• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hücum var idi, qol yox: paytaxt derbisi sevindirmədi - REPORTAJ

Ölkə futbolu / Reportaj

24-01-2024, 15:0

İlin ilk rəsmi oyunu Masazırda keçirildi. Bakı derbisində tərəflər “Sabah”la “Neftçi” idi. Meydan sahibləri uğursuz başladıqları mövsümdə nəticələrini yaxşılaşdırmaq, “ağ-qaralar” isə əsas hədəf olan gümüş medallar uğrunda mübarizədə şansını artırmaq istəyirdi.

Oyun baş məşqçilər baxımından da xüsusi prinsipiallıq daşıyırdı. Çünki Murad Musayevlə Miodraq Bojoviç Rusiya premyer-liqasında da dəfələrlə üz-üzə gəlmişdi. “Tələbələr”in çalışdırıcısı bütün rəsmi oyunlarda – həm çempionat, həm də kubok matçlarında rəqibi məğlub etmişdi.

Qapıya ilk zərbə “Sabah”dan gəlsə də, Till “çərçivə”ni dəqiq nişan ala bilmədi. Ardından “Neftçi” cərimə zərbəsi sayəsində hesabı açmaq imkanı qazandı. Bu dəfə Matias Eminin göndərdiyi topa başla müdaxilə etsə də, Nicat təhlükəni sovuşdurdu. Real qol vəziyyətini isə nominal meydan sahibləri yaratdı. Burda öncə Letiç bəxtini sınasa da, “Neftçi”nin müdafiəsini yara bilmədi. Buna baxmayaraq, serbiyalı müdafiəçi qarşı tərəfdə təşviş yarada bildi. Daha sonra Anatoli rəqib futbolçuya dəyib geri qayıdan topu ünvansız yönə göndərdi. Halbuki komandasını hesabda önə çıxara bilərdi.

Emin Mahmudov 35-ci dəqiqədə inanılmaz fürsəti boşa verdi. Belə ki, Boqomolski topu qapı önünə qədər gətirib kapitana ötürdü, “al və vur” dedi. Amma cari mövsümü imkanlarından aşağı keçirən Emin Nicatı aldada bildisə, dirək ona “yox” dedi. Azarkeşlər bu epizodun həyəcanından qurtulandan az sonra “Sabah” hesabı açmağa yaxın oldu. Çakla topu meydanın “Neftçi”yə aid hissəsində ələ keçirib Sekidikaya ötürdü. O da Tilli vaxtında “gördü”. Lüksemburqlu yarımmüdafiəçi dərhal qapıya zərbə endirsə də, top az fərqlə tirin üzərindən keçdi. Baxmayaraq ki, epizod sanki futbolçunun ayaqları üçün “biçilmişdi”. Birinci hissə “Neftçi”nin növbəti faydasız hücum cəhdiylə yekunlaşdı. İkinci yarısı süst başladı və bir neçə dəqiqə belə davam etdi. Oyunçuların yorğunluğu yavaş-yavaş özünü büruzə verirdi. Lakin nə Musayev, nə də Bojoviç onları əvəzləmək haqda düşünürdü. Nəhayət, 70-ci dəqiqədən sonra tərəflər oyuna “yeni nəfəs verdi”. Bu ərəfədə azarkeşlərin dəstəyi zirvə nöqtəsinə çatmışdı. Tərəfdarlar bir neçə həftəlik futbol aclığını qolla doyuzdurmaq istəyirdi. Hətta “Forza Neftçi” pirotexniki vasitələrdən istifadə edərək stadionu bir neçə dəqiqə tüstü dumanında “boğdu”. Maraqlıdı ki, məhz bundan sonra “ağ-qaralar” daha təhlükəli qol vəziyyətiylə yadda qaldı. Emin künc zərbəsini yerinə yetirərkən birbaşa “çərçivə”ni nişan aldısa, Nicat təhlükəni sovuşdurdu. Çox keçmədən qonaqların növbəti hücum cəhdi qeydə alındı. Şinyaşikinin qapı önünə qədər gətirdiyi top Eminə çatdı. Kapitan Boqomolskiyə ötürmə versə də, belaruslu hücumçu hesabı aça bilmədi. Ardından Eminin sol ayaqla uzaqdan zərbəsi də işə yaramadı. Gərginlik əsas vaxta artırılan beş dəqiqədə də davam etdi. “Sabah” öncə Marqaritanın baş rolunda olduğu qol epizodunda hədəfə çatmadı. Sonra Çakla bəxtini sınadı. O, topu qapıdan keçirsə də, ofsayd səbəbindən qol sayılmadı. Beləliklə, hücum cəhdləri fonunda hesab açılmadı.

Gözdən qaçmadı
* Oyundan əvvəl stadionun girişində azarkeşlər arasında viktorina keçirildi. “Sabah”ın futbolçularını tanıyanlara fanşop məhsulları hədiyyə edildi.
* “Sabah” havanın kəskin soyuq olduğunu nəzərə alıb, azarkeşlərin pulsuz çay içməsi üçün şərait yaratmışdı.
* “Neftçi”nin müşahidə şurasının rəhbəri Rövşən Nəcəf və üzvlər Emin Əmrullayevlə Orxan Soltanov, yeni transfer Brayan Moreno, millimizin məşqçisi Arif Əsədov və sabiq qapıçısı Kamran Ağayev, həmçinin gənclər və idman naziri Fərid Qayıbov oğlu ilə birgə matçı stadiondan izlədi.
* Bojoviç oyundan sonra Ayaz Quliyevlə görüşüb səmimi söhbət etdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

29-08-2023, 17:0

“Neftçi” də qələbə qazandı, “Qəbələ” isə... - REPORTAJ

Premyer-liqa / Reportaj

24-10-2023, 17:0

Murad Musayev Samir Abasovu cəzalandırdı və qəzəbləndirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

22-08-2023, 12:0

Paytaxt derbisində hərəyə 1 xal - REPORTAJ

Premyer-liqa / Reportaj

19-12-2023, 14:0

“Qarabağ” ardıcıl 10-cu derbinin qalibi oldu – REPORTAJ

Premyer-liqa / Reportaj

12-12-2023, 21:0

İkinci hissəyə ehtiyac yox idi… - REPORTAJ

Premyer-liqa / Reportaj

10-10-2023, 13:0

“Sabah”ın qələbəsiz oyunlar seriyası 8-ə çatdı - REPORTAJ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 124
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 100
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə