Braziliya çempionatında son bir həftədə iki tur keçirildi.
29-cu və 30-cu turlarda nəzərdə tutulan 20 oyundan 17-si baş tutdu. Təxirə düşən matçlardan birində lider meydana çıxmalıydı.
29-cu turun “Fortaleza” ilə oyunu təxirə salınan “Botafoqo” baş məşqçi kimi fəaliyyəti yalnız təxminən üç ay çəkən Bruno Lajenin istefaya göndərilməsindən sonra hələ də müvəqqəti çalışdırıcının başçılığı altında çıxış edir. Rio de janeyrolular Lusio Flavionun rəhbərliyi altında keçirdikləri 4-cü oyunda ilk dəfə məğlub oldular. Özü də evdə. Gözlənildiyi kimi, “Kuyaba” ilə matç meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçdi. Qapıya 30 zərbə endirən “ağ-qaralar”ın 9 zərbəsi dəqiq alındı. Amma qonaqların 35 yaşlı qapıçısı Valter bütün zərbələri dəf etməklə matçın qəhrəmanı oldu. Ev sahiblərinin bəxtsizliyindən “Kuyaba”nın qapıya yönələn yeganə zərbəsi qolla nəticələndi. Pittanın 52-ci dəqiqədə vurduğu qol liderin bu mövsüm 6-cı məğlubiyyətini rəsmiləşdirdi. Bu nəticə Flavionun komandasının mövqeyinə təsir etməsə də, çempionluq yarışına bir qədər intriqa qatdı.
Maraqlıdı ki, rio de janeyroluların əsas izləyicisi “Braqantino” da iki turda bir dəfə meydana çıxdı. Son həftələr yüksəlişdə olan Pedro Kayşinyanın çalışdırdığı komanda evdə “Atletiko Mineyro”ya 1:2 hesabı ilə uduzdu. Çempionatın əvvəlki 6 oyununda 5 qələbə qazanıb 1 dəfə heç-heçə edən “Braqantino” əvvəlki kimi liderdən 7 xal geri qalır. Amma braqançalılar indi 2-ci yox, 3-cü yerdədilər.
28-ci turdan sonra 3-cü yerdə olan “Flamenqo”nun məhz “Braqantino” ilə oyunu təxirə düşdü. Rio de janeyroluların başına yenicə keçən Braziliya yığmasının sabiq baş məşqçisi Titenin debütü uğurlu alınmışdı. 62 yaşlı mütəxəssisin yeni komandası “Kruzeyro” (2:0) və “Vasku da Qama” (1:0) üzərində qələbələrdən sonra Portu Aleqridə büdrədi. Yerli “Qremio”ya 2:3 hesablı məğlubiyyət “Fla”nı 5-ci yerə saldı. Ona görə ki, “Qremio” azarkeşlərinə növbəti turda daha bir sevinc yaşatdı. Renato Qauşunun komandası “Amerika Mineyro”dan maksimum xal aldı. Səfərdə dramatik keçən oyunda qazanılan 4:3 hesablı qələbə portu aleqrililəri cədvəlin 4-cü pilləsinə qaldırdı.
2-ci yerə isə “Palmeyras” çıxdı. 28-ci turdan sonra 4-cü yerdə olan son çempionun Libertadores Kubokunda mübarizəni dayandırandan sonra A seriyasına köklənməkdən başqa yolu qalmamışdı. Titulu qorumaq ehtimalı turdan-tura azalan Abel Ferreyranın komandası ardıcıl iki qələbə qazandı. Evdə “San Paulu”ya 5:0, “Bayya”ya 1:0 hesabıyla qalib gələn “Palmeyras” yenidən “Botafoqo”nun əsas izləyicisi oldu. İndi “yaşıllar” ehtiyatda bir oyunu qalan liderdən 6 xal geri qalırlar. Başqa sözlə, finişə 8 tur qalmış titulun qoruna biləcəyinə az da olsa ümid etmək olar.
29-cu tur
Braqantino - Atletiko Mineyro 1:2
Talisson, 84 - Halk, 26-p. İqor Qomes, 80.
Qremio - Flamenqo 3:2
Ferreyra, 76. Natan Fernandes, 81. Andre Enrike, 86 - Everton, 42. Luiz Arauxo, 89.
Palmeyras - San Paulu 5:0
Breno Lopes, 16; 26. Pikeres, 45+7-p; 87. Markos Roşa, 84.
Atletiko Paranaense - Amerika Mineyro 3:2
Erik, 28. Pablo, 45. Vitor Bueno, 45+3 – Mastriani, 12. E.Martines, 77.
Fluminense - Qoyas 5:3
Felipe Melo, 17. Aryas, 37; 47. Keno, 53-p.; 62 – Allano, 5. Mateus Babi, 13. Palasios, 68.
Kruzeyro – Bayya 3:0
Kanu, 19-öz qapısına. Marlon, 53. Bruno Rodriges, 88.
Kuyaba - Korintians 0:1
A.Romero, 77.
Vasku da Qama - İnternasyonal 1:2
Alexs Teyşeyra, 84 – Maurisio, 20. Valensiya, 59.
Santos – Koritiba 2:1
Mateus Byanki, 4-öz qapısına. Markos Leonardo, 73 – Robson, 11-p.
“Fortaleza” – “Botafoqo” (Rio de Janeyro) oyunu noyabrın 24-nə təxirə salınıb.
30-cu tur
Botafoqo RJ - Kuyaba 0:1
Pitta, 52.
Palmeyras - Bayya 1:0
Rafael Veyqa, 38.
Atletiko Mineyro - Fluminense 2:0
Paulinyo, 62; 83.
Atletiko Paranaense - San Paulu 1:1
Pablo, 7 – Pablo Maya, 10.
Amerika Mineyro - Qremio 3:4
Rodriqinyo, 3. Mastriani, 35; 49 – Reynaldo, 17-p. Everton Qaldino, 22. Suares, 71. Kristaldo, 78.
Korintians – Santos 1:1
Jan Lukas, 57-öz qapısına –Mendosa, 90+9-p.
İnternasyonal - Koritiba 3:4
Alan Patrik, 43-p. Bruno Enrike, 83. Valensiya, 90+12 – Qarses, 28. Mateus Byanki, 45+4. Robson, 70-p.; 90-p.
Qoyas - Vasku da Qama 1:1
Mateus Babi, 90+2 – Veqetti, 58.
“Fortaleza” – “Kruzeyro” oyunu noyabrın 11-nə, “Flamenqo” – “Braqantino” oyunu isə noyabrın 24-nə təxirə salınıb.
1. Botafoqo RJ 29 18 5 6 45-19 59
2. Palmeyras 30 15 8 7 48-24 53
3. Braqantino 29 14 10 5 41-26 52
4. Qremio 30 15 5 10 50-45 50
5. Flamenqo 29 14 8 7 43-34 50
6. Atletiko Mineyro 30 14 7 9 36-23 49
7. Atletiko Paranaense 30 13 10 7 45-35 49
8. Fluminense 30 13 6 11 42-40 45
9. Fortaleza 28 12 6 10 33-29 42
10. Kuyaba 30 11 7 12 31-32 40
11. San Paulu 30 10 9 11 35-35 39
12. İnternasyonal 30 10 8 12 35-38 38
13. Kruzeyro 29 9 10 10 28-24 37
14. Korintians 30 8 13 9 36-37 37
15. Bayya 30 9 7 14 37-42 34
16. Santos 30 9 7 14 34-54 34
17. Qoyas 30 7 11 12 32-44 32
18. Vasku da Qama 30 8 7 15 30-42 31
19. Koritiba 30 6 5 19 34-64 23
20. Amerika Mineyro 30 4 7 19 36-64 19
Bombardirlər: Tikinyo Soares (Botafoqo RJ) - 16, Paulinyo (Atletiko Mineyro), Markos Leonardo (Santos) – 13.