• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul” liderliyi əldən verdi – TURUN ŞƏRHİ

Dünya futbolu

20-12-2023, 23:0

Turun mərkəzi oyununda “Mançester Yunayted”i qəbul edən “Liverpul” qolsuz heç-heçə ilə kifayətləndi. Baxmayaraq ki, “qırmızılar” bütün oyun komponentlərində aşkar üstün idi. Onlar oyun vaxtının 69,4 faizində topa nəzarət etdi, qapıya 34, “çərçivə”yə 8 (rəqibdə 6-1) zərbə vurdu, künc zərbələrinin nisbəti 12-0 oldu. Bununla belə, MY-nin müdafiəsini yara bilmədilər.

"Football-plus.az" xəbər verir ki, başqa maraqlı nəticələr də var. “Kristal Pelas”la oyunda 2 top üstünlüyünü əldən verən “Mançester Siti” tədricən tituldan uzaqlaşmaqdadı. Həftəiçi ÇL-də “Srvena Zvezda”ya qarşı ehtiyat heyətlə oynayan “şəhərlilər” dərhal təşəbbüsə yiyələndi və hissənin ortalarında hesab açıldı. Qriliş sağ “6-lığ”a dəqiq zərbə vurdu. Fasilədən dərhal sonra fərq artdı. Lüis rəqibin cərimə meydançasındakı qarışıqlıqdan yararlandı və premyer-liqada qol hesabını açdı. Demək olar ki, Edersonu narahat etməyən “qartallar”ın mümkün geridönüşü ilə bağlı heç bir əlamət yox idi. Ancaq “Siti” sonda iki qol buraxdı. Mateta 76-cı dəqiqədə fərqi artırdı, uzatma dəqiqələrində isə onun qazandığı penaltini Olise qola çevirdi. Son 6 turda 5-ci dəfə xal itirən “şəhərlilər”in konkret bu oyunda qələbəyə layiq olduğunu etiraf etməliyik. Təbii ki, onların xal itkisindən əsas rəqibləri yararlandı. “Aston Villa” “Brentford”la səfər oyununda əzmkar qələbə qazandı. Bu oyunda hər şey birmingemlilərin məğlubiyyətinə aparırdı. Ancaq 71-ci dəqiqədə - hesab meydan sahiblərinin xeyrinə olarkən Mi meydandan qovulmaqla komandasını çətin vəziyyətə saldı. “Aston Villa” sayca üstünlüyünü tezliklə maddiləşdirdi.

Turnir cədvəlinin zirvəsində yenidən “Arsenal” qərarlaşıb. “Topçular” aşkar üstün təsir bağışladığı oyunda qolları 2-ci hissədə vurdu. 2-ci qolun müəllifi Haverts son oyunlarda yüksəl məhsuldarlıq göstərir. Almaniyalı yarımmüdafiəçi bütün turnirlər çərçivəsində son 7 oyunda 4 qol vurub. Halbuki əvvəlki 19 oyunda yalnız 1 qolla yadda qalmışdı.

Londonun digər nəhəngləri – “Tottenhem” və “Çelsi” turnir cədvəlinin aşağı hissəsində qərarlaşan komandalar – “Nottingem Forst” və “Şeffild Yunayted” ilə oyunlarda çətinlik çəkmədi. Turu darmadağınla başa vuran “Nyukasl” və “Vest Hem” cədvəldə uyğun olaraq 6-cı və 8-ci yerə yüksəldi.

Hesabından 10 xal silinən “Everton” necə qəzəblənibsə, qarşısına çıxanı əzib keçir. Liverpul təmsilçisi hesabat turunda “Bernli”ni məğlub etməklə ardıcıl 4-cü qələbəsini qazandı. Xal cəzası olmasaydı, “göylər” indi 10-cu pillədə qərarlaşardı.

17-ci tur
Arsenal – Brayton 2:0
Jezus, 53. Haverts, 87. (60257)
Arsenal: Rayya, Zinçenko (Kivyor, 90+3), Qabriel, Saliba, Uayt, Edeqor, Rays, Haverts (Smit-Rou, 89), Martinelli (Trossar, 82), Jezus (Nketia, 81), Saka (Nelson, 89).
Liverpul – Mançester Yunayted 0:0
(57158)
Liverpul: Alisson, Simikas, Van Diyk, Konate, Aleksander-Arnold, Soboslai (Qomes, 62), Endo, Qravenberx (Qakpo, 61), Dias (Cons, 78), Nunyes (Elliott, 78), Salah.
MY: Onana, Şou, Varan, Evans, Dalot, Maynu (Mejbri, 82), Maktominey, Amrabat, Qarnaço (Reşford, 71), Heylunn, Antoni (Pelyistri, 82).
Mançester Siti – Kristal Pelas 2:2
Qriliş, 24. Lüis, 54 – Mateta, 76. Olise, 90+5-p.
MS: Ederson, Qvardiol, Ake, Diaş, Uoker, Rodri, Lüis (Stounz, 90+7), Qriliş, Foden, B.Silva, Alvares.
Nottingem Forest – Tottenhem 0:2
Rişarlison, 45+2. Kulusevski, 65. (29296)
Tottenhem: Vikario, Udoci, Devis, Romero, Porro, Sarr, Bissuma, Son Hın Min (Emerson, 88), Kulusevki, Conson (Skipp, 32), Rişarlison (Heybyerq, 72).
Çelsi – Şeffild Yunayted 2:0
Palmer, 54. Cekson, 61. (39599)
Çelsi: Petroviç, Koluill, Badyaşil, Silva, Disasi, Kaysedo, Qallaher, Mudrik (Fernandes, 69), Palmer (Maatsen, 90+4), Sterlinq (Broya, 75), Cekson (Hüsto, 90+4).
Nyukasl – Fulhem 3:0
Mayli, 57. Almiron, 64. Bern, 82. (52055)
Bernli – Everton 0:2
Onana, 19. Kin, 25. (21413)
Brentford – Aston Villa 1:2
Lüis-Potter, 45 – Moreno, 77. Uotkins, 85. (17034)
Vest Hem – Vulverhempton 3:0
Kudus, 22; 32. Bouen, 74. (62455)
“Bornmut” – “Luton” oyunu qonaqların müdafiəçisi Tom Lokyer 2-ci hissədə huşunu itirdiyinə görə təxirə salınıb və yenidən keçiriləcək (bu haqda başqa yazıda oxuya bilərsiz).
1. Arsenal 17 12 3 2 35-15 39
2. Liverpul 17 11 5 1 36-15 38
3. Aston Villa 17 12 2 3 37-21 38
4. Mançester S. 17 10 4 3 40-20 34
5. Tottenhem 17 10 3 4 35-23 33
6. Nyukasl 17 9 2 6 36-21 29
7. Mançester Y. 17 9 1 7 18-21 28
8. Vest Hem 17 8 3 6 29-30 27
9. Brayton 17 7 5 5 33-30 26
10. Çelsi 17 6 4 7 28-26 22
11. Fulhem 17 6 3 8 26-29 21
12. Brentford 17 5 4 8 24-24 19
13. Vulverhempton 17 5 4 8 21-29 19
14. Bornmut 16 5 4 7 21-30 19
15. Kristal Pelas 17 4 5 8 17-25 17
16. Everton (-10) 17 8 2 7 22-20 16
17. Nottingem F. 17 3 5 9 17-30 14
18. Luton 16 2 3 11 17-32 9
19. Bernli 17 2 2 13 16-36 8
20. Şeffild Y. 17 2 2 13 12-43 8
Bombardirlər: Holann (MS) – 14, Salah (Liverpul) - 11, Son Hın Min (Tottenhem), Bouen (Vest Hem) – 10.
Növbəti turun oyunları dekabrın 21-24-ü aralığında keçiriləcək: Kristal Pelas – Brayton, Aston Villa – Şeffild Yunayted, Vest Hem – Mançester Yunayted, Luton – Nyukasl, Nottingem Forest – Bornmut, Tottenhem – Everton, Fulhem – Bernli, Liverpul – Arsenal, Vulverhemton – Çelsi, Mançester Siti – Brentford.

Turun rəqəmi
57158 – “Liverpul” son 60 il üçün “Enfild”də azarkeş sayı üzrə rekord müəyyənləşdirdi. “Qırmızılar”ın ev oyununu 57158 tamaşaçı izlədi ki, bu da 1963-cü ildə “Bernli” ilə İngiltərə kuboku çərçivəsində keçirilən oyundan bəri ən yüksək göstəricidi. Mersiasaydıların çempionatda çıxış etdiyi bütün dövr ərzində isə azarkeş sayı baxımından 3-cü ən yüksək göstərici qeydə alındı.

Turun ulduzu
Koul Palmer (Çelsi) – “Şeffild Yunayted”in qapısına vurulan hər iki qolda birbaşa iştirak edən futbolçunu turun ən yaxşısı seçdik. 2-ci hissənin əvvəlində hesabı açdı, bir neçə dəqiqə sonra isə Ceksona məhsuldar ötürmə verdi. Qalan vaxt ərzində hesabına daha iki məhsuldar hərəkət əlavə edə bilərdi. Ancaq onun ötürməsindən sonra Broya inanılmaz imkanı boşa verdi, daha bir cərimə zərbəsinin qarşısını isə qapıçı Foderingem aldı.

Turun sitatı
Vircil van Diyk, “Liverpul”un müdafiəçisi: “Bu oyunda yalnız bir komanda qələbə qazanmağa çalışdı. Əlbəttə, hər oyunu qazanmaq istəyirik, bu üzdən nəticəyə görə məyusuq. Bəzən düzgün qərar verə bilmədik. İrəli hərəkəti davam etdirəcəyik. Amcaq bu oyunun nəticəsi məyus etdi, ona görə ki, bütün aspektlərdə rəqibdən yaxşıydıq. Rəqib 1 xala görə sevinir, biz isə məyusuq. Aydın məsələdi ki, rəqib yaxşı vəziyyətdə deyil, ancaq biz bu oyunda qalib gəlməliydik”.

Faktlar
* MS premyer-liqada ardıcıl 3 ev oyununda qələbə qazana bilməyib. “Şəhərlilər” “Kristal Pelas”a qədər “Liverpul” (1:1) və “Tottenhem” (3:3) ilə heç-heçə etmişdi. MS 2016-nın payızından bəri ilk dəfə ardıcıl 3 ev oyununda qələbəyə həsrətdi. Onda Qvardiolanın rəhbərliyi altında ilk mövsümünü keçirən komanda “Everton”, “Sauthempton” və “Midlsbro” ilə oyunlardan eyni hesablı (1:1) heç-heçə ilə ayrılmışdı. “Siti” həmin mövsümdə 3-cü yeri tutdu.
* Sterlinq premyer-liqada “qol+ötürmə” göstəricisində Ouenlə Berqkampa çatdı. “Çelsi”nin vingeri “Şeffild Yunayted”lə oyunda məhsuldar ötürmə verməklə xal hesabını 181-ə (120 qol, 60 ötürmə) çatdırdı. Sterlinq Ouen (150+31) və Berqkamp (87+94) ilə 16-cı yeri bölüşür. Bu göstəricidə rekordçu Şirerdi – 324 (260+64). 15-ci yerdə isə Hasselbeynk qərarlaşıb – 186 (128+58).
* Mayli “Nyukasl”ın premyer-liqadakı ən “gənc” qolunun müəllifi oldu. Xavbek “Fulhem”lə oyunda fərqlənəndə 17 yaş 229 günlük idi. Mayli həmçinin 2009-da MY-nin heyətində 17 yaş 226 günlüyündə fərqlənən Makedadan sonra 2-ci göstəriciyə malikdi.
* Onana “Liverpul”la oyunda 8 seyv etdi. 8 seyv 2019-cu ilin yanvarından bəri MY-nin qapıçıları üçün “quru” oyunlarda ən yüksək göstəricidi. Onda De Xea “Tottenhem”lə oyunda (1:0) 11 seyv etmişdi. Cari mövsümdə 6 oyunda qapısını toxunulmaz saxlayan Onana bu göstəricidə liderliyi Pikfordla (Everton) bölüşür.
* MY premyer-liqada “Liverpul”a qarşı keçirdiyi son 11 oyunun yalnız birində qələbə qazanıb (2022-nin avqustunda “Old Trafford”da 2:1). Qalan 10 oyunun 4-ü heç-heçə bitib, 6-da MY məğlub olub. Premyer-liqanın cari mövsümündə ilk dəfə heç-heçə edən “qırmızı şeytanlar” 2018-in dekabrından bəri “Enfild”də qol vura bilmir. Onda Joze Mourinyonun çalışdırdığı komanda 1:3 uduzmuş, yeganə qolu Linqard vurmuşdu. Mankunianları “Liverpul”la səfərdə qolsuz seriyası 5 tam oyunu əhatə edir, artıq 507 dəqiqəyə çatıb.

Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Qələbəni haqq etmədik. Bu, bəxtsizlik deyil, hər şey haqlıdı. Rəqibə iki xal verdik. Belə penalti bağışlayırsansa, deməli, bu nəticəni haqq edirsən. Yaratdığımız və qol buraxdığımız epizodlara baxın. Mövsümün gedişində həmişə eyni vəziyyətdi – oyunların nəticələrini həll edə bilmirik”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Qeyri-adi oyundu. Əvvəldən sona qədər çox yaxşı komandaya qarşı necə oynadığımızı görmək xoş idi. Bu oyunda qələbəyə tam layiq idik. İlk yarıda 15 zərbəmiz oldu. Dəqiqlik çatmadı”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Komandamın ifasında çoxlu yaxşı element gördüm. Xoşuma gəlməyən yeganə cəhət nəticədi. Qol vurmalıydıq. Bəzi məqamlarda tələsdik, ancaq intensivliyimiz və debütdə göstərdiyimiz oyun çox xoşuma gəldi. Hər kəs nə etmək istədiyimizi gördü. Rəqibə irəli qaçmağa imkan vermədil. “Mançester Yunayted” üzərindəki belə aşkar dominantlığımızı xatırlamıram – hətta 7:0 qalib gəldiyimiz oyunda da rəqib daha fəal idi. İndi hesab 0:0-dı. Yəqin rəqib özünü bizdən daha yaxşı hiss edir. Ancaq bu 1 xalı qəbul edir və irəli baxırıq. Bu, məhz mən gözlədiyim oyun idi. “Mançester”in müdafiəsi təmiz və ehtiraslı oynadı. Qol vurursansa, oyunun dinamikası dəyişir, rəqib bir qədər açılır, riskə yol verməyə başlayır. Ancaq bu baş vermədi, rəqib müdafiə olundu və hesab 0:0 qaldı”.
Erik ten Haq, MY-nin baş məşqçisi: “Sözsüz, oyunumuzda çoxlu müsbət aspekt var idi. Hesab edirəm ki, komandamız çox yaxşı oyun göstərdi. Oyun üçün planımız işlədi. Futbolçular birlikdə yaxşı hərəkət etdi, təkbətək mübarizələrdə təslim olmadı. Komandamı yalnız topa nəzarətə görə tənqid edə bilərəm. Hansısa məqamlarda iki-üç artıq ötürmə versəydik, rəqibə daha çox problem yarada bilərdik. Ancaq bu, yalnız fərqləndirməli olduğum bir elementdi. Ümumilikdə ciddi qol vəziyyətlərindən birini reallaşdırsaydıq, qalib gələ bilərdik. “Liverpul” çox yaxşı, çox hərəkət edən hücumameyilli komandadı. Onlarla oyunda çox intizamlı müdafiə olunmaq lazım gəlir. Komandam böyük komplimenti haqq edir – ruh, ehtiras və istək göstərdik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-10-2023, 19:0

MS, MY və “Liverpul” uduzdu, “Tottenhem”lə “Arsenal” liderə yaxınlaşdı

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

19-04-2023, 12:0

“Arsenal”la “Siti” arasındakı xal fərqi bir qədər də azaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

18-03-2022, 19:0

Qvardiola üçün premyer-liqada münasib olmayan rəqiblər var

Çempionlar Liqası

8-10-2023, 19:0

“Mançester Siti” bu dəfə Leyptsiqi fəth etdi - TƏHLİL

Dünya futbolu

11-10-2023, 20:0

MS ardıcıl 2-ci dəfə uduzdu, London klubları zirvədə - TURUN ŞƏRHİ

Aktual
Sənan Abdullayev: “Misli” ilə sponsorluq müqaviləsi başa çatıb” – yeni brend gəlir?
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
“Futbolçular bilirlər ki, telefonum günün 24 saatı açıqdı” - Vernidub “Neftçi”dəki uğurunun sirlərini həmvətənlərinə açdı
“Stadiondan istifadə hüququ bizə verilməlidi” - “Xankəndi” ev oyunlarını harda keçirəcək?
Qətər klubu 20 gün ölkəmizdə olacaq
Son xəbərlər
  • Bu gün, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:54
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • Dünən, 23:32
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • Dünən, 23:01
    Sənan Abdullayev: “Misli” ilə sponsorluq müqaviləsi başa çatıb” – yeni brend gəlir?
  • Dünən, 22:36
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • Dünən, 21:55
    Yarımfinal oyununa çıxa biləcəklər?
  • Dünən, 21:24
    “Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
  • Dünən, 21:12
    “Red Bull” ilə Ferstappen arasındakı narazılıq artır
  • Dünən, 20:50
    "Hadisələrin axarını dəyişmək üçün əllərindən gələni edəcəklər" - Rəşad Sadıqov
  • Dünən, 20:30
    Ronaldonun klubunda maliyyə problemi yaranıb
  • Dünən, 19:20
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 18:59
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
  • Dünən, 17:26
    Selebrini mövsümün ən yaxşısı sayıldı
  • Dünən, 16:52
    Sabiq futbolçu qəzada həlak oldu
  • Dünən, 16:23
    Ehtiram Şahverdiyev "Səbail"də
  • Dünən, 15:52
    Sinner və Noskova çempion oldu
  • Dünən, 15:31
    100 oyundan hansı daha keyfiyyətli olub? =- DÇ-nin SUALI
  • Dünən, 15:00
    “Futbolçular bilirlər ki, telefonum günün 24 saatı açıqdı” - Vernidub “Neftçi”dəki uğurunun sirlərini həmvətənlərinə açdı
  • Dünən, 14:29
    Millimiz Almaniyada 6 medal qazandı
  • Dünən, 13:58
    “Stadiondan istifadə hüququ bizə verilməlidi” - “Xankəndi” ev oyunlarını harda keçirəcək?
  • Dünən, 13:27
    Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq
  • Dünən, 12:56
    Qətər klubu 20 gün ölkəmizdə olacaq
  • Dünən, 12:25
    “Mingəçevir”in taleyi necə olacaq?
  • Dünən, 11:54
    "Heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq" - Azər Məmmədov
  • Dünən, 11:23
    "Şamaxı"dan növbəti transfer
  • Dünən, 10:52
    “Neftçi” çempion olmaq istəyir. Ancaq necə? - YAZI
  • Dünən, 10:30
    İsrailə bir qədər də yaxınlaşdıq - UEFA reytinqi
  • Dünən, 10:00
    Ərsin Destanoğlunun yeni klubu bəlli oldu
  • Dünən, 01:25
    "Qapımızı toxunulmaz saxlamaq daha xoş olardı" - Valdas Dambrauskas
  • Dünən, 00:59
    İspaniya dünya çempionatının finalında! - DÇ gecəsi
  • Dünən, 00:41
    "Yeni transferlərlə güclənməyə ehtiyacımız var " - Kaxaber Sxadadze
  • Dünən, 00:02
    "Şəfa" 5 yoxlama oyunu keçirəcək
  • 14-07-2026, 23:0
    Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
Daha çox
Oxunub: 231
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 205
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 189
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 179
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 152
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə