Qış fasiləsi yekunlaşmaq üzrədi. Artıq gələn həftə ölkə çempionatında 19-cu turun oyunları keçiriləcək.
Görəsən, bundan sonra klublarımız arasında hansısa böyük keçidlər gözlənilirmi? Bu suala aydınlıq gətirmək üçün menecer Vaqif Heydərlinin fikirlərini öyrəndik:
"Hazırda transfer bazarı o qədər də fəal deyil. Həmişə yaya nisbətən qışda transferlər daha az olur. Müqavilələrin çoxu yayda bitdiyi üçün qışda hədsiz az futbolçu sərbəst qalır. Bu il çox maraqlı çempionat gedir. Bu qədər klubun sonuncu dəfə nə vaxt belə rəqabət içində olduğunu xatırlamıram. "Qarabağ" çempionluq yolunda daha şanslıdı. Avropa Liqasına vəsiqə üçün azı 5-6 klub mübarizə aparır. "Qəbələ" ilə "Kəpəz"i saymasaq, qalan klubların Avropa Liqasına çıxmaq şansı eynidi. Bir-iki qələbə hər şeyi dəyişir".
GÜNAY SÜLEYMANOVA