Bakı metrosunun iş rejimində dəyişiklik - “Qarabağ”a görə

9.12.2023 10:31 218
Avropa Liqası
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ”ın növbəti oyunu ilə əlaqədar dekabrın 14-dən 15-nə keçən gecə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

"Football-plus.az" xəbər verir ki, İsveç klubu “Hekken”ə qarşı keçiriləcək görüşlə bağlı “Bakı Metropoliteni” QSC-yə edilən müraciət müsbət cavablandırılıb. Qurum bunu nəzərə alaraq, matç günü metronun iş vaxtını gecə 1 saat uzadacaq. Gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlər üçün stansiyalar saat 01.00-a qədər girişə açıq olacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21.45-də başlayacaq. Son tur öncəsi “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. “Hekken”in isə hesabında xal yoxdu.