[b]Cud Bellingemin zədəsinin ciddi olduğuna aydınlıq gəlib.[/b
"Football-plus.az" xəbər verir ki, “Real”ın oyunçusu bu səbəbdən İngiltərə yığmasının düşərgəsini tərk edib. Yerli futbol qurumunun mətbuat xidmətinin məlumatına görə, gənc futbolçu AÇ-2024-ün seçmə mərhələsinin noyabrın 17-də Malta, 20-də isə Şimali Makedoniya ilə keçiriləcək matçlarında iştirak etməyəcək.
Xatırladaq ki, 20 yaşlı yarımmüdafiəçi La Liqanın 12-ci turunun “Rayo Valyekano” ilə (0:0) matçında çiynindən zədələnmişdi.