Futbol üzrə ölkə çempionatının 2-ci liqasında mübarizə aparan “Lerik” rəsmi “feysbuk” hesabında 10 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
Maraqlıdı, bölgə təmsilçisi bu boşluğu doldura biləcək futbolçular tapıbmı? Bu sualı klubun prezidenti Famil Məmmədova ünvanladıq. Onun “Football-plus.az”a dedikləri:
“Bəli, hazırda yaranmış boşluğu doldura biləcək oyunçularla danışıq gedir. Baş məşqçinin qərarına əsasən 15-ə yaxın oyunçu ilə danışıq aparılır. Yekunda hansı oyunçularla müqavilə bağlanılacağı barədə yaxın günlərdə məlumat veriləcək. Daha çox yerli oyunçulara üstünlük veririk. Bakıdan heyətə cəlb olunan bəzi oyunçularla məşqlərə qatılmaqla bağlı ara-sıra problemlər olur. Bu səbəbdən əsasən yerli oyunçularla danışıqlar aparılır”.
Xatırladaq ki, “Lerik” 14 turdan sonra 12 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
KAMAL SƏFƏR