• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Külək, niyə belə əsirsən, külək?! - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

27-12-2023, 22:0

“Qarabağ”ın “Səbail”lə qarşılaşmansı zamanı Respublika stadionunun media sektorunda Etibar Tağıyevlə rastlaşdım.

Etibar bəy AFFA-nın mətbuat xidmətinin əməkdaşıdı. Həm də bir tovuzlu kimi doğma rayonunun komandası çox sevir. Onunla “Turan Tovuz” barədə danışdıq. Həmin ərəfədə mən də magistral yolla üzü Qazaxa tərəf getmişdim, Tovuz stadionunda quraşdırılan projektorların parıltısı uzaqdan diqqətimi cəlb etmişdi. Bu məqamı həmsöhbətimin də diqqətinə çatdırdım, “maşallah olsun” dedik. Görənlər təsdiqləyər, projektorlar uzaqdan diqqəti elə cəlb edir ki, sanki rayon mərkəzinin ən hündür nöqtəsidi. Elə bu məqam da projektorların küləyin təsirinə daha çox məruz qalmasını şərtləndirib, onları küləkdən qoruyan heç nə olmayıb.

Tovuzda güclü küləyin əsməsi və nəticədə şəhər stadionuna bu yaxınlarda quraşdırılan projektor dirəklərindən birinin aşması gündəmi əməlli-başlı silkələdi. Bir andaca sosial şəbəkələrdə bu hadisə müzakirə olunmağa başladı, idman mediası da dərhal iki düşərgəyə bölündü. Həmişə olduğu kimi. Birinci qrup fürsəti əldən buraxmayıb, “Turan Tovuz”un sponsoru, eyni zamanda da “Hünər Qrup”un rəhbəri Ehtiram Quliyevi yamanlamağa başladı. Həmin mövqeni sərgiləyənlər hesab edirdilər ki, Ehtiram bəy klub rəhbəri kimi projektorun aşmasına görə məsuliyyət daşıyır. Zamanında projektorun dirəyinin keyfiyyəti yoxlanılmayıb, yaxud da klub rəhbərliyinin etimad göstərdiyi şirkət başdansovdu iş görüb. Nəticədə ortaya belə təhlükəli durum çıxıb. Digər qrup isə Quliyevə “toz qondurmaq” fikrində deyildi. Bildirirdilər ki, projektorun aşması təbiət hadisəsidi. Gəncədə qurulan şam ağacının aşmasıyla bağlı görüntülərin də çox keçmədən ortaya çıxması həmin qrupun dəlillərini gücləndirmiş oldu.

Bəli, çox şükür ki, Tovuzdakı hadisə itkisiz ötüşdü. Allah göstərməsin, aşan projektor boşluğa yox, dolu tribunalara yönəlsəydi, faciə qaçılmaz olacaqdı. Azarkeşlərdən, yaxud da futbolçulardan kimsə aşan dəmir dirəyin altında qalsaydı, ordan sağ çıxmaq şansı yox idi. Deməli, Allahın özü bəndələrinin halına acıdı, istəmədi ki, Peşəkar Futbol Liqasının əməkdaşlarının avtomobil qəzasına düşməsindən sonra üzülən ürəklərimiz daha bir acı xəbərdən sarsılsın. Amma həmin avtomobil qəzasında olduğu kimi, budəfəki hadisədə də insan amili, daha doğrusu məsuliyyətsizlik var idi. Xankəndində yollanan PFL əməkdaşlarını sutkanın qaranlıq vaxtı nabələd yola vurmamaq olardı. Eləcə də “Bakı” Futbol Klubunun bazasından söküldüyü deyilən dirəklərin küləyə davamlılığı, uzun müddət istifadəsiz qalan projektorların keyfiyyəti əvvəlcədən yoxlanılmalıydı.
Bir klub rəhbəri kimi Ehtiram bəyi məhz bu məqama görə qınamaq olar. Bildiyimiz qədəriylə cənab Quliyev özü də tikinti şirkətinə rəhbərlik edir. Rusların “SNİP” dediyi, tikintinin norma və qaydalarından xəbərsiz olmamış deyil. Azərbaycanda hər zonanın özünəməsxus havası, nəmişlik faizi, hətta fərqli sürətlə əsən spesifik küləkləri var. Hamımız yaxşı bilirik ki, Gəncə-Qazax bölgəsi özünün qasırğaları, güclü küləkləri ilə məşhurdu. Bütün bu hava şəraiti və təbii hadisələr illərdi müşahidə olunur, xüsusi statistik xəritələrdə əks olunur. Həmin o xəritələrdə hər bir rayonun illik yağıntı miqdarını, küləyin sürətini, havadakı nəmişliyin miqdarını öyrənmək mümkündü. Bunların da əsasında tikinti zamanı layihələr hazırlanır, mümkün bədbəxt hadisələrin qarşısını almaq üçün tədbirlər görülür. Zamanında gücü küləyi, Tovuzdakı mümkün qasırğaları nəzərə alıb, Bakıdan gətirilən projektor dirəklərinin nümunələrini müvafiq laboratoriyalara göndərmək lazım idi. Onda dəmir parçalarının küləyə davamlılığının miqyası da müəyyənləşdirilə bilərdi.
Mən illərini inşaat sektoruna vermiş Ehtiram bəyə ağıl öyrətmək fikrində deyiləm. Heç onu ittiham da etmirəm. Yazılarımın birində də qeyd etdiyim kimi, cənab Quliyevin 44 günlük müharibə dövründə də, ondan sonra da etdiyi fədakarlıqların əksəriyyətindən xəbərdaram. Həm bu fədakarlıqları, həm də “Turan Tovuz” üçün çəkilən xərci yüksək qiymətləndirirəm. Kim bilir, bəlkə də Ehtiram bəyin etdiyi xeyir əməllərin qarşılığında Tovuz stadionunda faciə yaşanmadı, ulu Tanrı bizi insan itkisindən, futbolsevərlərin zərər görməsindən qorudu. “Başına gələn başmaqçı olar” deyib atalarımız. Bizim də belə hadisədən müəyyən dərslər çıxarmağımız vacibdi. Ümid edək ki, güclü küləklər bundan sonra futbol qarşılaşmalarını yarıdan kəsməyəcək, azarkeşləri və futbolçuları həyəcanlandırmayacaq.

AMAL ABUŞOV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

24-12-2023, 21:0

“Plan ilkin mərhələdə bütün projektorların yeniləriylə əvəzlənməsidi” – “Turan Tovuz”dan reaksiya gəldi

Premyer-liqa / Manşet

23-12-2023, 18:0

"Turan Tovuz" - "Araz-Naxçıvan" görüşü sabah davam edəcək - YENİLƏNİB+FOTOLAR

İdman / Liqalar

19-12-2023, 15:0

Külək olanda futbol oynamırlar?!

Aktual / Premyer-liqa

16-08-2023, 14:0

“Turan-Tovuz” “Səbail”lə harda qarşılaşacaq? - AÇIQLAMA

Aktual / Ölkə futbolu

24-08-2023, 16:0

Tovuz stadionunun VİP sektorunda neçə azarkeş oturacaq?

Ölkə futbolu

16-10-2023, 11:0

Tovuz şəhər stadionuna işıqlandırma avadanlığı quraşdırıldı

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə