"Danışıq apardığımız oyunçularla anlaşsaq, mütləq onları transfer edəcəyik"

27.05.2023 17:29 260
Ölkə futbolu
“Heyəti tam düşündüyümüz kimi formalaşdırdığımızı desəm, yalan olar”.

“Football-plus.az” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis daha bir neçə oyunçu dəvət etmək istədiklərini bildirib:

“Əlimizdəki oyunçulara daim güvənmişik. Onların performansını yaxşılaşdırmağa çalışmışıq. Bir neçə yeni futbolçu cəlb etmək, heyəti genişləndirmək planımız var. Danışıq apardığımız oyunçularla anlaşsaq, mütləq onları transfer edəcəyik”.


Q.Qurbanov 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasında uğurlu çıxış hədəflədiklərini vurğulayıb:

“Çempionlar Liqası çox ciddi turnirdi. Ötən mövsüm də ilk mərhələdən pley-offa qədər güclü rəqiblərlə qarşılaşdıq. Maraqlı oyunlarımız oldu. Bu il də turnirə ciddi hazırlaşmağa məcburuq”.