Yakiroviç pis xəbəri AÇIQLADI: Mahir uzun müddət oynamayacaq - SƏBƏB

7.01.2024 10:12 610
Dünya futbolu
Millimizin “Dinamo”da (Xorvatiya) oynayan üzvü Mahir Emreli zədələnib.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində “Roqaşka”ya (Sloveniya) qarşı yoxlama oyununda (1:0) sıradan çıxıb. O, matçın 60-cı dəqiqəsində əvəzlənib.

Komandanın baş məşqçi Sergey Yakiroviç oyundan sonra açıqlamasında forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu və onun zədəsinin ciddi olduğunu bildirib. Emreli buna görə də uzun müddət komandadan kənarda qalacaq.

Mahirin son durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək.