AFFA sənədlərin saxtalaşdırılmasında iştirak edən məşqçini futboldan kənarlaşdırdı

13.12.2023 14:53
Ölkə futbolu
AFFA U-13 Liqasında çıxış edən “Baku Sportinq”in məşqçisi Şamil Məmmədov sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi üçün futboldan 12 aylıq kənarlaşdırılıb.

“Football-plus.az" xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssisə cəzanın 6 ayını şərti olaraq tətbiq edib.

Cəzaya səbəb lisenziyası olmayan Əli Hüseynovun komandanın heyətində Roman Bayandurovun adından oyunlara çıxmasıdı.

O, konkret olaraq 9 oyunda mübarizə aparıb. Həmin qarşılaşmalarda “Baku Sportinq”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.