• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter” ilk dövrənin qalibi oldu!

Dünya futbolu

10-01-2024, 21:0

A seriyasında 2023-cü ilin son həftəsində 18-ci, 2024-cü ilin ilk həftəsində isə 19-cu turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, bununla da mövsümün ilk dövrəsinə yekun vuruldu. İki turda qeydə alınan nəticələrdən sonra turnir cədvəlinin ilk üç pilləsində dəyişiklik baş vermədi. “İnter” ilk dövrəni lider kimi, “Yuventus” 2-ci, “Milan” isə 3-cü yerdə başa vurdu.

Uzun müddətdi 1-ci yerdə görünən “İnter”in son vaxtlar sürəti bir qədər azaltdığı şübhə doğurmur. Dekabrda öz meydanında “Bolonya”ya uduzmaqla (1:2) ölkə kubokunda mübarizəni dayandıran milanlılar 18-ci turu iki xal itkisi ilə başa vurdu. Simone İnzaqinin komandası aparıcı hücumçusu Lautaro Martinessiz keçirdiyi “Cenoa” ilə səfər oyununda qələbəyə layiq deyildi. 1:1 matçın ən ədalətli nəticəsi oldu. Argentinalı dünya çempionunun zədəsini sağaltması lap yerinə düşdü. “İnter” növbəti oyunda “Verona”ya çətinliklə qalib gəldi. Martines hesabı erkən açsa da, qonaq komanda sona yaxın Anri ilə cavab qolunu vurdu. Əsas vaxta əlavə olunan dəqiqələr çox dramatik keçdi. Əvvəlcə Frattezi meydan sahiblərinin ikinci qolunu vurdu. Bundan sonra isə VAR-ın köməyi ilə milanlıların qapısına penalti təyin olundu. Lakin həmin Anri 90+10-cu dəqiqədə dirəyi nişan aldı. 2:1 hesablı çətin qələbə İnzaqinin komandasının ilk dövrəni vahid lider kimi başa vurmasını rəsmiləşdirdi.

“Verona” Milanda uduzmasaydı, birinci dövrənin iki şərikli lideri olacaqdı. Çünki “Yuventus” son iki turda xal itirmədi. Dekabrın 30-da evdə “Roma”nı minimal hesabla məğlub edən turinlilər “Salernitana”dan 3 xalı çətinliklə qopardılar. Massimiliano Alleqrinin komandasına qələbə gətirən qolun müəllifi Vlahoviç oldu. “Qoca sinyora” ikinci dövrəyə liderdən 2 xal geri qalmaqla 2-ci yerdə başlayacaq.

“Milan” son iki turda “Sassuolo” (1:0) və “Empoli” (3:0) üzərində qələbələrlə 3-cü yerdəki mövqeyini bir qədər də gücləndirdi. Stefano Pyolinin komandası ilk dövrəni liderdən 9 xal geridə bitirdi.

Cari mövsümün kəşfi sayılan “Bolonya” 16-cı turda yüksəldiyi 4-cü yerdə möhkəmlənə bilmədi. Tyaqo Mottanın komandası son iki matçda hesabına yalnız 1 xal yazmağı bacardı. Bundan isə iki oyunda 3 xal qazanan “Fiorentina” yararlandı. Florensiyalılar dövrəni Çempionlar Liqasına sonuncu vəsiqəni verən 4-cü yerdə başa vurdular.

Əlbəttə, “Napoli”nin düşdüyü vəziyyət xüsusi vurğulanmalıdı. Problemləri başdan aşan son çempion iki oyunda bircə xal qazana bildi. Nəticədə cənublular dövrənin sonunda özlərini liderdən 20 xal geri düşməklə 9-cu yerdə gördülər!..

18-ci tur
Cenoa – İnter 1:1
Drequşin, 45+7 – Arnautoviç, 42. (35000)
İnter: Zommer, A.Bastoni, Açerbi, Bissek (Pavar, 90), Auqusto, Darmian (Dyumfris, 79), Barella (Frattezi, 78), Mxitaryan (Klassen, 90), Çalhanoğlu, Türam, Arnautoviç (Sançes, 71).
Yuventus – Roma 1:0
Rabyo, 47. (41503)
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti, Kostiç (Aylinq, 76), Lokatelli, Rabyo, Makkenni (Ruqani, 90+6), Vea, Yıldız (Kyeza, 66), Vlahoviç (Milik, 76).
Roma: Patrisio, Ndika, Lyorente, Mançini, Zalevski (Azmun, 80), Bove (Lorentso Pelleqrini, 64), Paredes (Əl-Şaaravi, 74), Kristante, Kristensen, Dibala, Lukaku.
Milan – Sassuolo 1:0
Pulişiç, 59. (70385)
Milan: Menyan, Ernandes, Florentsi, Kyaer (Şimiç, 82), Kalabriya, Bennaser (Adli, 63), Loftus Çik (Dzeroli, 74), Reynders, Leao (Çukvueze, 81), Pulişiç, Jiru (Yoviç, 63).
Fiorentina – Torino 1:0
Ranyeri, 83. (32915)
Fiorentina: Terraçano, Biraqi (Parizi, 78), Ranyeri, Milenkoviç, Kayode, Dunkan, Kuame, Bonaventura (Lukas Martines, 88), İkone (Sottil, 87), Artur (Mandraqora, 64), Beltran (Nzola, 64).
Napoli Montsa 0:0
(50636)
Napoli: Meret (Kontini, 74), Ruy, Juan Jezus, Rrahmani, Di Lorentso, Zyelinski (Qaetano, 71), Lobotka (Simeone, 83), Zambo Angissa, Kvaratsxeliya, Zerbin (Lindstrem, 71), Raspadori.
Latsio – Frozinone 3:1
Kastelyanos, 70. İsaksen, 72. Patrik, 84 – Sule, 57-p. (41000)
Latsio: Provedel, Luka Pelleqrini (Hüsay, 54), Qila, Patrik, Maruşiç, Kamada (Vesino, 66), Rovella (Kataldi, 86), Genduzi, Zakkanyi (Pedro, 87), Felipe Anderson (İsaksen, 46), Kastelyanos.
Atalanta – Leççe 1:0
Lukmen, 58. (14864)
Atalanta: Karnesekki, Kolaşinats, De Roon, Cimşiti, Rucceri (Holm, 90+2), Zappakosta (Zortea, 64), Ederson, Paşaliç, Koopmeyners (Adopo, 83), Lukmen (Mirançuk, 90+2), Skamakka (Muriel, 64).
Udineze – Bolonya 3:0
Pereyra, 23. Lukka, 48. Payero, 52. (24786)
Kalyari – Empoli 0:0
(16125)
Verona - Salernitana 0:1
Çauna, 48. (20000)

19-cu tur
İnter – Verona 2:1
Lautaro Martines, 13. Frattezi, 90+3 – Anri, 74. (71691)
İnter: Zommer, A.Bastoni, Açerbi, Pavar (Frattezi, 83), Auqusto (Dimarko, 72), Dyumfris (Darmian, 61), Barella, Mxitaryan (Sançes, 83), Çalhanoğlu, Türam (Arnautoviç, 73), Lautaro Martines.
Salernitana – Yuventus 1:2
Maccore, 39 – İlinq-Cunior, 65. Vlahoviç, 90+1. (29405)
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti (Ruqani, 46), Kostiç (İlinq-Cunior, 46), Rabyo, Nikolaussi Kavilya (Milik, 59), Makkenni, Vea (Nonqe Boende, 81), Yıldız (Miretti, 68), Vlahoviç.
Empoli – Milan 0:3
Loftus Çik, 11. Jiru, 31-p. Traore, 88. (15009)
Milan: Menyan, Ernandes, Florentsi (Ximenes, 35), Kyaer (Qabbya, 84), Kalabriya (Bertezaqi, 70), Reynders, Adli, Loftus Çik (Musa, 70), Leao (Traore, 84), Pulişiç, Jiru.
Torino – Napoli 3:0
Sanabriya, 43. Vlaşiç, 52. Buoncorno, 66. (24000)
Napoli: Qollini, Ruy (Zerbin, 59), Juan Jezus, Rrahmani, Di Lorentso, Zyelinski (Matsokki, 46), Lobotka, Kayuste (Qaetano, 77), Kvaratsxeliya, Politano (Lindstrem, 68), Raspadori (Simeone, 59).
Udineze – Latsio 1:2
Uollas, 59 – Luka Pelleqrini, 12. Vesino, 76. (23033)
Latsio: Provedel, Luka Pelleqrini (Latsari, 68), Qila (Romanyoli, 87), Patrik, Maruşiç, Kamada (Vesino, 46), Rovella, Genduzi, Zakkanyi (Pedro, 68), İsaksen (Felipe Anderson, 46), Kastelyanos.
Sassuolo – Fiorentina 1:0
Pinamonti, 9. (15759)
Fiorentina: Terraçano, Biraqi, Lukas Martines, Milenkoviç, Kayode, Mandraqora (Dunkan, 52), Brekalo (Parizi, 74), Bonaventura (Barak, 80), Artur (Beltran, 52), İkone, Nzola.
Roma – Atalanta 1:1
Dibala, 39-p. – Koopmeyners, 8. (60022)
Roma: Patrisio, Kristensen, Lyorente (Höysen, 46), Karsdorp (Çelik, 65), Mançini, Zalevski (Spinatsola, 65), Lorentso Pelleqrini (Paredes, 73), Bove, Kristante, Dibala (Əl-Şaaravi, 84), Lukaku.
Atalanta: Karnesekki, Kolaşinats (Palomino, 79), Cimşiti, Skalvini (Hyen, 86), Rucceri (Zappakosta, 64), Ederson (Paşaliç, 64), De Roon, Holm, Koopmeyners, Mirançuk, De Ketelare (Skamakka, 46).
Bolonya – Cenoa 1:1
De Silvestri, 90+5 – Qudmundsson, 20. (25095)
Frozinone – Montsa 2:3
Harrui, 56. Sule, 75-p. – Mota, 18. Karboni, 45. Sule, 55-öz qapısına. (13146)
Leççe – Kalyari 1:1
Jendri, 31 – Oristanio, 68. (25203)

1. İnter 19 15 3 1 44-9 48
2. Yuventus 19 14 4 1 29-12 46
3. Milan 19 12 3 4 35-20 39
4. Fiorentina 19 10 3 6 27-19 33
5. Bolonya 19 8 8 3 22-16 32
6. Latsio 19 9 3 7 23-20 30
7. Atalanta 19 9 3 7 30-21 30
8. Roma 19 8 5 6 31-21 29
9. Napoli 19 8 4 7 28-24 28
10. Torino 19 7 6 6 18-18 27
11. Montsa 19 6 7 6 19-20 25
12. Leççe 19 4 9 6 20-25 21
13. Cenoa 19 5 6 8 20-24 21
14. Frozinone 19 5 4 10 25-34 19
15. Sassuolo 19 5 4 10 26-33 19
16. Udineze 19 2 11 6 19-30 17
17. Kalyari 19 3 6 10 17-32 15
18. Verona 19 3 5 11 16-26 14
19. Empoli 19 3 4 12 10-33 13
20. Salernitana 19 2 6 11 16-38 12
Bombardirlər: Lautaro Martines (İnter) - 16, Berardi (Sassuolo), Jiru (Milan) - 9.
Növbəti turun oyunları yanvarın 13-16-sı aralığında keçiriləcək: Cenoa – Torino, Verona - Empoli, Montsa - İnter, Latsio - Leççe, Napoli - Salernitana, Kalyari - Bolonya, Fiorentina – Udineze, Milan – Roma, Atalanta - Frozinone, Yuventus - Sassuolo.

B SERİYASI
19-cu tur: Reccana - Katanzaro 1:0, Askoli - Çittadella 0:0, Kozentsa - Komo 1:2, FeralpiSalo - Venetsiya 2:2, Lekko - Züdtirol 2:1, Spetsiya - Modena 1:1, Ternana - Piza 1:1, Breşia - Parma 0:2, Palermo - Kremoneze 3:2, Sampdoriya – Bari 1:1.

1. Parma 19 12 5 2 37-17 41
2. Venetsiya 19 10 5 4 31-20 35
3. Komo 19 10 5 4 25-21 35
4. Çittadella 19 9 6 4 25-20 33
5. Kremoneze 19 9 5 5 28-16 32
6. Palermo 19 9 5 5 32-23 32
7. Katanzaro 19 9 3 7 28-24 30
8. Modena 19 7 7 5 19-22 28
9. Breşia 19 6 7 6 20-20 25
10. Sampdoriya (-2) 19 7 4 8 24-25 23
11. Bari 19 4 11 4 18-20 23
12. Reccana 19 5 8 6 21-24 23
13. Piza19 5 7 7 18-21 22
14. Kozentsa 19 5 6 8 19-21 21
15. Züdtirol 19 5 5 9 26-28 20
16. Lekko 19 5 5 9 20-29 20
17. Ternana 19 4 6 9 23-27 18
18. Askoli 19 4 5 10 17-24 17
19. Spetsiya 19 3 8 8 16-27 17
20. FeralpiSalo 19 3 5 11 17-35 14
Bombardir: Kaziraqi (Züdtirol) - 11.

18-ci turun rəqəmi
86 – “İnter” 2023-cü ildə İtaliya çempionatında yığdığı xalların sayını bu rəqəmə çatdırdı. Bu planda lider olan milanlılardan sonrakı yeri ötən ili 84 xalla başa vuran “Yuventus” tutdu.

Turun ulduzu
Qustav İsaksen (Latsio) - gənc danimarkalı “Frozinone” ilə oyunda meydana fasilədən sonra çıxdı. 22 yaşlı İsaksen hesabda geri düşən komandasının əzmkar qələbəsində əvvəlcə Kastelyanosa verdiyi məhsuldar ötürmə verməklə, iki dəqiqə sonra isə A seriyasında ilk qolunu vurmaqla böyük rol oynadı.

Turun sitatı
Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Ev sahiblərinin müdafiə divarı qarşısında gözləniləndən daha çox təhlükəli vəziyyət yaratdıq. Fasiləyə qədər hesabı aça bilməməyimiz məyusedici oldu. Ona görə ki, keyfiyyətli oyun sərgilədik, qapı qarşısında 3-4 real qol imkanı yaxaladıq, bir dəfə isə topu dirəyə vurduq. Əvəzində fasilədən dərhal sonra bəxtsizliklə üzləşib topu qapımızda gördük. “Yuventus” bundan sonra əsas diqqəti müdafiəyə ayırdı. Bu komandanın arxa xətti əsl divardı”.

19-cu turun rəqəmi
3 – nəhayət, “Milan” səfərdə 4 oyunluq qələbəsiz seriyaya son qoydu. Çempionatda rəqib meydanında sonuncu dəfə ötən il oktyabrın 7-də “Cenoa”a qalib gələn (1:1) lombardiyalılar ötən 3 ay ərzində “Napoli”, “Leççe” və “Salernitana” ilə 2:2 hesablı heç-heçəyə razılaşmış, “Atalanta”ya 2:3 hesabı ilə uduzmuşdular.

Turun ulduzu
Duvan Sapata (Torino) – kolumbiyalı hücumçu “Napoli” üzərində 3:0 hesablı qələbədə qolla rol oynamasa da, nəticəyə çox təsir edən oyun sərgilədi. İlk iki qolun ötürməsini verən 32 yaşlı Sapata meydanda olduğu 75 dəqiqə ərzində böyük həcmdə iş gördü.

Turun sitatı
Lautaro Martines, “İnter”in hücumçusu: “Əsas hədəfə aparan yolda vacib qələbə qazandıq. Amma oyunumuzda gücləndirməli olduğumuz çox komponent var. Ona görə ki, “Verona” üzərində qazandığımız qələbə bizim üçün normal sayıla bilməz. Lazımi nəticəyə daha yaxşı oyunla nail ola bilərdik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-12-2023, 23:0

“İnter” “Yuventus”dan 4 xal irəli çıxdı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 20:0

Milanlılar yenə şərikli liderdi - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 12:0

“Milan” 11 ildən sonra öz meydanında ilk dəfə... - TURUN ŞƏRHİ

Dünya futbolu

18-05-2022, 19:0

"İnter" baş məşqçisi ilə müqavilə müddətini uzatdı

Dünya futbolu

7-12-2023, 20:0

“Latsio” 1/4 finalın ilk iştirakçısı oldu

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə