• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Napoli” evdə nə üçün zəif nəticələr göstərir?

Dünya futbolu

20-11-2023, 22:0

Rudi Qarsiya Neapolda çox qala bilmədi.

"Football-plus.az" xəbər verir ki, İtaliya çempionatında qeyri-qənaətbəxş nəticələrin davam etməsi rəhbərliyin “səbr kasasını daşırdı”. “Napoli” artıq başqa mütəxəssisə həvalə edilib. Komandada gözlənilən istefanın səbəbi aydındı. Bundan sonra yeni çalışdırıcının başçılığı altında nə baş verə biləcəyi haqda suallar isə çoxdu.

Gözlənilən istefa
Qarsiya İtaliya çempionatının son turunda “Empoli”yə məğlubiyyətdən (0:1) sonra baş məşqçi vəzifəsindən istefaya göndərilib. Fransalı mütəxəssis komandaya bu yay təyinat almışdı. “Napoli” hazırda A seriyasında 12 turdan sonra 21 xalla 4-cü yeri tutur. İtaliyanın son çempionunun lider “İnter”dən 10 xal geri qalması rəhbərliyi Qarsiya ilə əməkdaşlığı vaxtından əvvəl dayandırmağa vadar edib. Onun “Napoli” ilə imzaladığı müqavilənin müddəti 2025-ci il iyunun 30-na qədər idi. Lakin nəticələrin qeyri-qənaətbəxş olması fransalının mövsümün gedişində postundan ayrılmasını qaçılmaz edib.

Əslində Qarsiya üçün Neapolda uzun müddət qalmağın çətin olacağı gözlənilirdi. Zarafat deyil, o, 33 ildən sonra komandaya tarixinin 3-cü çempionluğunu qazandıran Luçano Spalletinin yerini tutmuşdu. Hazırda İtaliya yığmasının başında olan don Luçano “Napoli”ni həm də çox baxımlı oyunla zirvəyə qaldırmışdı. Lakin qeyri-adi xarakteri ilə çoxdan tanınan prezident Aurelio De Laurentisin klubun bundan sonrakı inkişaf siyasəti ilə razılaşmamış və istefaya yollanmışdı.

Neapolu yalnız o tərk etməmişdi. Spallettinin bütün köməkçiləri, xüsusilə də fiziki hazırlıq üzrə çox güclü mütəxəssisin gedişinin komandada bu mövsüm hiss olunmaq ehtimalı vardı. Əlbəttə, klubun ən yeni tarixində idman direktoru kimi uğurlu fəaliyyəti ilə fərqlənən Kristian Cuntolinin “Yuventus”a yollanması da yada salınmalıdı. Axı o, neapolluların hazırkı heyətinin qurulmasında effekli fəaliyyəti ilə böyük rol oynamışdı. İlk günlərdən böyük diqqət və təzyiq altında işləməyə məcbur olan Qarsiyaya kifayət qədər güclü heyət miras qalmışdı. Amma o, sələfi Spallettinin memarı olduğu oyun üslubunu və bunun fonunda uğurlu nəticələri davam etdirə bilmədi. 2013-16-cı illərdə İtaliyada “Roma”nı çalışdıran 59 yaşlı mütəxəssis həftədən-həftəyə daha da gərginləşən paltardəyişmə otağı, yerli jurnalistlər və azarkeşlərlə heç cür dil tapa bilmədi.

Bu yerdə bunu vurğulamalıyıq. De Laurentis fransalı ilə hələ bir ay əvvəl vidalaşmaq istəyirdi. Prezident onu baş məşqçi vəzifəsinə təyin etməklə səhvə yol verdiyinə oktyabrdakı açıqlaması ilə işarə vurmuşdu. Amma indi heç bir yerdə işləməyən Antonio Konte ilə anlaşa bilmədi. Nəticədə Qarsiya postunda qalmaq üçün daha bir şans qazandı. Lakin Çempionlar Liqasında autsayder “Union”la evdə heç-heçə (1:1) və A seriyasında daha bir autsayder “Empoli”yə məğlubiyyət don Aurelionu adekvat addım atmağa vadar etdi. Noyabrın ortalarında peşəkar planda təkliyə düçar olan fransız özünü tamailə itirdi və məşhur kinomaqnatın “Napoli” adlı kino layihəsinin parlaq afişasından yoxa çıxaraq Neapoldan gedər oldu...

Tanış Matsarri
Baş məşqçi vəzifəsinə Valter Matsarri təyinat alıb. O, neapollular üçün heç də yad deyil. 62 yaşlı mütəxəssis komandanı 2009-13-cü illərdə çalışdırıb. Qarsiyanın xələfi də Spalletti kimi Toskana vilayətindəndi. Matsarri əslində Neapola 3-cü dəfə dəvət alıb. Onun bu şəhərə ilk gəlişi uzaq 1998-ci ilə təsadüf edib. Onda baş məşqçi Rentso Ulivyerinin köməkçisi təyin olunub. 2009-cu ilin oktyabrından 2013-cü ilin mayına qədər isə komandaya özü başçılıq edib. O, “Napoli”nin De Laurentisin prezidentliyi dövründə qazandığı ilk titulun – ölkə kubokunun səbəbkarıdı. Komandanın uzun illərdən sonra Çempionlar Liqasında oynamasına da Matsarri nail olmuşdu. Matsarri soyadı on il əvvəl A seriyasında daha gur səsənirdi. Məşqçi kimi populyarlığının zirvəsinə “İnter”də çıxmışdı. Bu komanda ilə titul qazana bilməsə də, sonrakı dəvətlər üçün çox yaxşı imic formalaşdıra bilmişdi. Milanı tərk edəndən sonra İngiltərədə - “Uotford”da tərifəlayiq fəaliyyəti ilə yadda qalan don Valter vətəninə qayıdaraq “Torino” və “Kalyari”də də işlədi. Sardiniya klubundan istefaya göndərildiyi 2022-ci ilin mayından noyabrın 14-nə qədər işsiz qalmışdı. Və birdən De Laurentisə lazım oldu.

Matsarri ilə imzalanan müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. O, bu müddətdə 1 milyon avro qazanacaq. De Laurentisin komandanın çətin vəziyyətində onu xatırlamasının əsasən iki səbəbi var. Birincisi, don Valter müddəti sonradan artırılmayacaq qısamüddətli müqaviləyə imza atmağa razılaşıb. İkinci səbəb onun kluba və Neapola yaxşı bələd olması ilə bağlıdı. Onu da qeyd edək ki, Qarsiyanın yerinə digər namizəd İqor Tudor idi. Bəzi yerli mənbələr hətta İtaliya çempionatının xüsusiyyətlərini az-çox bilən xorvatiyalını “Napoli”nin yeni çalışdırıcısı təyin edildiyini xəbər verməyə də tələsmişdilər.

Amma Matsarri on ildən sonra Neapola dönmək şansı qazandı. Onun bu şəhərə növbəti gəlişinin necə nəticələnəcəyini demək çox çətindi. Əksər mənbələr De Laurentisin əsas məqsədinin yayda Konteni razı salmaq olduğunu vurğulayır. Tərəflər birgə əməkdaşlıqla bağlı yenə ümumi dil tapmasa, növbəti variantlardan biri reallaşa bilər. Yəni hazırda qitə futbolunda dəbdə olan mütəxəssislərdən Vinçentso İtalyano (Fiorentina) və ya Françesko Fariolinin (Nitsa) Neapolda peyda olmaq imkanı yaranacaq.

Məşqçilik səviyyəsini növbəti (çox güman ki, sonuncu dəfə) dəfə sübut etmək üçün unikal fürsət qazanan Matsarri isə heç vaxt olmamış kimi motivasiyalı olduğunu deyir. O, hətta Spallettinin “Napoli”sini geri qaytarmağa hazır olduğunu da deyir.

Problemlər
Ortaya təbii sual çıxır: komandanın köhnə-təzə çalışdırıcısı buna necə nail olacaq? Axı bir sıra aparıcı oyunçularla bağlı problemlər var. Neapolda hətta bir neçə aylıq bayram ab-havası yaradan çempionluq rəsmiləşəndən sonra Pyotr Zyelinski Səudiyyə Ərəbistanından cəlbedici təklif aldı. Amma klub onu satmaq istəmədi. Ümumiyyətlə, polşalı yarımmüdafiəçi ilk günlərdən De Laurentislə yola getmir. “Napoli” 2016-cı ildə ona görə “Udineze” ilə danışıq apararkən Pyotr “Liverpul”a can atması ilə yadda qalmışdı. Deyilənə görə, indi Yürgen Klopp 7 ildən sonra onu yenidən komandasında görmək istəyir. 29 yaşlı Zyelinskini komandadakı mövqeyi və rolu qane etmir. Aparıcı oyunçulardan biri artıq mövsümün əvvəlində başqa yerə yollanmaq düşüncəsi ilə oynayırsa, komandanın orta xəttdəki oyunu bundan mənfi təsir almaya bilməzdi.

