İtaliya çempionatında “Empoli”yə məğlubiyyət (0:1) Rudi Qarsiyanın “Napoli”dəki mövqeyini bir qədər də zəiflədib.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik baş məşqçi ilə yolları ayırmağa hazırlaşır.
Bu məlumatı Fabritsio Romano məlumat yayıb. Tanınmış insayder fransalı mütəxəssislə klub rəhbərliyinin tezliklə görüşəcəyini və qərarın məşqçiyə bildiriləcəyini qeyd edib. Qarsiya Neapola cari mövsüm ərəfəsində gəlib. Onun “Napoli” ilə imzaladığı müqavilənin müddəti 2025-ci il iyunun 30-na qədərdi. Lakin əməkdaşlığın elə bu həftə pozulmaq ehtimalı çoxdu.
İtaliyanın son çempionu olan “Napoli” A seriyasında 12 turdan sonra 21 xalla 4-cü yeri tutur. Komandanın lider “İnter”dən 10 xal geri qalması prezident Aurelio De Laurentisdə Qarsiyaya inamı yetərincə azaldıb.