məşqçisi kimi ikinci sınağında məyus olmuşdu. 62 yaşlı mütəxəssisin komandası bu rəqibi ilə yenə bacara bilmədi. Superkubokun yenə “Əl-Əvval Park” stadionunda baş tutan həlledici matç ümumilikdə “İnter”in diqtəsi ilə keçdi. Milanlılar ötənilki çempionun miskin kölgəsini xatırladan cənublulardan oyun planında aşkar üstün idilər. Doğrudu, matçın xüsusilə ilk hissəsi o qədər də baxımlı keçmədi. Çox sayda fola əl atan rəqiblər ehtiyatlı oynayır, hücuma keçməkdən çox qapısından top buraxmaqdan çəkinirdilər. Fasiləyə qədər qapılar qarşısında real qol vəziyyətinin yaranmamasının əsas səbəbi məhz bu idi.

İlk hissədə əlini iki dəfə cibinə salan hakim Antonio Papuano fasilədən sonra daha çox vərəqə göstərməyə məcbur oldu. Və birsaatlıq mübarizə arxada qalandan sonra nəticəyə az-çox təsir edən hadisə baş verdi: neapolluların hücumçusu Simeone 5 dəqiqə ərzində Çalhanoğlu ilə Açerbiyə qarşı kobud hərəkətlərinə görə komandasını meydanda azlıqda qoydu. “İnter” bundan sonra oyun planında daha üstün görünməyə başladı. Simone İnzaqinin Arnautoviç ilə Sançesi mübarizəyə qoşması komandasının tezliklə hesabı açacağından xəbər verirdi. Milanlılar bunun üçün kifayət qədər imkana malik oldular. Lakin Qollininin qapıda inamlı oyunu onların həmlələrini nəticəsiz qoyurdu. İnsafən, neapolluların arxa xəttinin əzmkarcasına mübarizə apardığını da bildirməliyik. Lakin “İnter” hər necə olsa, mübarizəin əlavə vaxta qədər uzanmasına imkan vermədi. Pavarın ötürməsinə reaksiya verən Martinesin 90+1-ci dəqiqəyə təsadüf edən qolu qalibi praktiki olaraq müəyyən etdi. Beləliklə, ölkə superkubokunun son sahibi statusunu qorudu. “İnter” azarkeşlərinin mövsümün qalan hissəsinə yönələn ümidlərini daha da artırdı. Hazırda A seriyasında 9-cu yerdə olan “Napoli” isə...

Yeri gəlmişkən...
Matsarrinin mükafatlandırma mərasimində görünməməsi diqqətdən yayınmadı. Qoldan dərhal sonra paltardəyişmə otağına yollanan çalışdırıcı mətbuat konfransında da iştirak etməyib. Turnirin reqlamentini pozan “Napoli”nin baş məşqçisinin cərimələnəcəyi gözlənilir.

Faktlar
* “İnter” İtaliya superkubokunu ardıcıl 3-cü dəfə qazanmaqla “Milan”ın rekordunu təkrarladı. “Qırmızı-qaralar” bu turnirdə 1992-94-cü illərdə qalib gəlib.
* “İnter” superkuboku ümumilikdə 8-ci dəfə qazanmaqla “Milan”ı arxada qoydu. Bu kuboku daha çox qazanan komanda “Yuventus”du (9 dəfə).* İnzaqi məşqçilik karyerasında 5-ci dəfə ölkə superkubokunu qazandı. Son iki ildə də “İnter”lə bu uğura nail olan mütəxəssis “Latsio”nu 2017 və 2019-cu illərdə qələbəyə daşımışdı. Marçello Lippi ilə Fabio Kapellonu arxada qoyan İnzaqi ölkə futbolunda yeni rekord müəyyən etdi.
* İnzaqi “İnter”in baş məqşçisi kimi keçirdiyi 3-cü mövsümdə 5-ci titulu qazandı. 47 yaşlı mütəxəssis 2021-ci ilin yayında təyinat aldığı komanda ilə iki dəfə İtaliya kubokunda qalib gəlib.
* Lautaro Martines “İnter”in formasında bütün turnirlərdə 123-cü qolunu vurdu. Argentinalı hücumçu bununla komandanın ən yaxşı bombardirlərinin siyahısıda Kristian Vyeriyə çatdı. İndi onlar 9-10-cu yerləri bölüşürlər. Bu siyahıya 287 qolla Cüzeppe Meatsa başçılıq edir.
* Simeone İtaliyada çıxış etdiyi müddətdə ilk dəfə qırmızı vərəqə aldı. “Napoli”nin argentinalı hücumçusu bütün turnirlərdə keçirdiyi 280-ci oyununda ilk dəfə meydandan qovuldu. Xatırladaq ki, Covanni Apennində daha əvvəl “Cenoa”, “Fiorentina”, “Kalyari” və “Verona”nın də formasını daşıyıb.
* Kvaratsxeliyanın ardıcıl qeyri-məhsuldar oyunlarının sayı 7-yə çatdı. “Napoli”nin gürcü vingeri son 12 matçda yalnız bir dəfə - “Kalyari”nin qapısına yol tapıb.

Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Napoli”nin haqını vermək lazımdı. Rəqib oyunu yaxşı keçirdi. Meydanda 10 nəfərlə qalandan sonra çox yaxşı müdafiə olundu, əsl şir kimi mübarizə apardılar. Komandamı təbrik edirəm. Əksər futboçularımız 60 saat əvvəl yarımfinalda oynamışdılar. Arxa xətdə çox yaxşı oynadıq və hesabı daha tez aça bilərdik. Artıq üçüncü ildi bütün çətinliklərə baxmayaraq, mənim yanımda olan oyunçular, azarkeşlər və kluba görə sevinirəm. Amma ən əsas amil tifoziyə bağlılıqdı: futbolçularımız matç sona çatandan dərhal sonra fanatlarımız olan tribunalara tərəf qaçdılar. Barellaya göstərilən sarı vərəqə? O, səhv etdi və bunu ilk növbədə özü anladı. Onun belə məqamlarda püxtələşməyə ehtiyacı var, bunu yaxşı bilir. Nikolo referinin qərarını qəbul etməlidi. Sözsüz, indi daha yaxşı oynayır, amma bir qədər də “artırmalıdı”. Təəssüf ki, Barelladan növbəti oyunda yararlana bilməyəcəyik”.

Aurelio De Laurentis, “Napoli”nin prezidenti: “Transfer pəncərəsi”nin qızğın çağıdı. Artıq üç yeni oyunçu almışıq. Onlardan biri artıq meydana çıxır, ikisi isə tezliklə komandamızda debüt edəcək. Heyətimizi daha da gücləndirmək üçün tədbirləri davam etdiririk. Bunu deməklə qalibi nədəsə günahlandırmırıq. Belə oyunlarda bəxt də vacib amillər sırasında olur. Uduzsaq da, “Napoli”nin inkişafda olduğunu gördüm. Meydanda on nəfərlə qalsaq da, bir sıra çatışmazlıqlarla qarşılaşsaq da, “İnter”ə çox sayda problem yaradan “Napoli”ni gördüm. Top tora dəyirsə, buna görə özünü günahlandırmaq və ya şikayətlənmək lazım deyil. Bu mövsüm hakimlərin zəif fəaliyyəti hamıya bəllidi: onlar yalnız “Napoli”yə deyil, digər komandalara da qarşı kobud səhvlərə yol veriblər. İnanın ki, oyundan əvvəl yanaşı oturub söhbət etdiyim Canluka Rokkinin (İtaliya Hakimlər Komitəsinin rəhbəri – red.) necə pərt vəziyyətə düşə biləcəyini zənn etmişdim. Səudiyyə Ərəbistanı bizdən öz inkişafı üçün istifadə edirsə, biz də bu ölkədən İtaliya futbolunun irəliləyişi üçün yararlanmalıyıq. Ancaq hər şey komandalardan birinin meydanda azlıqda qalması ilə korlandı. Bu turnirdə alınan vərəqələr A seriyası matçlarına təsir edir. Odu ki, bu Superkubok bizim mövsüm üçün müəyyən etdiyimiz real hədəflərimizə zərbə vurur”.

Lautaro Martines, “İnter”in hücumçusu: “Çox xoşbəxt və qürurluyam. Bu mövsüm artıq İtaliya kubokunda mübarizəni dayandırmışıq. Odu ki, bu final bizim üçün vacib idi. Yarımfinalda “Latsio”ya qarşı çox yaxşı oynamışdıq və eyni oyunu “Napoli”yə də qarşı sərgiləmək istəyirdik. İşimiz asan deyildi, rəqiblə müqayisədə bir gün az istirahət etmişdik. Oyunumuzun kəsəri çatmırdı, amma ancaq ardıcıl üçüncü superkuboku qazanan komandamızla fəxr edirəm. Sarı vərəqə almamaq üçün futbolkamı çıxarmaq istəmirdim, amma həmin anda emosiyalarıma hakim ola bilmədim. Mənim üçün unikal an idi, “İnter”də 123-cü qolumu vurdum və Vyeri kimi əfsanəvi futbolçuya çatdım”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-01-2024, 22:0

“Latsio” yenə “İnter” ilə bacara bilmədi

Dünya futbolu

10-01-2024, 21:0

“İnter” ilk dövrənin qalibi oldu!

Dünya futbolu

8-11-2023, 12:0

“Milan” 11 ildən sonra öz meydanında ilk dəfə... - TURUN ŞƏRHİ

Dünya futbolu

20-12-2023, 23:0

“İnter” “Yuventus”dan 4 xal irəli çıxdı – TURUN ŞƏRHİ

Dünya futbolu

19-06-2023, 15:0

Osimhen A seriyasında ən bahalı futbolçudu

Dünya futbolu

4-10-2023, 20:0

Milanlılar yenə şərikli liderdi - TURUN ŞƏRHİ

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə