• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Botafoqo”: 4 oyuna 1 xal və liderlik əldən getdi!

Dünya futbolu

17-11-2023, 21:0

Braziliya çempionatında son iki həftədə dörd tur keçirildi.

"Football-plus.az" xəbər verir ki, inanılmazdı, amma artıq reallaşan faktdı: bu turlarda ən az xal toplayan iki komandadan biri “Botafoqo” oldu. 4 oyuna yalnız 1 xal qazana bilən rio de janeyrolular artıq A seriyasının lideri deyil!

Bəli, baş məşqçi kimi fəaliyyəti yalnız təxminən üç ay çəkən Bruno Lajenin istefaya göndərilməsindən sonra müvəqqəti çalışdırıcının ümidinə qalan “Botafoqo” Lusio Flavionun rəhbərliyi altında keçirdiyi son 4 oyundan ilk üçündə məğlub oldu. Özü də bu nəticələrin ikisi evdə qeydə alındı. “Ağ-qaralar” üçün kabusa çevrilən uğursuz oyunlar seriyası belə oldu. 31-ci turun “Palmeyras”la ev oyununun ilk hissəsini 3:0 hesabıyla başa vuran rio de janeyrolular fasilədən sonra 4 cavabsız top buraxaraq uduzdular. 32-ci turda “Vasku da Qama”ya səfərdə minimal hesabla uduzan “Botafoqo” üçün növbəti ev oyunu yerli azarkeşləri, necə deyərlər, dəlilik həddinə çatdırdı: “Qremio” ilə matçın 2-ci hissəsinin əvvəlində 3:1 hesabıyla öndə olan Flavionun komandası məşhur uruqvaylı hücumçu Suaresin het-triki qarşısında aciz qaldı - 3:4. Nəhayət, 4 oyunluq məğlubiyyət seriyasına 34-cü turun “Braqantino” ilə səfər matçında son qoyuldu – 2:2. Amma, necə deyərlər, artıq qatar getmişdi və “Botafoqo” fiasko kimi dəyərləndirilən nəticələrdən sonra mövsümün ilk turlarından əlində olan liderliyi itirdi! Artıq əksər bukmeker kontorları komandanın çempionluq şansını bir ay əvvəl olduğu qədər yüksək dəyərləndirmirlər. Rio de janeyrolular üçün yeganə üstünlük ehtiyatda bir oyunun qalmasıdı. Yəni həmin matçda qələbə qazanılacağı halda liderlik geri qaytarıla bilər. Amma ortaya bu sual da çıxır: psixoloji cəhətdən sarsılan komanda 44 yaşlı Flavionun başçılığı altında qalan 4 turda da əsas rəqiblərindən daha çox xal yığa və çempion ola biləcəkmi?..

1-ci yerə “Palmeyras” çıxdı. 30-cu turdan sonra “Botafoqo”nun əsas izləyicisi olan son çempionun Libertadores Kubokunda mübarizəni dayandırandan sonra A seriyasına yaxşıca köklənə bilib. Abel Ferreyranın komandası son 4 oyunu 3 qələbə və 1 məğlubiyyətlə başa vurdu. Sözsüz, “Botafoqo” üzərində superəzmkar qələbə titulu qorumaq yolunda atılan vacib addım oldu. San paululular hazırda bu rəqibini bir oyun çox keçirməklə 2 xal qabaqlayırlar.
Ümumiyyətlə, A seriyasında finişə 4 tur qalmış titul uğrunda mübarizə inanılmaz dərəcədə gərginləşib. Son 4 oyunda “Qremio” da “Palmeyras” kimi 9 xal qazandı. Bu nəticə ilə 3-cü yerə çıxan Renato Qauşunun komandası azarkeşlərini finiş ərəfəsində əməlli-başlı ümidləndirdi.

Doğrudu, portu aleqrililər kimi 59 xalla cədvəlin 4-cü pilləsində olan “Braqantino” itirilməyən xallara əsasən daha əlverişli vəziyyətdədi. Mövsümün finişi ərəfəsində yüksəlişdə olan Pedro Kayşinyanın çalışdırdığı komandanın ehtiyatda bir oyunu var. Və həmin matçda qazanılacaq qələbə braqançalıların çempionluq şansını daha da artıra bilər.

Nəzəri cəhətdən “Atletiko Mineyro” ilə “Flamenqo”nun azarkeşləri də titula ümid edə bilərlər. Hərəyə 57 xal toplayan bu komandalar arasında üstünlük ehtiyatda bir oyunu olan “Flamenqo”dadı. Bir sözlə, müxtəlif səbəblərdən təxirə salınan oyunların nəticəsinin çempionluq yarışının finişinə təsiri çox olacaq.

31-ci tur
Botafoqo RJ – Palmeyras 3:4
Eduardo, 21. Tçe Tçe, 30. Junior Santos, 36 – Endrik, 49; 84. X.Lopes, 89. Murilo, 90+9.
Koritiba - Qremio 1:2
Robson, 60-p. – Vilyasanti, 27. Ferreyra, 83.
Atletiko Mineyro - Fortaleza 3:1
Paulinyo, 16; 56. Halk, 61-p. – Lusero, 44.
Qoyas - Braqantino 0:2
Borbas, 45. Talisson, 90.
Bayya - Fluminense 1:0
Everaldo, 40.
Flamenqo - Santos 1:2
Pedro, 21 - Nonato, 33. Joakim, 89.
Korintians - Atletiko Paranaense 1:0
Yuri Alberto, 63.
İnternasyonal - Amerika Mineyro 1:1
Valensiya, 15 – Marlon, 74.
San Paulu - Kruzeyro 1:0
Lusiano, 84.
Kuyaba - Vasku da Qama 0:2
Qabriel Pes, 57. Orelyano, 90+10.

32-ci tur
Vasku da Qama - Botafoqo RJ 1:0
Paulu Enrike, 29.
Palmeyras - Atletiko Paranaense 1:0
Endrik, 6.
Qremio - Bayya 1:0
Suares, 70.
Amerika Mineyro - Atletiko Mineyro 1:1
Mastriani, 66 - Paulinyo, 80.
Braqantino – Korintians 1:0
Elinyo, 29.
Kruzeyro – İnternasyonal 1:2
Bruno Rodriges, 90+2-p. – Maurisio, 14. Vanderson, 52.
Fortaleza – Flamenqo 0:2
Pedro, 45. Luis Arauxo, 87.
Koritiba - Qoyas 0:1
Rafael Quzzo, 70.
Santos - Kuyaba 0:0
“Fluminense” – “San Paulu” oyunu noyabrın 23-nə təxirə salınıb.

33-cü tur
Botafoqo RJ – Qremio 3:4
Dieqo Kosta, 6. Junior Santos, 26. Marlon Freytas, 46 – Everton Qaldino, 9. Suares, 50; 53; 69.
Flamenqo - Palmeyras 3:0
Pedro, 18; 64. De Arraskaeta, 29.
İnternasyonal - Fluminense 0:0
Amerika Mineyro – Koritiba 0:3
Bruno Qomes, 22. Moreno, 35. Robson, 69.
San Paulu – Braqantino 1:0
Erison, 90+3-p.
Atletiko Paranaense - Fortaleza 1:1
Villian, 57 – Gilyerme, 54.
Korintians - Atletiko Mineyro 1:1
A.Romero, 23 – Paulinyo, 67.
Qoyas – Santos 0:1
Furç, 87.
Bayya – Kuyaba 0:3
Deyverson, 22-p. Pitta, 77. Ronald, 90+8.
“Kruzeyro” – “Vasku da Qama” oyunu noyabrın 23-nə təxirə salınıb.

34-cü tur
Braqantino - Botafoqo RJ 2:2
Borbas, 3; 90+6 – Viktor Sa, 35. Eduardo, 37.
Palmeyras - İnternasyonal 3:0
Ze Rafael, 28. Endrik, 59. Roni, 88.
Qremio - Korintians 0:1
A.Romero, 32.
Flamenqo - Fluminense 1:1
De Arraskaeta, 45+2 – Y.Qonsales, 62.
Koritiba - Kruzeyro 1:0
Robson, 90+1.
Vasku da Qama - Amerika Mineyro 2:1
Veqetti, 4. Payet, 90+4 – Mastriani, 13.
Santos - San Paulu 0:0
Atletiko Mineyro – Qoyas 2:1
Halk, 41-p. Gilyerme Arana, 70 – Dodozinyo, 88.
Bayya - Atletiko Paranaense 1:1
Everaldo, 73-p. – Kanobbio, 87.
Kuyaba - Fortaleza 2:1
Deyverson, 6. Pitta, 90+2-p. – Yaqo Pikaçu, 90+8.

1. Palmeyras 34 18 8 8 56-30 62
2. Botafoqo RJ 33 18 6 9 53-30 60
3. Qremio 34 18 5 11 57-50 59
4. Braqantino 33 16 11 6 46-29 59
5. Atletiko Mineyro 34 16 9 9 43-27 57
6. Flamenqo 33 16 9 8 50-37 57
7. Atletiko Paranaense 34 13 12 9 47-39 51
8. Fluminense 33 13 8 12 43-42 47
9. Kuyaba 34 13 8 13 36-35 47
10. San Paulu 33 12 10 11 37-35 46
11. Korintians 34 10 14 10 39-39 44
12. Fortaleza 32 12 7 13 36-37 43
13. İnternasyonal 34 11 10 13 38-43 43
14. Santos 34 11 9 14 37-55 42
15. Vasku da Qama 33 11 7 15 35-43 40
16. Bayya 34 10 8 16 39-47 38
17. Kruzeyro 32 9 10 13 29-28 37
18. Qoyas 34 8 11 15 34-49 35
19. Koritiba 34 8 5 21 39-67 29
20. Amerika Mineyro 34 4 9 21 39-71 21
Bombardirlər: Paulinyo (Atletiko Mineyro) – 17, Tikinyo Soares (Botafoqo RJ) - 16, Suares (Qremio) - 14.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-11-2023, 18:0

“Botafoqo” üçün şok məğlubiyyət - TURUN ŞƏRHİ

Dünya futbolu

27-10-2023, 21:0

“Braqantino” intriqanı bir qədər gücləndirdi

Dünya futbolu

13-10-2023, 20:0

“Fluminense”nin 13 oyunluq seriyası qırıldı – TURUN ŞƏRHİ

Dünya futbolu

8-09-2023, 23:0

“Botafoqo” və Lajenin seriyaları qırıldı! – TURUN ŞƏRHİ

Dünya futbolu

31-08-2023, 21:0

Liderin evdəki seriyası 11-ə çatdı - TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2023, 18:0

“Botafoqo” uduzsa da, liderliyi itirmədi - TURUN ŞƏRHİ

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 186
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə