Mahirin anası son durumunu açıqladı - Hardadı? Nə edir? Nə vaxt qayıdacaq?

26.01.2024 10:21 628
Dünya futbolu / Manşet
Millimizin və "Dinamo"nun (Xorvatiya) futbolçusu Mahir Emrelinin zədələndiyini xəbər vermişdik.

Xatırladaq ki, 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində Sloveniya “Roqaşka”sına qarşı keçirilən yoxlama görüşündə sıradan çıxmışdı.

Mahirin son durumu haqda anası Elnurə Emrelidən məlumat aldıq. O, "football-plus.az"a açıqlamasında oyunçunun vəziyyətinin yaxşılaşdığını dedi:

"Şükür Allaha, gündən-günə özünü daha yaxşı hiss edir. Hazırda özəl məqşlərə qatılır. Fizioterapevt nəzarəti altında formada qalmağa çalışır. İndi Zaqrebdədi. Hələ ki, komandasına qoşulmayıb. İnşallah, təxminən, bir ay sonra zədəsi tam sağalacaq".

KƏNAN BAHADIR