Millimizin baş məşqçisi Canni De Byazi və kapitanı Emin Mahmudovun "The Best"in səsverməsində kimlərə səs verdiyi məlum olub.
"Football-plus.az" FİFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis ən yaxşı futbolçu sorğusunda 1-ci yerə Lionel Messi (Argentina, PSJ), 2-ci yerə Kilian Mbappe (Fransa, PSJ), 3-cü yerə Kərim Benzemanı ("Real") layiq görüb. E.Mahmudov isə ardıcıl olaraq Kərim Benzema, Klilian Mbappe, Lionel Messiyə səs verib.
De Byazi ilin ən yaxşı məşqçisi sorğusunda seçimi belə olub: 1.Karlo Ançelotti ("Real"), 2. Lionel Skaloni (Argentina) 3. Valid Reqraqi (Mərakeş). E.Mamhmudov isə ilk iki seçimini baş məşqçi ilə eyni seçsə də, 3-cü pilləyə Pep Qvardiolanı ("Mançester Siti" layiq görüb.
Millimizin çalışdırıcısı ən yaxşı qapıçı sorğusunda 1-ci Emilliano Martines (Argentina, "Aston Villa") 2-ci Yassin Bunu (Mərakeş, "Sevilya"), 3-cü Tibo Kurtuaya (Belçika, "Real") səs verib. Emin Mahmudov isə seçimi qeyd olunan kimidir: 1. Yassin Bunu, 2. Tibo Kurtua 3. Alisson Bekker (Braziliya, "Liverpul")
Qeyd edək ki, ilin ən yaxşı futbolçusu Lionel Messi, ən yaxşı məşqçi Lionel Skolani, ən yaxşı qapıçı Emilliano Martines seçilib.