Ötən mövsüm Region Liqasında uğurlu çıxışıyla diqqəti çəkən "Füzuli" 2-ci liqanın ilk yarısını 4-cü pillədə başa vurdu. Klub rəhbərliyi yeni illə bağlı futbolçulara ziyafət verdi.
Bəs komandada hansı yeniliklər var? "Football-plus.az" saytı olaraq, bu sualı aydınlaşdırmaq üçün "Füzuli"in icraçı direktoru Vasif İsmayılovla əlaqə saxladıq:
"Əvvəlcə Azərbaycan xalqını yeni il münasibətiylə təbrik edirəm. Arzu edirəm ki, 2024-cü il həm xalqımız, həm dövlətimiz, həm futbolumuz, həm də "Füzuli"miz üçün düşərli olsun. Çempionatın ilk yarısını, düşünürəm ki, pis keçirmədik və qış fasiləsinə ilk "4-lük"də yollandıq. Bayram günüdə bir araya gələrək ziyafət təşkil etdik. Hələlik bayrama görə istirahətdəyik. Yollarımızı ayırdığımız, yeni transfer etdiyimiz və danışıqlar apardığımız futbolçular var. "Cəbrayıl"dan Mehman Suleymanlını və "Dinamo"dan Elmir Mirzəyevi heyətimizə qatmışıq. Amma onlarla kifayətlənməyəcəyik. Danışıq apardığımız və sözdə razılığa gəldiyimiz oyunçular. Yanvarın 15-də komanda toplanışa başlayacaq. Məqsədimiz fasilədən maksimum istifadə etməklə çempionatın 2-ci yarısına yaxşı hazırlaşmaqdı".
ABDULLA İSMAYILOĞLU