• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” italiyalı ulduzu İstanbula gətirdi

Dünya futbolu

12-01-2024, 10:0

Türkiyə çempionatında əzəli rəqibi “Qalatasaray”la amansız çempionluq mübarizəsi aparan “Fənərbaxça” müdafiə xəttini ünlü bir isimlə gücləndirməyə hazırlaşır.

Son günlərdə İstanbul nəhənginin Leonardo Bonuççini transfer etməyə yaxın olması barədə yayılan xəbərlər dünən rəsmi təsdiqini tapdı. Məşhur italiyalı müdafiəçi danışıqların son mərhələsini yoluna qoymaq və tibbi müayinədən keçmək üçün dünən İstanbula gəldi. Heç bir problem yaranmasa, 36 yaşlı futbolçuyla 1 ili şərti olmaqla 1,5 illik müqavilə imzalanacaq. Bonuççi ikinci dövrə üçün 1,3 milyon avro qazanacaq. Müqavilədə göstərilən şərtlər yerinə yetiriləcəyi təqdirdə yayda şərti 1 illik müqavilə qüvvəyə minəcək. Amma müqaviləni yeniləyib-yeniləməmək haqqı “Fənərbaxça”nın əlindədi. Bonuççi daha 1 il İstanbulda qalsa, gələn mövsüm üçün 2,5 milyon avro qazanacaq. Bu transferin baş tutmasında Edin Cekonun da rolu az olmayıb. Belə ki, onların hər ikisinin haqlarını “World Soccer Agency” adlı menecerlik şirkəti qoruyur. Danışıqlar prosesində iştirak edən Ceko Bonuççini İstanbula gəlməyə razı salıb.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Bonuççi İtaliya futbolunun XXI əsrdəki ən güclü müdafiəçilərindən sayılır. “Viterbese”nin yetirməsi olan və peşəkar karyerasına 2005-ci ildə bu klubda start verən Bonuççi gənc yaşlarında “İnter”ə yollansa da, burda özünü göstərə bilməmişdi. “Trevizo”, “Piza”, “Cenoa” və “Bari”də keçirdiyi dönəmlərdən sonra 2010-cu ildə “Yuventus”a transfer olunmaqla onun karyerasında yeni mərhələ başladı. Düzdü, arada bir mövsümlük (2017/18) “Milan” macərası oldu. Amma 2010-dan ötən ilin yayına qədər Bonuççi “qoca sinyora”ya sadiq qaldı. O, karyerası ərzində 8-i “Yuve”, 1-i “İnter”lə olmaqla 9 dəfə A seriyasının qalibi olub. İtaliya yığmasının heyətində AÇ-2020-ni də qazanıb. Yeri gəlmişkən, həmin turnirin finalında “Uembli”də İngiltərəyə qarşı oyunda İtaliyanı məğlubiyyətdən xilas edən qolu məhz Bonuççi vurmuşdu. Üstəlik oyunsonrası penalti seriyasında da onun zərbəsi dəqiq alınmışdı. O, “skuadra adzurra”nın şərəfini 121 oyunda qoruyaraq 8 qol vurub. Ötən yay Turin nəhəngindən bir qədər qalmaqallı şəkildə ayrılan təcrübəli müdafiəçi cari mövsümün ilk dövrəsini “Union”da keçirdi. Amma onun Berlindəki macərası o qədər də uğurlu alınmadı. Bonuççi “Union”da cəmi 10 rəsmi oyuna çıxaraq 1 qol vura bildi. Bundesliqa təmsilçisi ilə müqaviləsini qarşılıqlı razılıqla ləğv etdiyi və azad agentə çevrildiyi üçün “Fənərbaxça” bu keçidə görə heç bir məbləğ ödəməyəcək. Onu da bildirək ki, 2016-da İtaliyada ilin oyunçusu seçilən Bonuççi həmin il və növbəti il Xosep Qvardiolanın istəyi ilə “Mançester Siti”yə transfer oluna bilərdi. İngilislər 60 milyon avro ödəməyə hazır idilər və Bonuççi o dönəmdə dünyanın ən bahalı müdafiəçisinə çevriləcəkdi. Amma uşağının xəstəliyi üzündən İtaliyadan ayrılmaq istəməmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-06-2023, 12:0

Ceko ''Fənərbaxça'' üçün İstanbula gəldi

Dünya futbolu

18-08-2023, 15:0

“Qalatasaray” daha bir ulduzu transfer etmək üzrədi

Dünya futbolu

19-08-2023, 20:0

Ziyeş ''Qalatasaray'' üçün İstanbula gəldi

Dünya futbolu

12-01-2024, 00:0

''Fənər'' Bonuççidən sonra daha bir ulduzu transfer etdi

Dünya futbolu

14-07-2022, 14:0

''Fənərbaxça'' daha bir oyunçunu İstanbula dəvət etdi

Dünya futbolu

6-08-2022, 21:0

“Qalatasaray” iki ulduzu transfer etməyə yaxındı

Aktual
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
Son xəbərlər
  • Bu gün, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Bu gün, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Bu gün, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Bu gün, 14:55
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Bu gün, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Bu gün, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Bu gün, 13:22
    Amsterdamda qərar tutdu
  • Bu gün, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Bu gün, 12:30
    “Barselona”nı tərk etdi
  • Bu gün, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Bu gün, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə