“Football-plus.az” xəbər verir ki, Gəncə təmsilçisi “Qarabağ”ın müdafiəçisi Zamiq Əliyevi icarə əsasında transfer edib. Bu məlumatı saytımıza açıqlamasında Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə təsdiqlədi:
“Bəli, Zamiq Əliyev “Kəpəz”ə icarəyə veriləcək. Bu, futbolçunun oyun praktikası qazanmasına kömək olacaq”.
Qeyd edək ki, Zamiq Əliyev ötən mövsüm “Qarabağ”ın heyətində cəmi 1 matçda meydanda olub.
İLKİN SULTANLI


