Ötən gecə "The Best"in səsverməsində Azərbaycan yığmasının kapitanı Emin Mamudov və millinin keçmiş baş məşqçisi Canni de Byazi də iştirak edib.
"Football-plus.az" xəbər verir ki, Emin ilin ən yaxşı kişi futbolçusu nominasiyasında Erlinq Haalanda 5, Lionel Messiyə 3, Kevin de Brüyneyə isə 1 səs verib.
De Byazi Erlinq Haalanda 5, Kilian Mbappeyə 3, Bernardo Silvaya isə 1 səs verib.
Jurnalist Rasim Mövsumzadə isə Lionel Messiyə 5, Erlinq Haalanda 3, İlkay Gündoğana isə 1 səs verib.
İlin ən yaxşı qapıçısı nominasiyası üzrə Mahmudov 5 xalı Tibo Kurtuaya, 3 xalı Andre Onanaya, 1 xalı Edersona ünvanlayıb.
De Byazi Tibo Kurtuaya 5, Andre Onanaya 3, Yassin Bunuya 1 səs verib.
Mahmudov kişi komandaları üzrə ilin ən yaxşı baş məşqçisi nominasiyası üzrə 5 xalı Pep Qvardiolaya, 3 xalı Luçano Spalettiyə, 1 xalı isə Simeone İnzaqiyə ünvanlayıb.
De Byazi İnzaqiyə 5, Qvardiolaya 3, Spalettiyə 1 səs verib.