Mourinyonun aqibəti bosslardan asılıdı

26.03.2023 20:07 230
Dünya futbolu
Joze Mourinyo hazırkı iş yerində fəaliyyətini davam etdirmək istəyir.

"Football-plus.az" xəbər verir ki, “Il Corriere dello Sport”un yazdığına görə, o, “Roma” ilə müqaviləsini yeniləmək niyyətindədi.

Lakin portuqaliyalı baş məşqçinin aqibəti bosslardan asılıdı. Rəhbərlik onunla əməkdaşlığı davam etdirib-etdirməyəcəyinə mövsümün sonunda qərar verəcək.

Mourinyo paytaxt komandasını 2021-ci ildən çalışdırır.

“Roma” hazırda A seriyasında 27 oyuna 47 xalla 5-ci yeri tutur.