Hücum xəttinin liderləri də indi “Napoli”yə əvvəlki kimi fayda verə bilmirlər. Xviça Kvaratsxeliya heç cür A seriyasındakı debüt mövsümündə oynadığı futbolu sərgiləyə bilmir. Komandanın və bu liqanın ən yaxşı bombardiri Viktor Osimhen isə artıq bir aydan çoxdu zədəlidi. O, sıradan çıxmazdan əvvəl isə böyük qalmaqalın mərkəzində idi. Klubun mətbuat xidməti nədənsə nigeriyalı hücumçunun penaltini boşa verməsini rişğənd obyektinə çevirmiş və Viktor buna görə hətta bütün neapollulardan küsmüşdü. Çox qəzəblənən futbolçunun onunla əllə salamlaşmaq istəyən oyundaşlarını vecinə almaması bunu düşünməyə əsas verirdi. Osimhenin qəzəbini yerli azarkeşlərin üstünə tökməsini də yada salaq.

Digər problem müdafiədəki çox sayda səhvlərlə bağlıdı. Ötən mövsümün kəşflərindən olan Kim Min Cenin “Bavariya”ya gedişi təsirini göstərir. Orta xəttdə Andre Zambo Angissa ilə Stanislav Lobotkanın topla oyunu göz oxşayır. Lakin topsuz oyunda vəziyyət çox pisləşir və müdafiənin üzərinə böyük yük düşür. Qarsiyanın Matteo Politanonu yeni liderə çevirmək planı istənilən effekti vermədi. Ona görə ki, Kvaratsxeliya – Osimhen cütlüyünün hücumdakı potensialı daha böyük idi. Osimhenin zədələnməsi supertandemin yoxa çıxmasına səbəb oldu.

İtaliya çempionunun bu mövsüm ev oyunlarındakı göstəriciləri də diqqət çəkməyə bilməz. “Napoli” hətta çempionluğa oynamadığı mövsümlərdə belə doğma meydanında çox yaxşı nəticələri ilə yadda qalıb. Amma bu planda mənzərə çox dəyişib. Komanda cari mövsümdə A seriyasında Neapolda keçirdiyi 6 oyunda yalnız 2 qələbə qazanıb və 3 dəfə məğlub olub. Amma rəqib meydanlarında baş tutan 6 matçdan 4 qələbə və 2 heç-heçə ilə ayrılıb. Çempionlar Liqasının qrup mərhələsində hər iki qələbəni səfərdə qazanan “Napoli” evdəki iki matçda bir xal toplaya bilib. Sözün düzü, əfsanəvi Dieqo Maradonanın adını daşıyan stadiondakı nəticələrin nə üçün bu qədər zəif olduğunu müəyyən etmək çətindi.

Nəticə
Deməli, Matsarri həm də bu suala cavab tapmalıdı. Təcrübəli mütəxəssis artıq indidən mövsümün sonuna boylanaraq növbəti klubları haqda düşünən bir sıra aparıcı oyunçularla ciddi söhbət etməli və onları qarşıdakı oyunlara kökləməlidi. Amma bu işin onun üçün asan olacağını düşünmək doğru deyil. Ona görə ki, De Laurentisin vacib futbolçuları Neapolda məcburən saxlamaq siyasəti düzgün sayıla bilməz. Həmin Osimhen ilə Kvaratsxeliyanın da bir gözü İtaliyadan kənara baxır. Məlum siyasət isə artıq özünü doğrultmur. Futbolçunu komandada məcburən saxlamaqla çempion əhval-ruhiyyəsini qorumaq mümkün deyil!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-11-2023, 15:0

Qarsiyanın yerini Matsarri tutdu

Dünya futbolu

15-11-2023, 14:0

Neapolda istefa gözlənilir

Dünya futbolu

11-10-2023, 00:0

Qarsiyanın aqibəti necə olacaq?

Dünya futbolu

18-06-2023, 16:0

Qarsiya ''Napoli'' ilə ÇL-i qazanacaq?

Dünya futbolu

25-03-2023, 22:0

“Napoli” ona görə 100 milyon avronu geri çevirdi

Dünya futbolu

25-07-2023, 23:0

İtaliya çempionu yeni qapıçı aldı

Aktual
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Son xəbərlər
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 174
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə