Xatırlayırsızsa, “Football-plus.az”da yığmanın qapıçısı, hazırda “Adana Dəmirspor”da çıxış edən Şahruddin Məhəmmədəliyev haqda yazı yer almışdı.
Yazıda qolkiperin formasını geydiyi Adana təmsilçisinin heyətində “Samsunspor”la ev oyununda meydana çıxmasından və 3 qol buraxmasından bəhs etmişdik. Qapıçının ona verilən növbəti şansı dəyərləndirə bilməməsini qınamışdıq. Sonradan məlum oldu ki, fikirlərimiz bəzi azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Vaxtilə “Qarabağ”da çıxış edərkən səhvlərinə görə Qurban Qurbanovdan onu komandadan uzaqlaşdırmağı tələb edənlər bu gün “Şah”ın Türkiyədəki performansının aşağı olduğuyla razılaşmır. Halbuki o, yeni klubunda meydana çıxdığı 2 oyunda 5 qolun qarşısını ala bilməyib. Hətta özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, Adana təmsilçisinin sabiq baş məşqçisi Patrik Klyuvert rəhbərliyə onun superliqa səviyyəsində olmadığını deyib. Maraqlıdı ki, futbolçu özü də çıxışından razı deyil. “Şah” bununla bağlı rəsmi “instaqram” hesabında paylaşım edərək, istədiyi performansı göstərə bilmədiyini və daha çox çalışaraq azarkeşləri məmnun edəcəyini yazıb. Sizi həmin paylaşımla tanış edirik:
