Baş məşqçi ilə müqavilənin yenilənməsi mümkündü.
“La Gazzetta dello Sport”un məlumatına görə, klubun sahibləri portuqaliyalı mütəxəssislə müqaviləni yeniləmək imkanını nəzərdən keçirirlər. İlk danışıqlar bu ilin sonuna qədər ola bilər. Mouriyo da əkəkdaşlığın müddətini uzatmaqda maraqlıdı. Qeyd edək ki, onun “Roma” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi.
Təcrübəli mütəxəssis bazar ertəsi yola “Roma” ilə davam etmək istədiyini bildirib:
“Roma”da işləməyə davam etmək istəyirəm. Lakin klubla “maliyyə feyr-pleyi” məhdudiyyətləri barədə ciddi müzakirələr aparmalı olacağıq”.
Mourinyo paytaxt komandasına 2021-ci ilin yayından başçılıq edir. Komanda onun rəhbərliyi altında 2021/22 mövsümündə Konfrans Liqasının qalibi olub.






