• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Epizodun əvvəlini VAR göstərmir, niyə? +18 görüntüdü?"

Premyer-liqa / Manşet

16-12-2023, 21:0

"Bu gün üzücü xəbər aldıq. Azərbaycan futbolu üçün dəyərli insanlar qəzaya düşüb. Allahdan onlara şəfa diləyirəm. Bu gün çempionatımız ən yaxşı komandalarından birinə qarşı oynadıq. "Zirə" ən az qol buraxan komandadı. Bu, asan deyil. Onların müdafiə xəttini yarmaq çətin idi. Meydanda taktiki savaş getdi. Rəqib sistemini dəyişmişdi. Rəşad Sadıqov sürpriz etməyi sevir. Yaxşı oynadığımız oyunlarda məğlub oluruq. Yenə də qorxmadıq. "Zirə" ilə yenidən kubokda oynayacağıq. İlin sonunda sıx qrafikdə oynamaq çətindi. Amma futbolçularıma inanıram. Rəhbərliklə bir yola başlamaşıq. Bu yolu keçməliyik. Futbol xarakter oyunudu. Bu gün oyunçularda mübarizə əzmini gördüm".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli premyer-liqasının 17-ci turunun "Zirə" ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Rəqibin sistem dəyişikliyi sizə çətinlik yaratdı?
- Bizim hücumçularımıza qarşı bu sistemlə oynadılar. Epizodlar var idi ki, sanki hücumçularla müdafiəçilər meydanda güləşirdilər. Bu, bizə çətinlik yaradırdı. Onlar da iki hücumçu ilə oynadı. Diqqətli oynamalıydıq. Futbolçular hər vəziyyətə hazır olmalıdılar.

- Şəhriyar Əliyev meydanda olanda sanki müdafiə daha etibarlı görünür. Onun yoxluğu oyununuza necə təsir edir?
- Bizim problemimiz adlarda deyil. "Sabah"la matçda Şəhriyar meydanda idi, 3 qol buraxdıq. Problemimiz stoperlərin bir yerdə stabil olmamasıdı. Miller, Hakman, Şəhriyar zədələnib. Bunların hamısı ən azı 3-4 turu buraxıb. Bir müddət dördlü müdafiə ilə oynadıq. Oyunçular sağlam olsalar, ən yaxşı heyəti meydana buraxarıq. Bu, bizə siqnal verir ki, gələcəkdə daha geniş heyət quraq. Şəhriyar bu gün liderlik keyfiyyətini göstərdi.

- Çox qol buraxmağınızın səbəbi nədi?
- Keçən il qalib gəlirdik, narazı qalırdılar. Hətta deyirdilər ki, uduzaq, amma hücum edək. Mənim hücum və ya müdafiə baxışım yoxdu. Futbol komanda oyunudu. Bu gün böyük komandalar da kompakt oynayır. Bu mövsüm hücuma üstünlük veririk. Çünki, hücumameyili oyunçularımız çoxdu. Mövsümün əvvəlində futbolçuların zədə alması, komanda şəklində müdafiədə problem yaratdı.

- Qış fasiləsində hansı mövqelərə transfer edəcəksiz?
- Öncə yerli futbolçu istəyirəm. Elə futbolçu istəyirəm ki, heyətimizdə olanlardan güclü olsun. Axtarışdayıq. Danışıq apardığımız futbolçular var. Hazırda legioner transferi düşünmürük. Son iki mayçdan sonra ümumi təhlil edib qərar verəcəyik.

- Klub rəhbəri bildirdi ki, "Qarabağ"ı nümunə götürmüşük. Siz necə, yerli, yoxsa əcnəbi futbolçulara üstünlük verməyi daha doğru hesab edirsiz?
- İki saat danışsam, az olar. Deyirik ki, legioner oynatmayaq. Keçən il "Şamaxı"nı niyə qınadıq? Fikirlər çoxdu. Hərə bir yerə yoza bilər. Azərbaycanda 2-3 hücumçu gətirə bilərik? Mərkəz müdafiəçisi deyək. Bəzi komandalar qapıçı problemi yaşayır. Çempionatda qalmaq üçün komandaya legioner lazımdı. Mən öz büdcəmə uyğun legioner gətirirəm. "Sabah"ın, "Neftçi"nin legionerləri ilə bizimkilər arasında fərq var. Bu gün Otto Conu, Paçunu qazanmışıq. Conun aldığı maaşı desəm, çoxunuz inanmayacaqsız. Bəli, hamımız "Qarabağ"ın yolunu nümunə çəkirik. "Qarabağ" öncə bazasını düzəltdi. "Qəbələ"nin düşdüyü vəziyyət bizə siqnaldı. "Sumqayıt"da futbolçu 1500 manat maaş alırdı. Avroliqaya vəsiqə qazanandan sonra bizdən 10 000 manat maaş istədi. Bəzi klublar maliyyədən gileylənir. Yerli oyunçular üçün müraciət edirik, futbolçuları buraxmırlar. "Sabah"a təşəkkür edirəm. Az oynayan futbolçuları icarəyə verirlər. Mən yerli oyunçuların tərəfdarıyam. Amma premyer-liqada qalmaq üçün legionerlər vacibdi.

- Əvəzedici komadanın zəif çıxışının səbəbi nədi?
- Onların qarşısına hədəf qoymamışıq. Ötən il bu komanda 3-cü yeri tutmuşdu. Həmin komandadan Faiq Hacıyevi qazandıq. Bu mövsüm o əsas heyətdə oynayır. Sadiq Şəfiyev var, 2 ildən sonra Azərbaycanda ən yaxşı hücumçulardan biri ola bilər.

- Hakim idarəçiliyini necə dəyərləndirirsiz?
- Bu gün çox çətin oyun idi. Hakimlikdən çox danışmaq istəmirəm. Real baxsaq, xalımız daha çox ola bilərdi. Dörd oyunda hakim qərarları nəticəyə təsir etdi. Həmin səhvlər baş məşqçinin, futbolçunun karyerasına təsir edə bilər. Əliyar Ağayevin Çempionlar Liqası oyununu izlədim. Fasilədə oyunçular necə sərt etiraz edirdilər? Biz isə etiraz edəndə sarı vərəqə verirlər. Sevinməyə belə icazə vermirlər. "Neftçi" ilə oyunda qapımıza vurulan qol epizodunun əvvəlini VAR göstərmir. Niyə? +18 görüntüdü? Avropada fərqli, çempionatda fərqli oyun idarə edirlər. Bəli, narazıyam. Hakimlər də inkişaf etməlidi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

16-12-2023, 20:0

"Meydana çıxıb hücumçuların yerinə qol vura bilmərəm ki..."

Premyer-liqa / Manşet

22-04-2023, 19:0

"Rəqibin ustalığı öz sözünü dedi" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

13-08-2023, 21:0

"Qarabağ"la oyunda edilən səhvlər baha başa gəlir" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

26-08-2023, 20:0

"Erkən qol bütün planlarımızı pozdu" - Ayxan Abbasov

Premyer-liqa

24-02-2023, 16:0

"Tovuzda oynamaq, xal və ya xallar qazanmaq çətindir" - Rəşad Sadıqov

Ölkə futbolu

29-04-2022, 23:0

"Penalti seriyası üçün hazırlıq görməmişdik" - Rəşad Sadıxov

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 156
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə