Region Liqasının Paytaxt və Şimal zonasında 4-cü tura start verilsə də, "Çinar-Zəngilan" - "Ramana" oyunu baş tutmayıb.
"Football-plus.az" saytı olaraq, bunun səbəbini aydınlaşdırmaq üçün Qarabağ təmsilçisinin baş məşqçisi Anar Dünyamalıyevə müraciət etdik:
"Ramana" ilə oyuna ciddi hazırlaşmışdıq. Amma kəskin hava şəraiti matçın keçirilməsinə imkan vermədi. Buna səbəb Mərdəkanda güclü küləyin əsməsi idi. Bundan başqa, 5-ci turda "İrəvan”la oyunumuz da keçirilməyəcək. Belə ki, rəqibin stadionla bağlı problemləri var, bu üzdən oyunun təxirə salınmasını xahiş etdi".
ABDULLA İSMAYILOĞLU