“O, futbolu ehtirasla sevir və əksər oyunçuları tanıyır. Rafa elə futbolçular haqda danışır ki, hətta mən onları tanımıram. Rafa “Real”ın sadiq fanatıdı. Zaman hər şeyi göstərəcək, ancaq aydındı ki, o, futbolun əksər tələblərinə cavab verir”.
İspaniyalı əfsanə bir müddət əvvəl korta tezliklə qayıdacağına ümid etdiyini bildirmişdi. O, 2023-cü ilin “Australian Open”ində zədə alandan bəri heç bir turnirdə iştirak etməyib.





