• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Salahlı: “İndiyə kimi yadımdadı, məşqdən əvvəlki gecə səhərə qədər yata bilməmişdim” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

8-01-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Müsahibləri seçərkən çox vacib bir məqama diqqət edirik. Çalışırıq ki, onların həm karyerası uşaq və gənclərə nümunə olsun, həm də dediklərindən auditoriyamız nəsə nəticə çıxara, öyrənə bilsin. Milli komandamızın və “Neftçi”nin müdafiəçisi Azər Salahlı məhz belə insanlardandı. Salahlı gənc futbolçu kimi təkcə meydanda yox, ordan kənarda da diqqəti üzərinə çəkməyi bacarır. Qısa müddətdə karyerasında ciddi irəliləyiş əldə edən Azər hələ 21 yaşadək futbolçulardan ibarət yığmada oynayarkən istedadını ortaya qoymağı bacarmışdı. Təsadüf deyil ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığma Bakıda keçirilən İslan Həmrəyliyi Oyunlarının qalibi olarkən da Salahlı bu komandanın üzvlərindən idi. Onunla müsahibəyə ənənəvi sualla körpü saldıq.

- Azər bəy, ilk sualımız futbola gəlişinizlə bağlıdı. Futbol oynamağa necə başladız? Futbol məşqlərinə yollanmağınızda istedadınızı görən kiminsə rolu oldu, yoxsa qərarı özünüz verdiz?
- Hələ lap uşaq yaşlarımdan futbola böyük marağım var idi. İstəyirdim ki, hər imkanda futbol oynayım. Qonşu uşaqlarla məhlədə top qovurduq, yorulmadan futbol oynayırdıq. Belə deyim, futbola gəlişim elə məhlədən başlayıb. Hamımıza yaxşı tanış olan İman Həsənov da qonşumuz idi. İndi “Turan Tovuz”da köməkçi-məşqçi kimi çalışır. Mənim oyunumu gördü və təkid etdi ki, hansısa peşəkar kluba məşqlərə gedim. İman müəllim deyirdi ki, klubda mənimlə daha yaxşı məşğul olacaqlar və inkişaf etməyə başlayacam. Bir növ istedadımı hiss etmişdi. 2004-cü ildə, yəni 10 yaşım olarkən İman Həsənov məni o vaxtkı “Şəfa” stadionunda yerləşən “İnter” klubunun uşaq komandasına yönəltdi. İlk məşqçim də Roman Cəfərov oldu. İlk məşqimizi də çox yaxşı xatırlayıram. İndiyə kimi yadımdadı, məşqdən əvvəlki gecə səhərə qədər yata bilməmişdim. Gözlərimə yuxu getmirdi. Xeyli həyəcanlıydım. Özümü ilk dəfə peşəkar klubda, peşəkar məşqçinin rəhbərliyi altında məşq etməyə hazırlayırdım.



- Qısa müddətdə həm millidə, həm də “Neftçi”də böyük inkişaf yolu keçdiz və əsas heyət üzvünə çevrildiz. Bu uğurun sirrini nədə görürsüz?
- Həyatda hər uğurun arxasında böyük zəhmət durur. Bəli, mən çox çalımağımın, çəkdiyim zəhmətin müqabilində qısa zaman kəsiyində müəyyən inkişaf yolu keçdim. Amma bunun üçün öz üzərimdə xeyli çalışmışam, həmişə məşqçilərin tapşırıqlarını bacardığım qədər yüksək səviyyədə yerinə yetirməyi hədəfləmişəm. Çalışqanlıq məndə uşaqlıqdan gələn xüsusiyyətdi. Həmişə istəmişəm ki, mənə tapşırılan işi görüm, çalışqan olum. Düşünmüşəm ki, nə zamansa çəkdiyim əziyyətin bəhrəsini görəcəm. Özü də futbolu çox sevmişəm, buna görə də daha yaxşı oynamaq əsas arzum olub. Futbolçu həyatı belədi, sən üzərinə düşəni edib, çalışmalı məşq etməlisən. Bunun da qarşılığında bir gün heç gözləmədiyin halda yaxşı bir təklif alırsan, daha güclü klubda oynamaq fürsəti qazanırsan. Həyatda müəyyən bir yol keçdikdən sonra dönüb arxaya baxırsan və başa düşürsən ki, heç bir uğur təsadüfi deyil.

- Uşaq yaşlarından müəyyənləşdirdiyiniz hədəf varmı? Hansısa klubda oynamaq və ya hansısa mükafatı qazanmaq kimi bir arzunuz olubmu?
- Əlbəttə, hər bir uşaq kimi mənim də ürəyimdə çatmaq istədiyim arzular olub. Bu arzuların da əksəriyyəti Avropa klublarında oynamaqla bağlıdı. 5-6 yaşlarımdan “Real” azarkeşi olmuşam, arzulamışam ki, nə vaxtsa “Real”ın formasını geyim. Bugünkü nailiyyətlərimi də yaxşı saya bilərəm. Azərbaycanın əsas millisinin üzvüyəm. Eləcə də ölkə futbolunun bayraqdarı “Neftçi”də çıxış edirəm, “xalq komandası”nın şərəfini qoruyuram. Bundan sonra da çalışacam ki, geydiyim formaya layiq olum, mənə göstərilən etimadı doğruldum. Həm milli komandada, həm də “Neftçi”də mükafatlar qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirəm.



- Futbol və təhsil. Bu barədə nə düşünürsüz? Futbol oynamaq təhsil almağa mane olurmu?
- Çox aktual bir məsələyə toxunduz. Həqiqətən də futbolla təhsili bir araya sığışdırmaq, hər ikisini eyni anda davam etdirmək çox çətindi. Bunu bacaran adamlara böyük bir alqış düşür. Arxaya dönüb baxanda görürük ki, mən 9-cu sinifə qədər bütün dərslərimi yaxşı oxumuşam. Amma 9-cu sinifdən sonra futbolçu həyatımda yeni bir dönəm başladı. Aşağı yaş qruplarında çıxış edən milli komandalara çağrılmağa başladım. Bundan sonra da ölkə xaricində müntəzəm təlim-məşq toplanışları olurdu. Ora gedəndə istər-istəməz məktəbdən uzaq düşürdüm. Bu da öz növbəsində təhsil almağıma mane törətməyə başladı. Məcbur oldum ki, təhsili bir kənara qoyum və bütün diqqətimi futbola yönəldim. Başqa cür emək mümkün deyildi. Ona görə də məni özünə bağlayan futbolu seçməli oldum. Amma indinin özündə də boş vaxt tapan kimi oxumağa, öyrənməyə çalışıram.

- Futbolçu olmağı arzulayanlara və onların valideynlərinə nə demək istərdiz?
- Ən əvvəl bu yeni ildə hər kəsə can sağlığı, bol-bol uğur arzulayıram. Bu işdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideynlər bu uzun və çətin yolda övladlarıyla birlikdə addımlamalı, zəhmətə birgə qatlaşmalıdı. Onlar bununla da övladlarını dəstəkləmiş olacaqlar. Bu dəstək də uşağın gələcək inkişafında xeyli vacibdi. Qarşılıqlı inam, dəstək olan yerdə isə məqsədə çatmaq, uğur qazanmaq mümkündü.

İLKİN SULTANLI


Azər Salahlı: “İndiyə kimi yadımdadı, məşqdən əvvəlki gecə səhərə qədər yata bilməmişdim”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-08-2022, 21:0

Azər Salahlı əməliyyat olundu

Premyer-liqa

12-08-2022, 19:0

Azər Salahlı əməliyyat olunacaq

Premyer-liqa / Manşet

25-12-2022, 12:0

“Neftçi”yə Salahlı ilə bağlı təklif gəlməyib

Premyer-liqa

8-07-2022, 13:0

Azər Salahlı: "Ciddi hazırlaşıb, ilk rəsmi oyunumuzadək ideal formamızı bərpa etməyə çalışrııq" - AÇIQLAMA

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 431
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 189
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə