• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ölkədə 50 metrlik 4 üzgüçülük hovuzu var, biri də Qubadadı”

İdman / Manşet

16-01-2024, 22:0

Gənclər və İdman Nazirliyi hər il ənənəvi olaraq şəhərlərimizdən birini “Gənclər paytaxtı” seçir.

Bu ənənə artıq bir neçə ildi davam edir. Lakin bu ildən formatda dəyişiklik olub. Belə ki, artıq “Gənclər paytaxtı” ilə yanaşı “İdman paytaxtı” da seçilir. Bu ilin “İdman paytaxtı” Quba şəhəri seçilib. Hətta artıq növbəti ilin “İdman paytaxtı” da bəllidi. Bu, Qəbələ şəhəri olacaq.

Dünən Qubada “İdman paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirildi. Şəhərin mərkəzi parkında təntənəli tədbir təşkil olundu. Uşaqdan-böyüyə hər kəs burda toplaşmışdı. Adamlar musiqi oxuyur, rəqs edirdilər, idman fəndləri nümayiş olunurdu. Tədbirə bir sıra musiqiçilər dəvət olunmuşdu.
Mərasimdə Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildi. “İdman paytaxtı 2024”ün “Fuji” adlı maskotu ictimaiyyətə təqdim olundu. Onun adının mənası alma növüdü. Elə talismanın baş hissəsi Qubanın rəmzlərindən olan qırmızı almanı əsk etdirir.

İştirakçılar arasında idman federasiyalarının nümayəndələri, veteran idmançılar, AFFA-nın baş katibi Sərxan Hacıyev, Ağırlıqqaldırma Federasiyasının baş katibi Rizvan Rəsulov da var idi. Gimnastika millimizin üzvləri də mərasimdə iştirak etdi. Paris Olimpiadasına lisenziya qazanan idmançılar sıra ilə səhnəyə dəvət olundu.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov da iştirak etdi. Səhnəyə əvvəlcə icra başçısı çıxdı. O, layihənin uşaq və gənclərin idmana marağını artıracağını vurğuladı:

“Ölkəmizdə olimpiya hərəkatı uğurla və sürətlə inkişaf etdirilir. Qubada ilk dəfə keçirilən "Quba - İdman paytaxtı 2024” idmanda ayrı-ayrı növlərin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. İdmançılarımız artıq xarici ölkələrdə bizi müzəffər xalq kimi təmsil edirlər. Gənclərimizin vətənpərvər, sağlam ruhda böyümələri, idmanla məşğul olmaları bizim üçün çox önəmlidi”.


Ardından gənclər və idman naziri Fərid Qayıbov danışdı. O, idmançılara daim qayğı göstərildiyini söylədi:
“Ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğını idmançılar həmişə hiss edirlər. Bu qayğı idman sahəsində çalışanlar üçün yaradılan şəraitdən, ölkəmizdə keçirilən nüfuzlu yarışlardan, idmançılarımızın beynəlxalq arenalarda təmsil olunmalarından və bir çox amillərdən hiss olunur. İdmanın kütləviliyinin təmin edilməsi, idmançıların peşəkarlıq səviyyələrinin artırılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir”.


Ardınca nazir “İdman paytaxtı”nın rəmzi açarını icra başçısı İlqar Mahmudova təqdim etdi. Daha sonra musiqiçilərin iştirakı ilə konsert proqramı keçirildi. Basketbol, badminton, stolüstü tennis, alpaqut, sambo, taekvondo, cüdo, güləş, kikboksinq, boks, voleybol, futbol, şahmat, nərd, velosiped, kəndirdartma, kyokuşin, mas-reslinq və digər idman növlərinin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Sonda rəsmilər jurnalistlərə açıqlama verdi. İcra başçısı İlqar Mahmudovun tədbir barədə düşüncələri:
“Bu gün bizim üçün əlamətdar gündü. Gənclər və İdman Nazirliyinin qərarı ilə Quba şəhər və rayonlar arasında müsabiqədə qalib gələrək "İdman paytaxtı 2024" seçilib. Bu münasibətlə gənclər və idman nazirinə təşəkkür edirəm. Ümid edirəm ki, bu, Qubada idmanın inkişafına daha böyük töhfələr verəcək. Qubada 8000-dən artıq gənc idmanla məşğul olur, onların arasında ötən il uğurlu nəticələr göstərənlər olub”.


Fərid Qayıbov da jurnalistlərin önünə çıxdı:
“Növbəti idman bayramını yaşayırıq. Quba rayonu ilk dəfə idman paytaxtı seçilib. Bu gün açılış etdik. İl boyunca burda müxtəlif yarışların, təlim-məşq toplanışlarının baş tutması planlaşdırılır. Bütün federasiyalar bu gün burdadı. Hamısına uğurlar arzulayıram. Federasiyalarla görüşlərimiz bu rayonda baş tutacaq. Təqvim planınında il ərzində bütün federasiyaların yarışları keçiriləcək. Həmçinin beynəlxalq tədbirlərin təşkili də planlaşdırılıb”.


Nazir Qubada idmanın inkişafı üçün lazımi infrastrukturun olduğunu söylədi:
“İdmanımız ildən-ilə inkişaf edir. Təbii ki, inkişaf üçün şərait dövlət tərəfindən yaradılıb. 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən kompleksin açılışı olub. Kompleks pandemiyadan sonra yenidən qurulub. Bunu da qeyd etmək lazımdı ki, sözügedən kompleks ötən il ən aktiv kompleks seçilib. Ölkədə 50 metrlik 4 üzgüçülük hovuzu var, bunlardan biri də Qubadadı. Bütün müasir standartlara uyğundu. Digər komplekslərdə də eyni işlərin görünməsi nəzərdə tutulur. Bir çox Olimpiya Kompleksi təmir edilib. İnanıram ki, bu qurğular vasitəsilə idmanımız daha yüksək səviyyəyə qalxacaq".


Qeyd edək ki, festival il ərzində davam edəcək və Qubada hər bir idman növü üzrə yarışlar təşkil olunacaq.

İSMAYIL XEYRULLAYEV, Quba

Paylaş:
Digər xəbərlər

İdman

5-05-2023, 16:0

“Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirildi

İdman

31-10-2023, 23:0

Naxçıvanda Zəfər Gününə həsr olunmuş voleybol yarışı keçirilir

Maraqlı

18-03-2022, 12:0

Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim olundu - FOTO

İdman / Manşet

10-12-2022, 22:0

Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı sərəncam imzaladı

Ölkə futbolu

30-12-2022, 15:0

AFFA-nın 30 illik yubileyi qeyd olundu

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 132
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 127
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə