“Səhvlərimiz üzərində işləməli, vəziyyəti düzəltməli və inkişaf etməliyik”.
"Football-plus.az" xəbər verir ki, bunu “Kəpəz”in gürcüstanlı futbolçusu Georgi Papunaşvili klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Komandasının premyer-liqanın son pilləsində olduğunu xatırladan 28 yaşlı yarımmüdafiəçi bu durumdan çıxacaqlarına inanır:
“Azarkeşlərimiz möhtəşəmdi, bizi sevirlər. Bilirəm ki, nəticələrə görə narahatdılar. Amma geridönüş edəcək və daha yaxşı nəticələr qazanacıq. Azarkeşlərin hər dəfə adımı səsləmələri olduqca xoşdu. Görünür, mənə böyük inam bəsləyirlər. Ancaq komanda uduzubsa, xüsusi olaraq kimisə yaxşı oyunçu kimi fərqləndirməməliyik. Deməli, hamımız səhv etmişik. Məsuliyyəti dərk edərək nəticə çıxarmalıyıq”.
Papunaşvili “Kəpəz”ə keçdiyi üçün xoşbəxt olduğunu söyləyib:
“Bura mənim xoşuma gəlir. Hər yerdə isti münasibət bəsləyirlər. Əla bazamız var. Gənc oyunçulara örnək olmaq istəyirəm. Təbii ki, əsas məqsədim komandaya kömək etməkdi. Əlbəttə ki, xoş olmayan durum var. Çünki evdə keçirdiyimiz oyunlarda məğlub olmuşuq. Bu yaxşı hal deyil”.
Qeyd edək ki, hazırda hesabında 5 xal olan “Kəpəz” premyer-liqanın 9-cu turunda oktyabrın 8-də “Sumqayıt”la səfərdə qarşılaşacaq.