"Qəbələ" sabiq futbolçusunu heyətinə qatdı

9.01.2024 15:51 191
Dünya futbolu
2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, premyer-liqa təmsilçisi Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb.

29 yaşlı vingerlə 2,5 illik müqavilə imzalanıb.

Afrikalı oyunçu 2019/20 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, 22 oyunda 3 qol vurub. Bauk premyer-liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.