• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın qəribə seçimi: 1,2 milyon 2 milyondan çoxdu? - KÖŞƏ

Manşet / Yazarlar

19-01-2024, 11:0

“Rəsmi təklif daxil olub və klub üçün yaxşıdı. Ancaq Leandro indi bizə lazımdı. Onu komandada saxlamağa çalışırıq. Hələ ki Andrade bizim oyunçudu” – bu sözləri Qurban Qurbanov “Zirə” ilə oyundan sonra deyib.

İntuisiyam məni aldatmırsa, “Qarabağ”ın baş məşqçisi demək istəyir ki, çinlilərin 2 milyon avro təklifi bizi razı salmır, amma 3 milyon verərlərsə, vəziyyət dəyişəcək. Vallah-billah, “hələ ki”nin başqa yozumu yoxdu.

Məncə, “Şanxay Şenxua”nın təklifi “Qarabağ” üçün göydəndüşmədi. Son illərdə həm də futbolçu ixracı ilə məşğul olan ağdamlılar Kadi Borgesin ardından daha bir çoxmilyonluq oyunçu satmağa yaxındı. Çin klubunun ambisiyaları aydındı. Yanvarın 1-dən “sükan arxasına” rusiyalı mütəxəssis Leonid Slutski keçib. Çox güman, o da “Qarabağ”ı və Azərbaycan futbol bazarını yaxından izləyən, hətta bəlkə Kadi ilə Lunyovun keçidində önəmli rol oynayan rusiyalı agentlərin yardımı ilə Landroya “elçi” düşüb. Bəli, Kabo-Verdedən olan 24 yaşlı yarımmüdafiəçi yetərincə istedadlı və bacarıqlıdı. Amma nə Kadidən güclüdü, nə də həmvətəni Patrik Andradenin “Partizan”a yollana qədər olan obrazından. Bir məqamı da vurğulayaq ki, Çin klubu Leandroya görə 2 milyon avrodan daha çox pul təklif edir. Mən mümkün sonrakı satışdan gələcək payı nəzərdə tuturam. Bəs onda “Qarabağ” niyə bu qədər ehtiyatlı davranır, ehtiyac duyduğu milyonları istəmir?

Güman edirəm ki, Qurban bəyin əl-qolunu bağlayan yeganə maneə “Braqa” ilə oyunlardı. O artıq tarix yazdığı mövsümü daha da gözəlləşdirmək istəyir. Hətta elə bu gün Portuqaliya klubunun mərhələ adlamaq şansı daha yüksək olsa da, “Qarabağ”ın da Avropa Liqasının 1/8 finalında oynaması tam realdı. Və bu yolda Leandro komandaya əməlli-başlı yardım edə bilər. Kadi qədər qeyri-standart qərarlar verən oyunçu olmasa da, qabında nəsə var. Amma Çin klubunun milyonları çox cəlbedici deyə, biz bu məsələyə təkcə futbol yox, biznes maraqları baxımından da yanaşmalıyıq. Həqiqət isə çox sərtdi və sadədi: “Qarabağ” “Braqa”nı keçəcəyi təqdirdə cəmi 1,2 milyon avro qazanacaqsa, çinlilər bu məbləğdən az qala ikiqat artığını təklif edir. Yəni Qurbanov, “Qarabağ” rəhbərliyi qeyri-real, hələ ki qazanılmayan 1,2 milyonla faktiki masanın üzərində olan 2 milyonu müqasiyə etməyə məcburdu. Və nə qədər qəribə olsa da, hələ ki qeyri-real məbləğin arxasınca düşüblər. Belə seçimin praqmatik əsası yoxdu, romantik əsası var. Yəni ki “Braqa”nı da udub, tarixdəki yerimizi bir qədər də möhkəmləndiririk, dünyanın gözündə ucalırıq, yeni statusla nəinki Leandronu, hətta bəlkə başqa futbolçuları da daha baha qiymətə satmaq imkanı qazanırıq.

Bir sözlə, “Qarabağ” və şəxsən Qurbanov çətin seçim qarşısındadı. Güman ki, bu məsələdə son nöqtə qoyulmayıb. Mənə elə gəlir ki, hadisələrin bundan sonrakı axarını iki məqam müəyyənləşdirəcək. Söhbət ilk növbədə çinlilərin hara qədər bazarlıq edəcəyindən, məsələn, məbləği 2,5 milyon avroya qaldırıb-qaldırmayacağından gedir. İkinci vacib məqam isə Leandronun verəcəyi qərardı. Yaşının bu çağında Avropanı Asiyaya dəyişəcəkmi? Prinsipcə Kadi oxşar vəziyyətdə qalanda, yəni böyük pullar gözünü qamaşdıranda “Qarabağ”dan ayrılmağa qərar verdi. Düzdü, Rusiya Avropa ölkəsidi, amma dünya futbolundan təcrid olunmayan, müharibəyəqədərki Rusiya. Müharibə dövrünün Rusiyası isə mahiyyətcə elə Çin deməkdi. Beləliklə, lap yaxın günlərdə “Qarabağ” qeyri-real 1,2 milyonla real 2 milyon arasında seçim etməlidi. Fərq çoxdu, adamın ağlını başından alır!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

18-01-2024, 14:0

“Qurban Qurbanov Leandronu rahat şəkildə satardı” - bəs onda niyə satmır?

Premyer-liqa / Manşet

27-12-2022, 12:0

"Qarabağ" Kadini satmır

Premyer-liqa / Manşet

30-12-2022, 18:0

Erkin İbrahimov: “5 milyon avroya ən azı beş Kadi almaq olar”

Premyer-liqa / Manşet

1-01-2023, 11:0

"Qarabağ" satmadı, "Krasnodar" israr edərək aldı

Aktual

28-01-2023, 11:0

“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb

Premyer-liqa / Manşet

27-12-2022, 14:0

“Azərbaycan premyer-liqasında çıxış edən futbolçu üçün 5 milyon verərlər?” - Tanınmış menecer

Aktual
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
Son xəbərlər
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 204
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 129
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə